Respublika Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il "Heydər Əliyev ili" elan olunmuşdur. Bununla bağlı bütün bölgələrdə, rayonlarda və kollektivlərdə geniş konfranslar keçirilir. Tədbir iştirakçıları tərəfindən ümummilli liderin abidəsi ziyarət olunur, önünə tər güllər düzülür və xalqa bəxş olunan əvəzsiz fəaliyyəti barədə dəyərli fikirlər bildirilir.
AĞSU
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü" və "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" mövzularında keçirilən toplantıda Milli Məclisin deputatları Tahir Kərimli, Novruzəli Aslanov, İqbal Məmmədov, Sabir Hacıyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Xalq artisti, şəhid atası Əli Nuruzadə, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları, rayon ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmasını Azərbaycan tarixində əlamətdar hadisə kimi qiymətləndirib. Bu yubileyin mühüm cəhəti ondan ibarətdir ki, ulu öndərin şəxsində həm də Azərbaycanın dünənini, bu gününü, əsası isə sabahını bir daha təhlil edirik. Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə birləşdirməklə, sözün əsl mənasında, milli intibah dövrü kimi xarakterizə olunur.
Çıxışlarda o da vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Prezident cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb.
MİNGƏÇEVİR
Şəhər Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Azərbaycanın Dövlət Müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" mövzusunda konfrans keçirilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, qonaqlar və iştirakçılar Heydər Əliyev Mərkəzi qarşısında ucaldılmış ulu öndərin əzəmətli abidəsi önünə tər gül dəstələri qoyaraq böyük ehtiramla yad etmişlər.
Sonra nəzərdə tutulmuş proqrama uyğun Heydər Əliyev Mərkəzinin akt zalında konfrans öz işinə başlamışdır. İştirakçılar ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Dövlət Himni səsləndirilmişdir. "Heydər Əliyev Müstəqil Azərbaycanın memarı" filmi nümayiş olunmuşdur. Konfransda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ümummilli lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün ayrı-ayrı məqamlarına toxunmuş, həmin dövrdə Azərbaycanın kənd təsərrüfatı sistemindən yüksək sənaye, sosial, iqtisadi inkişaf mərhələsinə çatdığını vurğulamışdır. Ulu öndərin Azərbaycanın xilaskarı, qurucusu, memarı kimi tarixə düşdüyünü və bu günkü müstəqil Azərbaycanın inkişafında xüsusi rolu olduğunu bir daha diqqətə çatdırmışdır.
Konfransda Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Qarabağ irsini araşdırma mərkəzi"nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov, həmin Akademiyanın baş müəllimi, Bakı politoloqlar klubunun sədri, politoloq Zaur Məmmədov, MDU-nun Təhsil fakültəsinin dekan müavini, filologiya elmləri doktoru Flora Namazova geniş məruzələrlə çıxış etmişlər.
Məruzlələr diqqətlə dinlənilmiş və sürəkli alqışlarla qarşılanmışdır.
XOCAVƏND
Keçmiş məcburi köçkünlər üçün salınmış qəsəbəsdə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" adlı tədbir keçirilib. Mədəniyyət evində keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki,