Azərbaycan xalqının təkidli xahişi ilə 15 iyun 1993-cü il tarixdə ikinci dəfə siyasi hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş köklü islahatlar, o cümlədən iqtisadi islahatlar, ölkəmizdə paralel olaraq bütün sahələrin, eləcə də hüquq sahəsinin tərəqqisinə zəmin yaratdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə sürətlə inkişaf etməyə başlayan ölkəmizdə hər şey müsbətə doğru dəyişdi və tərəqqi dövrü başladı.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən quruldu, onun dövlətçiliyə və xalqa sədaqəti ilə seçilən peşəkar kadr korpusu formalaşdırıldı və prokurorluq dövlətin mühüm sütunlarından birinə çevrildi. Bununla da Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları da müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun layiqli yerini tutdu.
Müdrik lider Heydər Əliyevin mütəmadi olaraq verdiyi səmərəli tövsiyələri və dəyərli göstərişləri əsasında Azərbaycan Respublikasının Prokurorluq orqanlarında müasir tələblərə uyğun və yüksək intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi və bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq və azadlıqlarının etibarlı qorunması, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur. Həyata keçirilən möhtəşəm islahatlar çərçivəsində görülən nəhəng işlər sayəsində və təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tamamilə yenidən qurularaq, yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirilməklə, səlahiyyətləri, vəzifələri və fəaliyyəti beynəlxalq standartlara uyğun formalaşdırılmış müasir dövlət təsisatına çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin qəbul edilməsi və onun icraya yönəldilməsi Azərbaycan Respublikası Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi mühüm məsələnin əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsində prokurorluğun kadr tərkibi hərtərəfli inkişaf etmiş, zəngin biliyə malik, geniş dünyagörüşü olan, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq gənc hüquqşünaslardan komplektləşdirilmiş və perspektivli kadrlarla mütəmadi olaraq yenilənmə təcrübəsi formalaşmışdır.
Xeyirxah rəhbər Heydər Əliyevin prokurorluq işçilərinin rifahına xidmət edən "Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə hər bir prokurorluq işçisini fərəhləndirməklə, onlarda böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur.
Qürurvericidir ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və yeni müstəvidə inkişaf etdirən dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın daha da qüdrətlənməsinə, xalqın rifahının hərtərəfli yaxşılaşdırılmasına, eləcə də insan hüquqlarının və azadlıqlarının qorunmasına yönələn müdrik siyasəti öz bəhrəsini verməkdə davam edir. Ölkəmizdə aparılan ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan daha da güclənmiş, beynəlxalq birliyin tamhüquqlu üzvü kimi layiqli yerini tutmuşdur.
Sonsuz təşəkkür hissləri ilə qeyd olunmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan prokurorluğa, o cümlədən hərbi prokurorluğa hərtərəfli diqqət və qayğı göstərilməsi ənənəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də davam etdirilir.
2020-ci ildə ölkə başçısı cənab İlham Əliyev Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru, Xanlar Vəliyevi isə yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru təyin etmişdir. Möhtərəm Prezident İlham Əliyevin 2020-ci ilin may ayının 1-də Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və Kamran Əliyevin elə həmin gün