Ulu Öndərin  mükəmməl hüquq siyasəti
Siyasət

Ulu Öndərin  mükəmməl hüquq siyasəti

Ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə 15 iyun 1993- il tarixdə növbəti dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində köklü islahatlar həyata keçirilməyə başlanıldı. Böyük tarixi şəxsiyyətin təşəbbüsü rəhbərliyi ilə həyata keçirilmiş fundamental islahatlar sayəsində sürətlə qüdrətlənən ölkəmizdə paralel olaraq hüquq sahəsində əsaslı islahatların aparılmasına zəmin yarandı. Vurğulanmalıdır ki, bu sahədə aparılan islahatlarda müdrik rəhbərin 9 avqust 1994- il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Fərmanı xüsusi əhəmiyyət kəsb etmişdir. Qeyd olunan istiqamətdə səmərəli fəaliyyət, o cümlədən adıçəkilən fərmanın uğurlu icrası hüquq-mühafizə orqanlarının cinayətkar təzahürlərə, xüsusən mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər olunması "cəzanın labüdlüyü" prinsipinin reallaşması ilə nəticələndi.

Məlum olduğu kimi, müstəqilliyin ilk illərində ictimai münasibətlərin əhəmiyyətli dəyişməsi  yeni qanunların qəbul edilməsini zəruri etsə , bu prosesin qısa bir zamanda ələlxüsus da əlverişsiz ictimai-siyasi bir şəraitdə baş tutması mümkün olmadığı üçün, müvəqqəti olaraq əvvəlki qanunlardan istifadə edilməsi labüd olduğundan, 18 oktyabr 1991-ci il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktının 4- maddəsində müvafiq qanunlar qəbul edilənədək keçmiş SSRİ qanunlarının respublikanın suverenliyinə ərazi bütövlüyünə zidd gəlməyən həddə Azərbaycan Respublikasında qüvvəsini saxlamasına dair müddəalar təsbit edilmişdir. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğunda ən böyük xidmətlərindən biri olan müstəqil respublikamızın ilk Konstitusiyasının demokratik meyarlar ümumbəşəri prinsiplər əsasında hazırlanmasını təmin etməsi, ümumxalq səsverməsi yolu ilə qəbul olunması üçün təşəbbüs göstərməsi hüquqi islahatlara hərtərəfli dəstək olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında "Heydər Əliyev Konstitusiyası" adlandırılır. Müstəqil Azərbaycanın 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Ulu öndərin təşəbbüsü şəxsi nəzarəti ilə insan hüquq azadlıqlarının qorunması sahəsində mühüm hüquqi aktlar qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya sazişlərə qoşuldu, qanunvericilik, icra məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirildi. Görülən böyük işlər sırasında müdrik lider Heydər Əliyevin 21 fevral 1996- il tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası, Əmək digər məcəllələrin qəbulu isə respublikamızda bu sahədə atılan addımların qətiyyətini daha da artırdı.

Minnətdarlıq hissləri ilə qeyd etmək zəruridir ki, müstəqil Azərbaycanın ali qanununda ilk dəfə olaraq ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili fəaliyyət prinsipləri, səlahiyyət dairəsi vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi ümummilli lider Heydər Əliyevin bilavasitə tapşırıq göstərişlərinin icrasının nəticəsində mümkün olmuşdur.

Böyük şəxsiyyət Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin qəbul edilməsi onun icraya yönəldilməsi Azərbaycan Respublikası Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi mühüm məsələnin əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə