Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasətini, uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il dövlət tərəfindən vətəndaşların rifahının hərtərəfli yaxşılaşdırılması, insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə müdafiə edilməsinin sərgilənməsi ilə səciyyələnir.
Ulu Öndər Heydər Əliyev xalqın xahişi ilə növbəti dəfə hakimiyyətə gəldikdən sonra hüquqi və demokratik dövlətin əsas təməllərindən biri olan insan hüquq və azadlıqlarının qorunması bütün sahələrdə insanpərvərlik və xeyirxahlıq prinsiplərinin rəhbər tutulması prioritet olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, tətbiqi məhdudlaşdırılmış, 10 fevral 1998-ci il tarixdə isə bu cəza növü Şərqdə ilk dəfə olaraq Azərbaycanda ləğv edilmişdir.
Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpa olunması da Ulu Öndərin müstəsna xidmətlərindən biri olmaqla, humanizmin növbəti bariz nümunəsi idi. Vurğulanmalıdır ki, 1995-2003-cü illərdə Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, həmçinin qeyd olunan dövrdə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi 7 "Amnistiya haqqında" qərar 60 mindən artıq şəxsə şamil edilmişdir.
Xeyirxah ənənələr dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu gün də uğurla davam etdirilir. Möhtərəm Prezident əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyət göstərməsini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının gördüyü mütərəqqi işlər dövlətin hər bir kəsə hörmətlə yanaşmasının, insanpərvərlik ideyalarının ölkəmizdə mühüm əhəmiyyət kəsb etməsinin təcəssümüdür. Qeyd etmək lazımdır ki, son 20 ilə yaxın müddət ərzində ölkə rəhbərinin imzaladığı 36 əfv fərmanı və sərəncamları, qəbul olunmuş çoxsaylı amnistiya aktları on minlərlə insanı sevinndirmişdir.
Müstəqillik dövründə 12 amnistiya aktı qəbul olunmuş və 100 mindən artıq şəxsə şamil edilmişdir. Xeyirxah əməlləri ilə xalqın sonsuz sevgisini qazanmış Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə dörd amnistiya aktı qəbul edilmişdir ki, bu da 40 mindən artıq nəfərə şamil olunmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul olunmuş Əfv Sərəncamı ölkəmizdə həyata keçirilən humanist siyasətin, dövlətin və rəhbərinin xalqa olan doğma münasibətin, hər bir vətəndaşa verdiyi yüksək dəyərin növbəti təzahürüdür. Ümumilikdə, 801 məhkumu əhatə edən Sərəncamla 463 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib, 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Həmçinin Probasiya xidmətinin nəzarətində olan azadlıqdan məhrumetməyə alternativ cəzalara məhkum edilmiş 118 nəfər əfv olunub. Onlardan 88 nəfəri cərimə, 18 nəfər azadlığın məhdudlaşdırılması, digərləri isə islah, şərti məhkumetmə və başqa cəzalardan azad ediliblər. Xüsusi vurğulamaq lazımdır ki, sözügedən Sərəncam müstəqillik tariximizin ən böyük əfv aktıdır.
Cənab Prezidentin imzaladığı Əfv Sərəncamı dövlətin humanist siyasətinə, ölkəmizdə insan hüquqlarının etibarlı müdafiəsinə və haqqa-ədalətə cəmiyyətdə olan inamı daha da artıracaqdır. Sözügedən aktın şamil edildiyi şəxslər isə dövlətin onlara olan münasibətini dəyərləndirərək bütün bunlardan nəticə çıxaracaq və bir daha eyni və ya bənzər nöqsanlara yol verməyərək öz əvvəlki normal həyatlarına qayıdacaqlar.
Prokurorluq işçisi olaraq qeyd etmək istəyirəm ki, 2023-cü ilin "Heydər Əliyev İli" olmasının məsuliyyətini dərk edən prokurorluq, o cümlədən hərbi prokurorluq işçiləri bu ilin əvvəlki illərlə müqayisədə yeni uğurlarla yadda qalması üçün daha əzmlə çalışırlar.
Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının səmərəli və effektiv fəaliyyəti uğurla davam etdirilməklə mütərəqqi islahatlar həyata keçirilmiş, prokurorluq əməkdaşları qanunçuluğun və hüquq qaydalarının daha da möhkəmləndirilməsi məqsədilə bütün mümkün zəruri tədbirlərin görülməsini təmin etmiş, o cümlədən uzun illər