İnsan sağlamlığının mühafizəsi, xəstəliklərin profilaktikası və müalicəsi həkimlərin qarşısında bir vəzifə olaraq durur. İnsanı qorumaq, xəstəliklərlə mücadilə etmək yalnız ən yüksək mənəvi dəyərlərə malik insanlara məxsusdur. Birmənalı şəkildə demək olar ki, Azərbaycan həkimləri məhz bu keyfiyyətlərə malikdir. Bu işdə onlara göstərilən dövlət qayğısı da, verilən dəyər də az rol oynamır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həyatın bütün sahələrinin - elmin, hərbin, sənaye və iqtisadiyyatın, səhiyyənin, incəsənətin, idmanın həqiqi hamisi idi. Əslində, ulu öndər öz dahiyanə uzaqgörənliyi ilə respublikamıza rəhbərliyinin ilk illərindən - 1969-cu ildən köhnəliyə qarşı mübarizə apardı, öz dühası, tükənməz enerjisi ilə ən qısa müddətdə rəhbərlik etdiyi respublikanı nəinki ittifaqda, eləcə də dünya səviyyəsində ön sıralara çıxardı.
Bununla belə, səhiyyənin yenidən qurulmasına da ehtiyac var idi. Keçən əsrin 60-cı illərinin sonunda Azərbaycan əhalisinin zəhmətsevərliyinə baxmayaraq, ittifaq rəhbərlərinin səhvləri, yanlış qərarları, ölkəmizə əsasən xammal bazası kimi baxması ucbatından ləng inkişaf edirdi. Bir çox sahələr, ümumiyyətlə, fəaliyyət göstərmirdi. Maddi rifahın qəzet və radiolarda şişirdilməsinə baxmayaraq, çox aşağı səviyyədə olması göz qabağında idi. Səhiyyə bərbad vəziyyətə düşmüşdü. Ən acınacaqlısı isə o idi ki, uşaq ölümü artır, müasir texniki avadanlıqlarla təchiz olunmuş xəstəxana və poliklinikalar tikilmir, fəaliyyət göstərənləri də tənəzzülə uğrayırdı. Ümummilli lider Heydər Əliyevin böyüklüyü, vətəninə, xalqına sonsuz məhəbbəti burada da özünü göstərdi. İqtisadiyyatın, elmin, bir sözlə, müasir sivil insanın fəaliyyət göstərdiyi bütün sahələrin tərəqqisinin səhiyyənin, təbabətin inkişafı olmadan mümkünsüzlüyünü Heydər Əliyev bütün tribunalardan bəyan etdi, xalqa ümid verdi ki, onun qayğısını çəkən, arxasında duran nəhəng bir siyasətçi, əsl dövlət başçısı vardır. Həkimlər, alimlər, səhiyyə işçiləri anladılar ki, onların problemləri tezliklə öz həllini tapacaq və əzmlə, fədakarlıqla respublikanı bürümüş - vərəm, malyariya, poliomielit kimi xəstəliklərin, peşə patologiyalarının aradan qaldırılması uğrunda çalışmağa başladılar.
1969-cu ilin dekabrında Ali Sovetin VII sessiyasında "Sağlamlıq Məcəlləsi" adlı sənəd qəbul edildi. Bütün bunlar ulu öndərin səhiyyə işçilərinə olan sevgisindən, onların fəaliyyətini yüksək qiymətləndirməsindən irəli gəlirdi. O deyirdi: "Mən həmişə tibb işçilərinə xüsusi hörmət etdiyimi, insanların sağlamlığını qoruyan, onları xəstəliklərdən xilas edən, ömrünü uzadan həkimlərin xüsusi hörmətə layiq olduğunu bildirmişəm".
Heydər Əliyev öz yüksək mənəvi dəyərləri sayəsində Azərbaycan səhiyyəsində həqiqi humanizm və insansevərlik mühitinin yaranmasına nail oldu. Ulu Tanrı onun taleyinə, alim-həkim bir xanımla ömür-gün yoldaşı olmağı yazmışdı. Xalqımızın fədakar qızı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyeva həkim idi, həkim ailəsində böyümüş, Əziz Əliyev kimi bütün həyatını Vətəninə sədaqətlə xidmətə həsr etmiş dövlət xadiminin və böyük səhiyyə təşkilatçısının fikirlərini, ideyalarını reallaşdırmaq üçün təbabəti, həkimliyi peşə seçmişdi.
Səhiyyənin problemlərinin həlli, yeni müasir təbabətin Azərbaycanda inkişafı ulu öndəri və onun sadiq dostu, ömür-gün yoldaşını da dərindən düşündürürdü. Ümummilli lider hələ Sovetlər dönəmindən, SSRİ-nin qapalı bir dövlət olduğu dövrdən, qadağalara baxmayaraq, onlara mətinliklə sinə gərərək bəyan edirdi ki, səhiyyə sistemini inkişaf etdirmək üçün mütləq dünya təcrübəsindən istifadə olunmalı, qabaqcıl elmi və təcrübi sahələrə inteqrasiya edilməlidir. Qısa müddət ərzində bu sahədə inamlı addımlar atıldı. 1970-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının Bakıda keçirilməsi gələcək böyük tədbirlərdən, Azərbaycanın evsahibliyi edəcəyi tibbi forumlardan xəbər verirdi. Dünya Azərbaycanı tibbi mərkəzlərdən biri kimi tanımağa başladı.
Səhiyyə ocaqlarının tikintisi geniş miqyası ilə insanları heyrətləndirirdi. Respublika Kliniki Uroloji Xəstəxana