Heydər Əliyev müasir məhkəmə-hüquq sisteminin banisidir
Siyasət

Heydər Əliyev müasir məhkəmə-hüquq sisteminin banisidir

2023- il may ayının 10-da Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə ölkə Prezidentinin Sərəncamı ilə 2023- il Azərbaycanda "Heydər Əliyev İli" elan olunaraq müstəqilliyimizin möhkəmləndirilməsində, demokratik, hüquqi dövlət quruculuğunda ulu öndərin müstəsna xidmətləri dərin ehtiramla qeyd edilir onun əziz xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilir.

Dahi öndər Heydər Əliyev ölkəmizi zamanın sərt sınaqlarından çıxarıb müstəqilliyimizi bərqərar etməklə Azərbaycan tarixində tükənməz bir dövlətçilik irsi yaratmışdır.

Xalqımızın müstəqilliyə gedən yolu, milli özünüdərki, milli oyanışı hələ sovetlər dönəmində Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi fədakar əməyi sayəsində başlamışdır. Məhz həmin dövrdə Azərbaycanda hərtərəfli geniş quruculuq işləri aparılmış, milli ruh, milli mənlik şüuru yüksəlmişdir. Sonradan Sovetlər İttifaqı kimi super dövlətin rəhbərliyində təmsil olunaraq strateji sahələri idarə edən Heydər Əliyev öz siyasi iradəsi nüfuzu ilə bütün türk dünyasının fəxrinə Azərbaycanın güvənc yerinə çevrilmiş, doğma xalqına möhtəşəm xidmətlər göstərmişdir.

Təsadüfi deyil ki, yenicə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqımız yeganə ümid yeri kimi məhz Heydər Əliyevə - xalqını sonsuz məhəbbətlə sevən bu fenomenal şəxsiyyətə müraciət etmişdi.

Məşhur fransız mütəfəkkiri Volterin dediyi kimi, "dövlətin xilası üçün bir dahi şəxsiyyət kifayətdir". Belə şəxsiyyətlər mürəkkəb siyasi şəraitdə xalqın taleyində misilsiz rol oynayırlar. Bu, amerikalılar üçün Corc Vaşinqton, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün Heydər Əliyevdir!

Zəngin dövlətçilik təcrübəsinə malik olan fitri istedadı ilə fərqlənən dövlət xadimi Heydər Əliyev xalqımızın ən ağır dövründə xilaskarlıq missiyasını öz üzərinə götürmüş, müstəqilliyimizi qoruyub saxlayaraq, onu bərqərar etmişdir. Milli dövlət quruculuğu sahəsində həmin dövrdə qarşıya qoyduğu vəzifələri dahi öndər belə bəyan edirdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan... öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

Demokratikhüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ölkədə ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməli idi.  "Dövlət - dövlətçiliyi qorumalıdır" fikrini dönə-dönə vurğulayan ümummilli lider qəti prinsipial mövqeyi, misilsiz vətəndaşlıq hünəri ilə ölkədə dövlət çevrilişləri xronikasına, silahlı qarşıdurmalara, cəmiyyətdə hökm sürən hərc-mərcliyə özbaşınalığa birdəfəlik son qoydu.

Müstəqilliyimizin itirilməsi təhlükəsi aradan qaldırıldı. Atəşkəsə nail olunaraq torpaqlarımızı işğaldan azad etməyə qadir olan ordu quruculuğunun əsası qoyuldu. Azərbaycanın gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradıldı. nəhayət, demokratik, hüquqi dövlət quruculuğu prosesinə başlanıldı. Həmin illərə bu günün zirvəsindən baxanda insan zəkasının qüdrətinə heyran qalırsan. qədər düşünülmüş, səlis uzaqgörən qərarlar qəbul edilmişdir.

Ulu öndərin 1994- ilin avqust ayında imzaladığı cinayətkarlıqla mübarizəyə dair Fərman qanunçuluğun hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. 1995-ci ildə isə "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Qanun qəbul edilməklə müasir müstəqillik tariximizin ilk demokratik parlamenti formalaşdırıldı. Dövlətçiliyimizin memarı olan Heydər Əliyev deyirdi: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir".

Tükənməz dövlətçilik məharəti olan dahi lider Heydər Əliyev totalitar rejimdən azad olan cəmiyyətdə hüquqi dövlətin, yeni hüquq sisteminin yaradılması işinə milli Konstitusiyanın qəbulundan başladı. İlk Milli Konstitusiyamızın bilavasitə müəllifi olan ümummilli lider Konstitusiya layihəsini hazırlayan Komissiyanın referendum qabağı iclasında deyirdi: "<