Azərbaycan tarixin ən qədim dövrlərindən bu günədək müxtəlif dinlərin, etnik qrupların məskunlaşdığı multikultural məkan olmuşdur. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq insanlar arasında bərabərlik, bir-birinin adət və ənənələrinə hörmətlə yanaşma prinsipləri əsrlər boyu inkişaf etmiş, Azərbaycanın dövlətçilik ideyalarını daha da zənginləşdirmişdir. Dinlərarası vahid tolerant münasibətlərin formalaşması isə ölkədə azərbaycançılıq ideyalarının inkişaf etməsinə əsaslı zəmin yaratmışdır. Xalqın təkidli xahişi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etmək üçün uzaqgörənliklə yeni inkişaf strategiyasını irəli sürdü. Gələcək inkişafın əsasını iqtisadi tərəqqi ilə yanaşı, həm də multikultural dəyərlər əsasında izah edərək bildirdi: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq".
Azərbaycançılıq ideologiyası özündə tolerant münasibəti də ehtiva edir. Ümummilli lider Heydər Əliyevin göstərişi ilə onun rəhbərliyi dövründə hazırlanan bütün hüquqi əhəmiyyətə malik olan sənədlərdə, Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan milli, etnik, dini azlıqların hüquq bərabərliyinin qorunması tam şəkildə öz əksini tapdı. Dövlətin əsas qanunu olan bu sənəd dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik olmasını təmin etdi. Ulu öndər Heydər Əliyev multikulturalizmin əsas bazasının azərbaycançılıq olduğunu bildirərək qeyd etdi ki, Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı, ləzgi, avar, kürd, talış, udin, kumık da bütünlükdə hamısı azərbaycanlıdır. Ümummilli lider Heydər Əliyev bütün rəhbərliyi dövründə multikulturalizm siyasətinə üstünlük vermiş, onu dünya miqyasında həyata keçirmək üçün BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə üstünlük vermişdi. Bu səbəbdən də ölkəmiz insan hüquqları və milli azlıqların müdafiəsi ilə bağlı olan bir çox beynəlxalq konvensiyalara qoşulmuşdu.
Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası" Azərbaycan hökuməti tərəfindən 1995-ci il fevralın 1-də imzalanmış və 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya edilmişdir. İndi də hər beş ildən bir Azərbaycan Respublikası "Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası" üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Avropa Şurasına hesabat təqdim edir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev multikulturalizmi azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etməklə, Azərbaycanda multikulturalizm siyasətinin əsasını qoymuşdur. Hazırda bu siyasəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyev uğurla davam etdirir. İndi Azərbaycan Respublikası bütün dünyada multikulturalizm siyasətinin həyata keçməsinə töhfələr verən ən qabaqcıl ölkələrdən biridir.
Milli azlıqların hüquqları 1990-cı il iyunun 29-da qəbul edilmiş ATƏT-in İnsan meyarı Konfransına dair Kopenhagen Müşavirəsinin sənədində belə müəyyənləşdirilmişdir: "Milli azlıqlara mənsub şəxslərin öz etnik mədəniyyət, dil, yaxud din özünəməxsusluğunu azad surətdə ifadə etmək, qoruyub saxlamaq və inkişaf etdirmək, öz iradəsinin əksinə olaraq, heç bir assimilyasiya təşəbbüsünə məruz qalmadan bütün cəhətləriylə öz mədəniyyətini azad surətdə dəstəkləmək və onu inkişaf etdirmək hüquqları var. Xüsusilə onlar aşağıdakı hüquqlara malikdirlər: şəxsi və ictimai həyatda öz ana dilindən azad surətdə istifadə etmək; milli dövlət qanunvericiliyinə uyğun olaraq könüllü maliyyə yardımını və digər yardımları, eləcə də dövlət dəstəyi axtara biləcək xüsusi təhsil, mədəniyyət və dini müəssisələrini, təşkilat və ya assosiasiyalarını yaratmaq və dəstəkləmək; öz dininə etiqad etmək, o cümlədən dini materialı əldə etmək, ona sahib olmaq, ondan istifadə etmək və öz ana dilindəki təhsil sahəsində dini fəaliyyəti həyata keçirmək; öz ölkəsinin hüdudları daxilində öz aralarında, eləcə də digər dövlətlərin ümumi etnik və ya milli mənşəyi, mədəni mirası və ya dini etiqadı olan vətəndaşları ilə maneəsiz əlaqələr qurmaq və əlaqələri davam etdirmək; öz ana dilində