Ulu Öndər və azərbaycançılıq məfkurəsi
Siyasət

Ulu Öndər və azərbaycançılıq məfkurəsi

Ümummilli lider Heydər Əliyev sözün hər mənasında böyük ömür yaşadı. Lakin onun ideyalarının, qurub yaratdıqlarının ömrü daha böyükdür. Bu gün biz tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin ideyaları bu gün yaşayır. Ölkəmizdə bütün quruculuq işləri məhz bu ideyaların həyata keçirilməsi istiqamətində gedir.

Ulu öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi dövlət xadimi idi. Heydər Əliyevin gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında idi. Heydər Əliyev idarəetmənin ustadı siyasətin kamil bilicisi idi. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlidən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə tərəqqisinə xidmət edir. Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, ədalətli mövqe tutması, yüksək intellekti ziyalı mövqeyi, tədbirliliyi analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi Heydər Əliyevin ən yüksək keyfiyyətlərindəndir.

Ulu öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu öndərin nitq çıxışlarında artıq söz ifadə, qeyri-dəqiq fakt rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi.

Hər hansı bir xalqın mədəniyyətinin inkişafında milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın dili, din adət-ənənəsi onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın mədəniyyətinin inkişafına, adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır.

Eyni zamanda, ulu öndər gənclərimizi xalqımızın milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik". Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin mədəni irsini adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış nəsildən-nəslə ötürmüşdür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi bəşəri duyğuları təcəssüm etdirir.

Ümummilli lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003- illər) xalqımızın adət- ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi dahi liderin bir daha xalqa mənən bağlılığını islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Ümummilli lider Heydər Əliyev həm müdrik el ağsaqqalı, həm təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər onların qorunub