Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Sahibkarlar Gününə həsr olunmuş konfrans
Digər xəbərlər

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Sahibkarlar Gününə həsr olunmuş konfrans

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi Sahibkarlar Günü ilə bağlı aprelin 25- "Gülüstan" sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Heydər Əliyev Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfrans keçirilib.

"Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, "Əbədi Məşəl" kompleksinə əklil qoyublar.

Konfrans öz işinə Azərbaycanın Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə müxtəlif sahələrdə fəaliyyət göstərən adamları iştirak ediblər.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023- ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması, bununla əlaqədar ölkəmizdə xaricdə həyata keçirilən silsilə tədbirlər, Ulu Öndərin ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətləri barədə fikirlərini bölüşüb, sahibkarları 25 aprel - Sahibkarlar Günü münasibətilə təbrik edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov videomüraciətində ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən özəl sektorun formalaşması inkişafında Ulu Öndərin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi barədə danışıb. Qeyd olunub ki, ölkəmizdə biznes investisiya mühiti davamlı olaraq yaxşılaşır, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazası dəstək alətləri müasir çağırışlar əsasında təkmilləşdirilir, sahibkar-dövlət münasibətləri inkişaf edir. Qarşıdakı dövrdə sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə tədbirlər davam etdiriləcək.

Əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının sosialyönümlü olduğunu, sahibkarlığın bu strategiyaya uyğun olaraq sosial rifah məşğulluqda mühüm rol oynadığını vurğulayıb. Nazir Sahil Babayev dövlətimizin başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində vətəndaş rifahının təminatı istiqamətində atılan addımları, xüsusilə son 5 ildə 4 sosial islahat paketinin icra edilərək sosial ödənişlərdə ciddi artımlara nail olunduğunu diqqətə çatdırıb. Özəl sektorun korporativ sosial məsuliyyət layihələrini, məşğulluğun təmin olunmasında, özünüməşğulluq proqramının genişləndirilməsində, həssas qrupların sosial müdafiəsi tədbirlərində yaxından iştirakı dəstəyi, nazirliyin sosial tərəfdaşlıq müstəvisində sahibkarlarla fəal əməkdaşlıq təcrübəsi qeyd olunub.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını, qeyri-adi idarəçilik bacarığı yüksək vətənpərvərliyi sayəsində ölkəmizdə sosial-iqtisadi, elmi-texniki mədəni sahələrin inkişafına nail olunduğunu bildirib.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Heydər Əliyevin cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirdiyini, onların müxtəlif fəaliyyət sahələrində ön sıralarda olmasına dəstək göstərdiyini, Azərbaycanda lider sahibkar qadınların yetişməsinin hazırda bu siyasətin uğurla davam etdirilməsinin nəticəsi olduğunu qeyd edib.

Kiçik Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov ölkəmizdə kiçik orta biznesin inkişafının, KOB-ların iqtisadiyyatda rolunun artırılmasının prioritet istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə görülən tədbirlər, Agentliyin fəaliyyəti KOB-