Ulu Öndər haqqında xatirələr
Siyasət

Ulu Öndər haqqında xatirələr

Ulu öndər Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, onun böyüklüyünü hər dəqiqə, hər an, hiss edir  düşünürsən ki, O, səninlə birlikdə xalqımızın aydın sabahlarına doğru addımlayır.

Ulu öndərin Azərbaycan xalqına xidmətlərini saymaqla bitməz. Bu xatirə yazımda onun təhsil sahəsinə göstərdiyi diqqətdən, o cümlədən ölkəyə rəhbərliyinin birinci mərhələsində azərbaycanlı gənclərin keçmiş sovet respublikalarının aparıcı universitetlərində təhsil almaq üçün göndərilməsindən danışmaq istəyirəm.

Ulu öndər Heydər Əliyev respublikamıza rəhbər təyin olunduğu elə ilk vaxtlardan  Mərkəzi hökumətin razılığı ilə Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Voronej, Dnepropetrovsk digər şəhərlərdə fəaliyyət göstərən nüfuzlu institutlara azərbaycanlı gənclərin müsabiqədənkənar qaydada qəbul olunmalarına dövrün tələblərinə uyğun ixtisaslar üzrə təhsil almalarına nail oldu. O xoşbəxt anları yaşayan gənclərdən biri mən idim.

Qəbul imtahanlarını uğurla verib Moskva Geodeziya Aerofotoplanalma Kartoqrafiya Mühəndisləri institutunun (indiki Moskva Dövlət Geodeziya Kartoqrafiya Universiteti) tələbəsi adını qazandım. Qəbul komissiyası imtahanlarda müvəffəqiyyət qazanmış tələbələrə bildirdi ki, avqust ayının 29-da Respublika Sarayında Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin iştirakı ilə birinci kursa qəbul olunmuş azərbaycanlı gənclərin yolasalınma tədbiri keçiriləcəkdir.

Həmin gün ulu öndər bizi xoş sözlərlə salamladı    hamımıza təhsil alacağımız respublikalarda, şəhərlərdə özümüzü ləyaqətli aparmağı, Azərbaycan xalqını  layiqli şəkildə təmsil etməyimizi arzuladı. Yüksək təhsilə yiyələnməyimiz, rus dilini mükəmməl öyrənməyimiz üçün öyüd-nəsihətlər verdi. "Siz getdiyiniz şəhərlərdə özünüzü kimsəsiz hiss etməyin, sizin arxanızda Azərbaycan xalqı, Azərbaycan dövləti durur, mən dururam", - söylədi. O vaxtlar ulu öndərin bu sözləri mənəvi gücümüzü birə-beş artırdı.

Onu da qeyd edim ki, biz - tələbələr təhsil aldığımız illərdə ulu öndərin tapşırığı ilə Azərbaycan Respublikasının Moskva şəhərində yerləşən nümayəndəliyi, xüsusilə nümayəndəliyin təhsil üzrə əməkdaşları tərəfindən  yüksək diqqət qayğı ilə əhatə olunmuşduq. Heydər Əliyevin şəxsən özü   respublikadan kənarda təhsil alan tələbələrlə daim maraqlanır imkan yarananda onlarla  görüşlər keçirirdi.

Ulu öndərin Moskva şəhərində oxuyan azərbaycanlı tələbə-gənclərlə belə bir görüşü 1979-cu ildə M.Qorki adına Moskva bədii-akademik teatrının sarayında keçirildi.

Bizi Moskva şəhərində yerləşən Azərbaycan nümayəndəliyi tərəfindən həmin görüşə dəvət etdilər. Görüşəhəmçinin təhsil aldığımız müəssisələrin rektorları, prorektorları dəvət olunmuşdular. Söz ulu öndər Heydər Əliyevə veriləndə salon sükuta qərq oldu onun alovlu çıxışı hamını valeh etdi. "Elmin sirlərinə yaxşı yiyələnin, rus dilini mükəmməl öyrənin. Siz burada Azərbaycanın elçilərisiniz, çalışın xalqımızı yüksək səviyyədə təmsil edin".

Bu görüşün məzmun məqsədini ulu öndər öz uzaqgörənliyi ilə necə düşünmüşdüsə, elə oldu: görüşdən sonra bizə oxuduğumuz institutların rəhbərlikləri tərəfindən diqqət daha da artırıldı. Sən demə, bu görüşün məqsədi həm azərbaycanlı tələbələri Moskva ali məktəb rəhbərlərinə tanıtmaq, bizlərə diqqətin daha da artırılmasını diplomatik gedişlə onların nəzərinə çatdırmaqdan ibarət imiş

Yeri gəlmişkən onu da qeyd etmək istəyirəm ki, ötən əsrin 70-ci illərində, orada "qafqazdanam", - deyəndə, əsasən gürcü yaxud erməni başa düşürdülər. Çünki bu millətlərin nümayəndələri Moskva şəhərinə çoxdan ayaq açmış özlərini tanıda bilmişdilərLakin zaman keçdikcə "Azərbaycan", "azərbaycanlı" sözləri tez-tez işlədilməyə başladı. Mən hesab edirəm ki, bu istiqamətdə müsbət dəyişikliyin baş verməsi yenə ulu öndərin adı ilə bağlı idi. Məhz onun şəxsində Azərbaycanı, azərbaycanlıları tanımağa başlamışdılar. Xüsusilə Heydər Əliyevin artıq Moskvada Siyasi Büroya üzv seçilməsi bu prosesi daha da sürətləndirdi.

1998-ci il avqust ayının