Ulu Öndər Ağdama xüsusi qayğı göstərirdi
Siyasət

Ulu Öndər Ağdama xüsusi qayğı göstərirdi

İnsan ömrünün mənası xatirələr, duyğular, ilahi hisslər, məhəbbət, mərhəmət, xeyirxahlıq, yaxşılıq, comərdlikdir. Həyat fəlsəfəsi, dünyanın vərdişi , gərdişi insanın içindən keçir, insan öz ömrünü mənalı yaşayanda daha gözəl olur. Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağın tanınan ziyalısı, 90 yaşın kürəyini yerə vuran, sadə, səmimi insan Bəbir Hüseynovun ömrünün görünən yaşanan anları əsl örnəkdir. Jurnalist fəaliyyətinə başlayanda ilk redaktorum olmuş Bəbir müəllim dünəni ilə fəxr edən, bu gününü şərəflə yaşayan, sayılıb-seçilən bir nəslin ağsaqqalıdır. O, uzun illər keçmiş sovet partiya orqanında məsul vəzifədə, sonra Ağdam rayon qəzetində redaktor kimi fəaliyyət göstərib, gənc jurnalistlərə qayğı ilə yanaşıb. Həyat yoldaşı, rəhmətlik Şükufə həkim uzun illər Ağdam doğum xəstəxanasının baş həkimi işləyib, yüzlərlə körpə onun şəfalı əlləri ilə həyata göz açıb. Bəbir müəllimin həyat eşqi çox yüksəkdir, çoxlu xatirələri var. Unutmadığı qürur hissi ilə dilə gətirdiyi ən dəyərli xatirəsi Türk dünyasının fəxri, xalqımızın ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyevin ötən əsrin ortalarında Ağdam rayonuna səfərləri ilə bağlıdır. Qocaman mətbuat işçisi həmin günləri fəxrlə xatırlayır deyir:

Bütün Azərbaycan xalqı kimi, ulu öndəri biz ağdamlılar da unutmur, əziz xatirəsini daim qəlbimizdə yaşadırıq. Yaxşı yadımdadır, bütün regionların inkişafını diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev bir neçə dəfə - 1973, 1974, 1981 1982-ci illərdə Ağdam rayonuna gəlmişdi. Xalqımızın xahişi tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdandan sonra, 1998-ci ilin oktyabr ayında - prezident seçkiləri ərəfəsində seçicilərlə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki görüşünü unuda bilmirəm. Xalqımızın dahi oğlu hələ Sovet İttifaqı dövründə respublikamızın rəhbəri kimi rayonumuzda olarkən şəhərimizi kəndlərimizi gəzərək zəhmətkeşlərlə görüşür, onlarla səmimi söhbət edirdi.

Mən rayon partiya komitəsində məsul vəzifədə çalışdığım Ağdamda çıxan rayon qəzetinin redaktoru olduğum illərdə ulu öndərin keçirdiyi iclas plenumlarda, fəalların yığıncaqlarında, zona müşavirələrində mütəmadi olaraq iştirak etmişəm. Hər görüşdə onun vətənini, xalqını dərəcədə sevdiyinin, insanlara necə diqqət qayğı ilə yanaşdığının, unikal yaddaşının dərin biliyinin şahidi olmuşam. 1977-ci ildə Azərbaycan KP MK-da təcrübədə 1986- ildə Moskvada SSRİ jurnalistlərinin qurultayında olarkən ümummilli liderimizlə təmasda olduğum anlar mənim üçün heç vaxt unudulmayacaq tarixə çevrilib.

Ulu öndər 1973- ildə Ağdamda səfərdə olarkən demişdi: "Mən arzu edirəm ki, Ağdam gündən-günə çiçəklənsin. Həm şəhər, həm kəndlər dastanlarda, şeirlərdə olduğu kimi, Azərbaycanın gözəl bağ-bağatlı guşəsi olsun". Heydər Əliyev rayonun K.Marks, Kirov, Telman adına kolxozlarında pambıqçılarla, mexanizatorlarla görüşür, onların əmək şəraiti güzəranı ilə maraqlanırdı. Dahi rəhbər Telman adına kolxozda Sosialist Əməyi Qəhrəmanı Sürəyya Kərimovanın kompleks tarla düşərgəsində böyük şadyanalıqla qarşılandı. Dahi şəxsiyyət sadə insanlarla, xüsusilə zəhmət adamları ilə söhbət etməyi çox xoşlayırdı.

1981-ci il iyul ayının 10-da respublika rəhbərinin Ağdam rayonuna növbəti səfəri əsl bayrama çevrildi. Ağdamlıların dostu qayğıkeşi səfərə rayonun ən iri üzümçülük təsərrüfatı olan H.Hacıyev adına sovxozdan başladı. Ulu öndərin sovxozun üzümçülük briqadiri, "Oktyabr bayrağı", "Qırmızı əmək bayrağı" ordenli, Respublika Dövlət Mükafatı laureatı Əkbər Abdullayevlə etdiyi səmimi söhbət indinin özündə xatirimdədir. Üzümçü briqadir bütün dövlət təltiflərinə Heydər Əliyevin qayğısı sayəsində nail olmuşdu. Sonra kənd ağsaqqalları ilə görüşən ulu öndər onlarla xatirə şəkli çəkdirdi.

Başqa bir sovxoza gələn Heydər Əliyev Əkbər Quliyevin başçılıq etdiyi komsomolçu-gənclər briqadasının üzümçüləri tərəfindən böyük məhəbbətlə qarşılandı. Hər