Hazırda Azərbaycan və Ermənistan nümayəndələri arasında sülh sazişi barədə geniş müzakirələr aparılır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın XİN başçısı Ararat Mirzoyan ilə bir həftəlik Vaşinqon görüşünü başa vurub. Tezliklə nümayəndələr arasında Moskvada da təmasların baş tutması gözlənilir. Hazırkı gedişat isə ona işarə edir ki, sülh gündəliyi masadadır, prosesin tezliklə tamamlanması gözlənilir.
Amma Paşinyan hökuməti nəyin bahasına olursa-olsun müxtəlif provakasiyalarla gərginliyi artırmağa, üçüncü tərəfin regiona müdaxiləsi üçün bəhanə yaratmağa çalışır. Ermənistanın təxribat xarakterli davranışlarını stimullaşdıran çoxsaylı səbəblər var. Bunlardan ən vacibi erməni cəmiyyətinin uzun illərdən bəri ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya kimi radikal və zəhərli ideoloji atmosferdə yaşamasıdır. Məhz erməni Qriqoryan kilsəsi, diaspor, eləcə də öz fəaliyyətlərində terroru siyasət kimi seçən radikal millətçi təşkilatların apardıqları təbliğat qonşularla normal münasibətlərin qurulmasının qarşısını alır.
Ermənilərin türklərlə olan münasibətlərinin qədim tarixi var. XVIII əsrdə ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsiylə onlar azərbaycanlılarla qarşılıqlı əlaqəyə girdilər. 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi nəticəsində isə 40 minə yaxın erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ildə bağlanan Ədirnə sülhünün şərtlərinə görə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90 minə yaxın erməni də Azərbaycanda yerləşdirildi. Onların Türkiyə və Azərbaycan türkləri ilə mübahisələrinin təməli isə XX əsrin əvvəllərində qoyulub. 1905-ci ildə Azərbaycanın müxtəlif ərazilərində türkofob hücumlar, qırğınlar gerçəkləşdi. Fevral ayında erməni terror təşkilatları Bakı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlara başladı, 50 min nəfərdən artıq azərbaycanlı qətlə yetirildi. Dekabr ayının 26-da Umudlu kəndinin 500 nəfərlik sakini Avram Hampanın dəstəsi tərəfindən qətlə yetirildi.
1918-ci ildə isə daha genişmiqyaslı hücumlar gerçəkləşdi. İrəvan quberniyasının 4 mahalında 199 Azərbaycan kəndi dağıdıldı, 135 min nəfər azərbaycanlı evlərindən qovuldu. Martın 17-də isə Urmiya şəhərində erməni terrorçuları 10 min nəfərdən artıq azərbaycanlını qətlə yetirdilər. Həmin tarixdən başlayaraq bir ay ərzində Urmiya, Salmas, Xoy, Maku, Şərəfxan və digər yerlərdə 100 mindən artıq adam öldürüldü. Martın 18-də Şamaxı qəzasının 53 kəndində ermənilər 8 min azərbaycanlını qətlə yetirdilər. Həmin ayın sonuna qədər öldürülənlərin sayı 12 min nəfərə çatdırıldı. Mart ayından aprelə kimi Bakı şəhərində ermənilər tərəfindən 18 min azərbaycanlı qətlə yetirildi. 1918-ci ilin yay və payız aylarında isə Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi ermənilər tərəfindən dağıdıldı, 7729 azərbaycanlı öldürüldü.
Birinci Dünya müharibəsi zamanı erməni partiyaları olan Daşnaksütyun, Armenakan və Hnçak partiyaları erməni gerilla döyüşçüləri ilə Osmanlı imperiyasında yaşayan türk-müsəlman əhaliyə qarşı soyqırımı törətdilər. SSRİ-nin Cənubi Qafqazı işğal etdiyi dövrdə də türkofob hadisələr davam etdi. 1920-ci il dekabr ayının 1-də Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistan SSR-ə verildi. 1923-cü il iyul ayının 7-də Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağ muxtar vilayət statusu aldı. Sentyabr ayında Xankəndi şəhərinin adı türkofob səbəblərə görə azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmiş Stepan Şaumyanın şərəfinə "Stepanakert" olaraq dəyişdirildi. 1920-ci ildən 1922-ci ilə qədər Bahəddin Şakir, Behbud xan Cavanşir, Camal Əzmi, Cəmal paşa, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Səid Həlim Paşa və Tələt Paşaya "Nemezis" əməliyyatı çərçivəsində sui-qəsd təşkil olundu.
Təbii ki, ermənilərin türkofob əməllərini saymaqla bitməz. Mənfur qonşularımızın bu əməllərinə bu gün də rast gəlirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 noyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı bu məsələyə bir daha diqqət çəkdi. Dövlət başçımız bildirdi ki