Türkiyəli nazir bu gün Bakıya gəlir
Gündəm

Türkiyəli nazir bu gün Bakıya gəlir

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bu gün Bakıya gəlir.

"Respublika" “Anadolu”ya istinadən xəbər verir ki, o, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Görüşdə ikitərəfli əlaqələri müzakirə edəcəkləri gözlənilir. Qonaq Şəhidlər Xiyabanını və Bakıdakı "Türk Şəhidliyi" abidəsini ziyarət edəcək.