Türkiyə və Azərbaycan: bir millət, iki dövlət, bir yumruq
Türk dünyası

Türkiyə və Azərbaycan: bir millət, iki dövlət, bir yumruq

Azərbaycan Türkiyə qardaşlığı tarixin bir çox ağır məsuliyyətli sınaqlarından  üzüağ çıxmışdır. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə bugünə qədər təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda yüksək tribunalardan ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün çalışmışdır. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın parlaq gələcəyi istiqamətində göstərdiyi səylər, türk dünyasının birliyi həmrəyliyi yolunda atdığı ciddi siyasi addımlar olduqca əhəmiyyətlidir.

Hər iki dövlətin ölkə başçılarının, yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə Bakıda Ankarada keçirilən görüşlər xalqlarımız arasında dostluq qardaşlığın əbədi, sarsılmazlığının göstəricisidir. Ümumən, Türk dünyasının birliyi naminə Bakıda keçirilən bir-birindən mühüm tarixi əhəmiyyətli tədbirlər - Dünya Azərbaycanlılarının qurultayları, Türk Dövlətləri Başçılarının Zirvə toplantısı böyük türk birliyinin nümayişidir. Ölkə başçımızın bildirdiyi kimi, Türk dünyası böyük ailədir. Bu böyüklük öz möhkəmliyini yenilməzliyini xalqların birliyi ilə sübut edir. Regionda sülhün, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə birliyi isə siyasi iradənin qətiyyətin, dünyada tayı-bərabəri olmayan qardaşlığın nümunəsidir. Azərbaycan Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinarın iki budağıdır. Həmin çinarın kökləri bugün həyata keçirilən layihələrlə Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanmışdır. Danılmaz faktdır ki, reallaşan hər bir layihə region tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir, hər iki ölkənin gücünə güc qatır. Qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan Türkiyənin mənzərəsində aydın görünür. Bu gün bu mənzərə dünya  ölkələrinin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur.

İkinci Qarabağ müharibəsinin başlandığı ilk saatlardan etibarən Azərbaycanın yanında olduğunu bildirən qardaş ölkənin öz qəti mövqeyini bəyan etməsi, bütün rəsmi dairələrin, türk ictimaiyyətinin siyasi diplomatik dəstəyini əsirgəməməsi Azərbaycan üçün olduqca önəmlidir. Sentyabrın 27- Türkiyənin müdafiə naziri Hulusi Akar Ermənistanın mövqeyinin Cənubi Qafqazda sülh sabitliyin ən böyük əngəli olduğunu vurğulamışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə həmin gün "Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə onları bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyanı işğala zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi, bu gün bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır", - deyə mövqeyini bəyan etmişdir. Sonrakı günlərdə Türkiyənin Azərbaycana dəstəyinin bariz nümunəsi olaraq xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfərləri baş tutmuş, bu səfərlər gedişində türkiyəli nazir Azərbaycanın hər zaman dost ölkəyə güvənə biləcəyini bir daha bəyan etmiş, hərbi əməliyyatlarda hər iki tərəfin itkilərindən Paşinyanın məsuliyyət daşıdığını bildirmişdir. Qardaşlığın dostluğun dar gündə tanındığı bir dövrdə, qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə hər zaman birlikdə olmuşdur. Türkiyə Respublikasının xarici işlər nazirini, milli müdafiə nazirini Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbulu zamanı Prezident İlham Əliyev bildirmişdir ki, "Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc