Türkiyə-Azərbaycan qardaşlıq körpüsü
Türk dünyası

Türkiyə-Azərbaycan qardaşlıq körpüsü

Ulu öndər Heydər Əliyev müasir dünya tarixinə, parlaq silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin çoxşaxəli irsi, tükənməz bir məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.

Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının milli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını əhatə edir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivliliyilə böyük tarixi əhəmiyyətə malikdir. Türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirən Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etməsi ümummilli liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin iki qardaş ölkə arasındakı strateji birliyin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə Türkiyənin "Dövlət Nişanı", 1999-cu ildə isə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən "İlin adamı" seçilməsi, bu ölkənin bir çox universitetlərinin Fəxri doktoru seçilməsi Azərbaycan - Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinin göstəricisidir.

Dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunan bəzi məqamlara nəzər salaq: Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası 1992-ci ilin martında qoyulub. Ulu öndər Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu" imzalanıb, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılıb. Həmin il mayın 28- iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə sürətlə inkişaf edib. Ulu öndər Heydər Əliyev deyirdi: "Türkiyə Azərbaycan xalqlarının tarixi birliyi sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur".

1993- ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə Azərbaycan Türkiyə arasındakı münasibət yeni bir mərhələyə qədəm qoymuş, ulu öndərin təşəbbüsü ilə ölkəmiz 1993- ildə TÜRKSOY-a qatılmışdır. Azərbaycan Respublikasının qurucusu Heydər Əliyev dövründə ikitərəfli münasibətlər kəskin şəkildə yüksəldi. Türkiyəli adamları Bakıya gəlib Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa başladılar. Bununla bərabər, azərbaycanlı alimlərin, musiqiçilərin, həkimlərin Türkiyəyə sürətli axını başladı.

Türkiyə Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır qanlı müharibələrdən keçib. Dövlətlərimizin qurucuları - ümummilli lider Heydər Əliyevin Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi, məxsus olduqları xalqı dövləti yaşadıb, bu gün yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün ölkələrimiz regionda beynəlxalq aləmdə baş verən bütün hadisə proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır