Türk tarixinin ən parlaq səhifəsi
Türk dünyası

Türk tarixinin ən parlaq səhifəsi

Birinci Dünya müharibəsi illərində İngiltərə, Fransa Anzaklardan ibarət olan üçlük - Antanta Osmanlı dövlətinin paytaxtı İstanbulu tutmaq, Rusiya ilə ticarət əlaqələri yaratmaq, eyni zamanda alman müttəfiqlərindən birini zəiflətmək məqsədlərini həyata keçirməyə Çanaqqala boğazından başladılar. 1914- ilin dekabrında baş vermiş Türkiyənin Sarıqamış əməliyyatından narahat olan türk qüvvələrinin heç olmasa bir hissəsinin başqa cəbhələrə çəkilməsini istəyən Rusiyanın yükünü azaltmaq üçün Çanaqqala yürüşünə qərar verildi.

Çanaqqala boğazı Atlantanın Almaniya ilə Osmanlı dövlətini bir-birindən ayırmaq, ən əsası isə Türkiyənin Qara dənizdəki mövqeyini tamamilə sarsıtmaq istəyini reallaşdırmaq baxımından böyük strateji əhəmiyyət kəsb edirdi. Elə bu səbəbdən , fransız ingilis qoşunları 1914- ildə Seddülbahir Ərtoğrul qalalarını, Anadolu yaxtasında Qumqala Orhaniyə qalalarını atəşə tutdular, düşmənin ən böyük ən müasir donanması boğazı keçməyə cəhd göstərdi. Martın 18- ingilis-fransız gəmiləri şiddətli atəşə başladılar. Boğaza yaxınlaşan düşmən gəmisi boğaza girsəydi, Anadolunun taleyi həll olunacaq düşmən İstanbulu işğal edəcəkdi. Qəhrəman türk əsgərinin fədakarlığı sayəsində dünyanın ən müasir silah texnikası ilə təchiz edilmiş düşmən donanması 7 müasir döyüş gəmisini minlərlə əsgərini itirərək geri çəkilməli oldu. Admiral da Robeckun tabeliyində olan 16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqalanı ələ keçirməyə cəhd etsə , Osmanlı mina gəmisinin boğazın Asiya tərəfinə yerləşdirdiyi dəniz minaları tərəfindən ingilis fransız gəmilərinə böyük ziyan vuruldu. Ağır itki verən, boğazı dəniz yolu ilə fəth edə bilməyəcəklərini anlayan İttifaq dövlətləri quru əməliyyatlarına başlamağı planlaşdırdılar, 25 aprel - 6 avqust 1915-ci il tarixləri arasında Gelibolu yarımadasına endilər. Anadolu ərazisini türklərdən təmizləmək niyyətində olan ittifaq ölkələri iki cəbhədən - Seddülbahir Arıburnu cəbhəsindən hücumlara başladı. Lakin boğazda olduğu kimi, quruda da əzmkarlıqla, rəşadətlə öz torpağının müdafiəsinə qalxan türk xalqı düşmənləri geri oturtmağı bacardı. Arıburnundan Conkbayıra irəliləyən ingilis qoşunları Mustafa Kamalın rəhbərlik etdiyi 19-cu diviziyanın əks-hücumları nəticəsində böyük itkilərdən sonra geri çəkilməyə məcbur oldu. Başdan-ayağa silahlanmış çoxsaylı düşmən qarşısında Osmanlı əsgərlərinin sayı olduqca az olsa da, Mustafa Kamalın rəhbərliyi ilə qəhrəman türk əsgərləri böyük şücaət göstərirdi. O, ağır döyüşlərdə əsgərlərini milləti, xalqı yolunda ölümə belə hazır olmağa səsləyərək deyirdi: "Mən sizə ölməyi əmr edirəm. Biz öldükdən sonra yerimizə digər qüvvələr, başqa komandanlar keçəcək". 1915-ci il dekabrın 20- Anafartalar Arıburnu cəbhəsi, 1916- il yanvarın 8-9-da Seddülbahir düşmənlərdən azad edildi. Vətən uğrunda dönmədən, mətanətlə, əzmkarlıqla vuruşan türk xalqının 250 mindən çox əsgəri canını vətən yolunda fəda etdi. 8 ay yarım davam edən Çanaqqala savaşları hər iki cəbhə üçün böyük itkilərlə nəticələndi. Belə ki, savaşda 400 min ingilis, 80 minə yaxın fransız qüvvələri vuruşmuş, döyüşlərdə ingilislər 205 min, fransızlar isə 47 min əsgərini itirmişdir.

Birinci Dünya müharibəsindən az öncə, 1911-1912-ci illərdə Osmanlı İmperiyası Afrikanın son torpaqları olan Tripoli Benqazini İtaliyaya itirdi 1912-1913- illərdə Balkan məğlubiyyəti Rumelidəki son türk hökmranlığını da yox etdi. Bundan sonra isə Bolqarıstan orduları İstanbul qapılarına sıxışdırılmış, İstanbul boğazlar təhlükə altına düşmüşdür. Yox olmaq təhlükəsi ilə üz-üzə qalan Türkiyə özündə elə bir güc tapdı ki, bu gücün qarşısında nəinki Avropanın bir neçə ölkəsi, dünyanın yarısı belə duruş gətirə bilməzdi. Türk əsgərinin misli görünməmiş qəhrəmanlığı, vətənpərvərliyi Çanaqqala savaşında bütün türk dünyasının zəfər tarixini yazdı. Türkiyə üçün gerçəkləşən böyük təhlükədə türk düşmənləri Çanaqqala səddini keçə bilmədilər, çünki o səddin önündə gələcəyin ən böyük türk sərkərdəsi Mustafa Kamal Atatürk dayanmışdı. Mərmərə Qara dənizi ələ keçirmək istəyən ingilislər ruslar türkün