Türkiyədə keçirilən seçkilər və bu seçkilərdə demokratiyanın qələbəsi 14-28 may tarixini yeni dövrün - yeni türk əsrinin başlanğıcı kimi təsdiq etdi. Həm Türkiyə Böyük Millət Məclisinin yeni tərkibi, həm də ölkə prezidenti xalqın iradəsi əsasında seçildi. Türk xalqı və bütünlükdə Türkiyə bu dəfə də doğru, müdrik qərar verərək xarici imperialist mərkəzlərdə hazırlanan qara planların həyata keçməsinə imkan verməyəcəyini bir daha nümayiş etdirdi.
Artıq ölkə parlamenti öz fəaliyyətinə başlayıb. Belə ki, iyunun 2-də iyirmi səkkizinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni tərkibdə ilk iclası keçirilib. Toplantıya ən yaşlı deputat olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sədrlik edib.
Çağdaş zəmanəmizin müdrik siyasətçilərindən olan Rəcəb Tayyib Ərdoğan yeni seçilən prezident kimi təntənəli surətdə dövlətə və millətə sədaqət andını içdi və Nazirlər Kabinetinin tərkibini açıqladı. Beləliklə, ölkədə tam sərbəst, şəffaf şəraitdə keçirilən seçkilərin qalibi 85 milyonluq türk xalqı oldu. Bu fikri Prezident Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimindəki nitqində də dilə gətirib. Ərdoğanın seçkilərdə qalib gəlməsi Türkiyənin xarici siyasətində mühüm dönüş nöqtəsidir. Bu uğurun sayəsində prezidentin son illər xarici siyasətdə əldə etdiyi nailiyyətləri möhkəmləndirmək şansı daha da çoxdur.
Bəs, bundan sonra Türkiyə dövlətinin istər xarici siyasətində, istərsə də ölkə daxilində, qarşısında hansı hədəflər dayanır? Bununla bağlı açıqlama verən siyasi ekspert Güngör Yavuz Aslan seçkilərdən sonra Türkiyənin xarici siyasətində mühüm bir dövrün başlanacağını vurğulayıb. O deyib ki, Ərdoğanın seçkilərdə qələbəsi Türkiyənin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə kömək edəcək. Dünya liderlərinin Rəcəb Tayyib Ərdoğana təbrik məktubları və onların birlikdə işləməyə hazır olması, Ərdoğanın rəhbərliyi altında Türkiyə diplomatiyasının həlledici rol oynayacağından xəbər verir.
"Prezident Ərdoğanın birinci prioriteti, Türkiyəyə sığınacaq axtarmaq üçün gələn suriyalı vətəndaşların geriyə qaytarılması, terrorla mübarizə və bəzi dövlətlərlə münasibətlərin müəyyənləşdirilməsidir. Suriya, Türkiyənin xarici siyasətində ən vacib məsələlərdən biri olaraq Türkiyəni yaxından maraqlandırır. Artıq Türkiyənin sığınacaq axtaranların geri qaytarılması ilə bağlı daha konkret addımlar atdığının şahidi oluruq. Belə ki, beş yüz əlli min Suriya vətəndaşı artıq öz ölkələrinə geriyə göndərilib. Türkiyə, Qətər və Beynəlxalq Fondun dəstəyi ilə Suriyada iki yüz qırx min yeni mənzilin tikiləcəyi ilə bağlı razılığa gəlinib. Bu da bir milyon iki yüz min Suriya vətəndaşının öz ölkələrinə geri göndərilməsi deməkdir. Bu mənzillərin təməli bu ay içərisində atılacaq və tez bir zamanda infrastruktur layihəsi gerçəkləşdiriləcək'', - deyə siyasi ekspert bildirib.
Türkyənin xarici siyasəti qarşısında Liviyadan Azərbaycana, Ukraynadan Şərqi Aralıq dənizinədək bir çox kritik məsələlərdə əldə edilən nailiyyətləri qoruyub saxlamaq və bu zaman Avropa ilə iqtisadi münasibətlərin yaxşılaşdırılması, NATO daxilində səmərəliliyin artırılması vəzifəsi də dayanır. Xarici siyasətin başqa bir mövzusu Ukraynada davam edən müharibədir. Türkiyənin həyata keçirdiyi xarici siyasəti nəzərə alsaq, Ukrayna böhranı bizə Türkiyənin xarici siyasət yanaşmasının o qədər əhəmiyyətli olduğunu göstərir ki, bu siyasət bundan sonrakı yol xəritəsinə təsir edə bilər. Türkiyənin əsas vəzifəsi hazırkı mövqeyini sabit şəkildə qoruyub saxlamaqdır. Yəni Türkiyə bundan sonra da Ukrayna böhranında vasitəçi rolunu oynayacaq, böhran səbəbindən həm özünü, həm də dünyanı narahat edən kritik məsələlərdə mövqeyini gücləndirəcək, müharibənin dərinləşməsinin və ya başqa ölkələrə yayılmasının qarşısını almağa cəhd göstərəcək.
Güngör Yavuz Aslanın fikrincə, seçkidən sonra Türkiyənin xarici siyasətində Türk Dövlətləri Təşkilatı vasitəsilə Orta Asiyada aktiv bir dövr olacaq, yenidən Asiya təşəbbüsü davam etdiriləcək və Afrika ilə əlaqələr yeni müstəviyə daşınacaq. Beynəlxalq sistemin gərginləşdiyi, regionun normallaşdığı bir vaxtda Türkiyə bu ikisini birləşdirən yanaşmanı mənimsəyərək beynəlxalq statusunu daha da möhkəmləndirəcək.
"44 günlük Vətən müharibəsində