Azərbaycan-Türkiyə: İkinci Qarabağ savaşı xalqlarımızın ortaq şanlı tarixidir
Türk dünyası

Azərbaycan-Türkiyə: İkinci Qarabağ savaşı xalqlarımızın ortaq şanlı tarixidir

2018-ci il 26 iyun. Bakı. Azadlıq meydanı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi parad. Güc nazirliklərinin, eləcə Türkiyə Respublikası Silahlı Qüvvələrinin 4 min nəfərdən ibarət şəxsi heyəti Azadlıq meydanındadır. Dövlət başçısı cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, dövlət xadimləri xarici qonaqların dayandığı tribunanın önündən hərbi təyinatlı qüvvələrin parad heyəti keçir. Paradda müasir zirehli texnika nümunələri, raket artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri nümayiş etdirilir. Döyüş təyyarələrinin pilotları səmada öz məharətini göstərir, Bakı buxtasında isə hərbi dəniz qüvvələrinin gəmiləri düzülmüşdü. Həm müasir silah texniki vasitələrlə təchizat, həm təhlükəsizlik baxımından peşəkarlıq meyarlarına tamamilə uyğun olan ordumuzun keçidi hər kəsdə qürur doğurur.

Ordumuz Ermənistan tərəfindən həyata keçirilən təxribatlar zamanı dəfələrlə öz gücünü göstərmiş, özünün uğurlu əməliyyatları ilə Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer almağa layiq olduğunu sübuta yetirmişdi. Ali Baş Komandan İlham Əliyevə raport verilir: Azərbaycan Ordusu qarşısına qoyulmuş tapşırıqları yerinə yetirməyə hər an hazırdır.

Azərbaycan Prezidenti hərbçilərə qonaqlara müraciət edərək deyir: "Bu gün, sözün əsl mənasında tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir". Öz növbəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edir: "Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi bizim problemimizdir... Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik".

Azərbaycan Ordusunun qarşısına qoyulan tapşırığı yerinə yetirməyə isə cəmi 44 gün vaxt lazım gəldi. O möhtəşəm paraddan 2 il 3 ay sonra düşmənin növbəti təxribatının qarşısı layiqincə alındı. 2020-ci il dekabrın 10-da Azadlıq meydanı daha bir izdiham yaşadı. Düşmən üzərində qələbəmizi Azərbaycan ordusu yenə Türkiyə Silahlı Qüvvələri ilə birgə qeyd etdi.

Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası 1994- ildə imzalanmış Bişkek protokolundan sonra BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün Ermənistan Respublikası ilə müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Beynəlxalq təşkilatların sülh platformaları ilə yanaşı, Azərbaycan region ölkələrinin münaqişənin həlli istiqamətindəki təşəbbüslərində yaxından iştirak edirdi. Lakin uzun illər ərzində aparılan sülh danışıqları nəticəsiz idi.

2020-ci ilin iyul ayında ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə , buna müvəffəq ola bilmədi. Avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş, lakin görülən tədbirlər nəticəsində itki verərək geri çəkilmiş qrupun komandiri baş leytenant Qurgen Alberyan əsir götürülmüşdü.

Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq, Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda VPG, PKK terrorçularının, o cümlədən Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənisinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Ermənistanın bu ya digər hərəkətləri danışıqlar prosesindən tamamilə imtina etməsi anlamına gəlirdi.

2020-ci il sentyabrın 25- Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformat çıxışında Ermənistanın son təxribatları nəticəsində azərbaycanlı hərbçilərin mülki vətəndaşın