İstanbulun fəthi - Yeni dövrün başlanğıcı
Türk dünyası

İstanbulun fəthi - Yeni dövrün başlanğıcı

Dünyanın ən mühüm hadisələrindən biri olan İstanbulun fəthinin 570-ci ildönümü qeyd olunur. İstanbulun fəthi 1453- il mayın 29-da Osmanlı sultanı 21 yaşlı Fateh Sultan Mehmet (Sultan II Mehmet) onun komandanlığı altında olan Yeniçəri Ordusu tərəfindən həyata keçirilmişdir. 6 aprel 1453- ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınan İstanbul 53 günlük mühasirədən sonra fəth edilmişdi. Fateh Mehmet onun tabeliyində olan əsgərlər Bizans imperatorluğunun lideri XI Konstantinin ordusuna qarşı döyüşdə qalib gələrək türk dünyasının tarixində yeni bir səhifə açmış, Bizansı isə süquta uğratmışdır.

Fəth olunmazdan öncə "Konstantinopol" adlandırılan, dünyanın coğrafi mərkəzi hesab edilən bu yer əvvəllər dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə şəhər Əməvilər Abbasilər tərəfindən mühasirəyə alınmış, lakin bu mühasirələr uğursuz olmuşdu. Osmanlılar da şəhəri mühasirəyə almış, hətta Çimpə qalasını Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bu mühasirədə I Bəyazidin mancanaqlardan istifadə etdiyi bildirilir. Lakin bu mühasirə qərbdə Macarıstan krallığının indiki Bolqarıstan ərazisinə (Osmanlı torpağına) hücumu ilə başa çatmışdı. Növbəti il mühasirə yenidən başlamış kifayət qədər hazırlıqlı olan bizanslılar bu dəfə dəniz yolundan gələn hücumların qarşısını kəsmək üçün Anadolu Hasarını inşa etmişdilər. Uzun sürən mühasirənin faydasını görməyən I Bəyazid Bizansın sülh təklifini qəbul edərək geriyə dönməyə məcbur olmuşdu.

Ankara döyüşündən sonra Osmanlıda geriləmə dövrü (Fetrət) başlamışdı. Lakin Ankarada məğlub olmuş Osmanlı dövləti Konstantinopola I Bəyazidin oğlu olan Musa Çələbinin başçılığı ilə yenidən hücum etmiş 1412-ci ildə mühasirəyə almışdı. Amma bu mühasirə öz məntiqi nəticəsini tapa bilməmişdi. Dördüncü mühasirə isə II Muradın dövründə olmuş, uğurlu strateji həmlə edən Bizans imperatoru VII İohanın Qara dəniz sahilindəki bəzi torpaqları xərac verməyi qəbul etməsindən sonra mühasirə başa çatmışdı. Bizansın bu qədər kiçik bir əraziyə sıxışdırılmasına baxmayaraq, illərlə niyə məhv edilmədiyi sualının cavabı şəhər divarları arasında gizlənir. Üç qatda düzülmüş bu divarlar çox möhkəm materialdan hazırlanmışdır. Şəhəri əhatə edən divarların ümumi uzunluğu təxminən 22 kilometr, bu divarların qalınlığı 5 metr, hündürlüyü isə 15 metr idi. Bastionların yerdən hündürlüyü bəzi yerlərdə 20-25 metrə çatırdı.

Mühasirələr uğursuz olsa da qüdrətli Osmanlı dövləti Bizansın bütün ətraf ərazilərini öz tərkibinə qatmışdı. Artıq II Mehmet taxta çıxdığı vaxt Konstantinopol Osmanlı İmperiyasının torpaqları ilə əhatələnmişdi. Bu qüdrətli dövlətin imperiya halına gəlməsi an məsələsi idi. Bunun üçün bir addım qalmışdı - Konstantinopolun fəthi.

1451-ci ildə taxta çıxan Fateh Sultan Mehmetin o zaman 19 yaşı var  idi. Avropada bir çoxları gənc sultanın uğur qazana bilməyəcəyini Balkanlarda, Egedə xristian gücləri qarşısında məğlub olacağını proqnozlaşdırırdılar. Fateh Mehmetin Avropaya qarşı sakit münasibəti bu fikri dəstəkləmiş, lakin düşüncə davranışların bir-birindən fərqli ola biləcəyi nəzərə alınmamışdır.

Gənc hökmdar səfər hazırlıqları çərçivəsində Konstantinopolun dənizlə olan bağını tamamilə kəsmək mühasirə vaxtı şəhərə dənizdən kömək gəlməsinin qarşısını almaq məqsədilə Rumeli Hasarının tikintisinə başlanılmasını əmr etmişdi. Rumeli Hasarı I Bəyazid tərəfindən tikilən Anadolu Hasarının qarşısında idi. Tikinti 1452-ci ilin aprel ayında başlamışdı. Rumeli Hasarının 13 bürcü vardı üç böyük bürcün üstü qurğuşun baca ilə örtülmüşdü. 400 əsgərin müdafiə etdiyi qala Firuz Ağaya tapşırılmışdı. Tikintinin başa çatması boğazda gediş-gəlişin dayanması Bizans tərəfini narahat edirdi. Bizans tərəfindən tikintinin dayandırılması üçün göndərilən 2 elçi II Mehmetin göstərişi ilə edam edilmişdi. Açıq-aşkar türklərin fəth üçün hazırlandığını görən bizanslılar isə bütün xristian dünyasından yardım