Trampdan seçkilərlə bağlı çağırış
Dünya xəbərləri

Trampdan seçkilərlə bağlı çağırış

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələri tərəfindən 2024-cü ildə keçiriləcək prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasının qarşısının alınmasını zəruri hesab edir.

"Respublika" xəbər verir ki, bu barədə "CNBC" məlumat yayıb.

"Biz əmin olmalıyıq ki, onlar (demokratlar) seçkilərdə saxtakarlığa yol verməsinlər. Məni ən çox bu sual narahat edir. Onlar bunu yenə də edəcəklər? Aldadacaqlar? Biz buna imkan verməyəcəyik, çünki bu, ölkəmizin tarixində ən mühüm seçkilərdir", - deyə keçmiş prezident qeyd edib.

Nəzrin ELDARQIZI,

"Respublika".