Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycanın dünya birliyində nüfuzunun artmasına, güclü, qüdrətli ölkə olaraq qəbul edilməsinə yönəlmiş məqsədyönlü siyasət həyata keçirmişdir. Bunun nəticəsidir ki, bu gün Cənubi Qafqazın lider dövləti olan müstəqil Azərbaycan həm də dünyada baş verən hadisələrdə sözü, imzası keçərli olan ölkələr sırasında yer alır.
Dinamik inkişaf mərhələsinə qədəm qoyan ölkəmiz istər iqtisadiyyat, istər ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərlə beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu isə dost ölkələr üçün qürurverici olsa da, bəzi sözdə dost, əməldə düşmən olan dövlətlərin rahatlığını pozub və onları Azərbaycan əleyhinə birləşməyə vadar edib. Məsələn, İran İslam Respublikası ilə Ermənistan birliyi bunun ən bariz nümunəsidir. Son vaxtlar İran ilə Ermənistanın adının qoşa çəkilməsi bu gün bir o qədər də təəccüb doğurmur. Çünki bu iki məsləkdaşın həyata keçirdiyi məkrli missiya artıq bütün dünyaya məlumdur. Müsəlman ölkəsi, islam dəyərlərinə "sadiq" olan İranın işğalçı, terrorçu Ermənistanla birlik nümayiş etdirməsi ilk baxışdan qəribə görünsə də, məsələnin mahiyyətinə gəldikdə İran ilə Ermənistanın nə qədər oxşarlıqlara malik olduqlarını görməmək mümkün deyil. Ən əsası isə gündən-günə güclənən, qüdrətlənən və istər dünyada, istərsə də Cənubi Qafqazda söz sahibinə çevrilən Azərbaycana qarşı fobiya... Azərbaycanın tarixi torpaqlarını zəbt edən hər iki dövlət tarix boyu ölkəmizə düşmənçilik münasibəti bəsləmiş, ərazilərimizi işğal etmişlər. Hər iki ölkəni birləşdirən bu ümumi cəhət onları iki "qardaş" ölkəyə çevirmişdir. Eyni məqsədə xidmət edən, oxşar siyasət yürüdən dost ölkələr həm də "iş ortağıdırlar".
İran hər zaman sanksiyaların tətbiq olunduğu terror yuvasıdır və terror əməllərini mütəmadi olaraq ölkəmizdə də həyata keçirmişdir. Azərbaycan zaman-zaman yaxın qonşuları olan İran və Ermənistanın terror hədəfi olmuşdur. Din pərdəsi altında minlərlə cinayət hadisəsi, təxribatlar törədən terrorçu İran hər zaman anti-Azərbaycan siyasəti yürütmüş, düşmənimizlə yaxın dostluq münasibətləri quraraq ölkəmizə qarşı düşmənçilik mövqeyində olmuşdur. İran belə alçaq niyyətli əməlini bu il yanvar ayının 27-də bir daha həyata keçirməyə müvəffəq oldu. Belə ki, həmin gün səhər saatlarında İranın xüsusi xidmət orqanı SEPAH-la əlaqəli olan İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum etmiş, qanlı terror aktının törədilməsi nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəisi öldürülmüş, daha iki əməkdaşı isə yaralanmışdır. İran tərəfi hadisənin ailə-məişət zəminində baş verdiyini uydurmuş, cəmiyyəti bu ağ yalana inandırmaq üçün terrorçunu televiziya ekranlarına çıxararaq onun guya Azərbaycan səfirliyində "itirdiyi" həyat yoldaşını axtardığını söylətməklə hadisənin terror olmadığı ilə bağlı beynəlxalq ictimaiyyətdə rəy formalaşdırmağa çalışmışdır. Lakin törədilmiş terror aktı açıq-aydın bu günə kimi İranda aparılmış anti-Azərbaycan təbliğatının və fəaliyyətinin nəticəsidir.
Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücumun İranın siyasi hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilməsi heç bir şübhə doğurmur. Azərbaycan hökuməti İrandakı daimi nümayəndəliyində baş vermiş hadisəni pisləmiş, səfirliyimizin mühafizə xidməti rəisinin ölümü ilə nəticələnən terrorda İran hökumətinin birbaşa məsuliyyət daşıdığını bildirmişdir. Fevral ayının 1-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil nazirini və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən Tehranda yerləşən Azərbaycan səfirliyində baş verən terror aktının hərtərəfli şəkildə araşdırıldığını bildirmiş və hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı bir ciddi tədbir görülmədiyini diqqətə çatdırmışdır.
Qeyd edək ki, bu, qondarma İslam ölkəsinin həyata keçirdiyi ilk terror hadisəsi deyil. Belə ki, cənub qonşumuz müxtəlif vaxtlarda bir sıra xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə silahlı hücumlar təşkil etmiş,