Terrora göz yuman avropalı missionerlər
Digər xəbərlər

Terrora göz yuman avropalı missionerlər

10 noyabrda kapitulyasiya aktı imzalayan Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəd ərazilərdə təxribatları davam etdirir. 44 günlük Vətən müharibəsi ilə işğal altında qalan torpaqlarını azad edən Azərbaycana qarşı Ermənistanın terror hücumları səngimək bilmir. Bu terror halları Avropa İttifaqının Ermənistana müşahidə missiyası göndərməsindən sonra daha da artıb.

Fevralın 20- Avropa İttifaqının növbəti missiyası Ermənistanda fəaliyyətə başladı, 21- erməni silahlı qüvvələri Azərbaycanın Tovuz Sədərək rayonlarındakı, rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən isə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Kəlbəcər, Şuşa Xocavənd istiqamətlərindəki mövqelərini atəşə tutdular.

Avropa İttifaqının Ermənistana göndərdiyi yeni missiyaya Rusiyanın qıcıqla yanaşması müşahidə olunur. Lakin İran səssizdir. vaxtsa səs çıxaracağı da güman edilmir. Çünki İranın "dostluq" əlaqələri qurduğu Ermənistanla birdən-birə münasibətlərini soyutması yaxşı görünməz.

-nin kölgəsi altında gizlənən Ermənistanın təxribatları artıq daha da intensivləşir. Martın 5- Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan silah-sursat, şəxsi heyət, digər hərbi ləvazimatlar daşıyan Ermənistana məxsus avtomobillər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ordumuzun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərildi. Qarşı tərəfdən atəş açıldı iki hərbçimiz şəhid oldu. Çox qısa müddət sonra, yəni martın 7- yenə Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələrilə qeydə alındı. Ardı-arası kəsilməyən erməni həyasızlığının vəziyyəti bu yerə gətirib çıxaracağı ölkəmizə məlum idi. -nin uzunmüddətli müşahidə missiyasının sülh gündəliyinə zərbə vuracağı Azərbaycandan ən yüksək səviyyədə bəyan olunmuşdu. Məlum məsələdir ki, Ermənistanın kimlərinsə arxasında gizlənməsi onları xilas etməyəcək, əksinə, erməni xalqının, dövlətinin Azərbaycanın sülhpərvər əməlindən yararlanaraq rifah içərisində yaşayacağı ehtimalını heçə endirə bilər.

30 ilə yaxın müddətdə işğalçının başının altına qoyulan yastıqların qumbaraya çevrildiyini bütün dünya gördü təsirini təbii ki, daha çox ermənilər xeyli dərəcədə havadarları hiss etdi.

Təəssüf ki, Avropa İttifaqının missiyası Ermənistanın təxribatlarına nəinki reaksiya vermir, əksinə rəsmi İrəvanın yalan böhtanlarına meydan açmaqla, rəsmi İrəvanın aqressiv davranışlarını daha da stimullaşdırır davamlı olmasına əlverişli zəmin yaradır. Bu baxımdan, ermənilərin törətdikləri bütün təxribatlara, axan hər damla qana görə həm Avropa İttifaqının missiyası, yaxud avropalı missionerlər məsuliyyət daşıyır. Missionerlərin gəlməsindən sonra təxribatların artması isə bu məsuliyyəti daha da artırır.

Nəzrin CAVADZADƏ,

"Respublika".