Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində Almaniyanın dövlət və hökumət başçıları ilə görüşləri mühüm hadisə kimi dəyərləndirilib və beynəlxalq müstəvidə diqqət mərkəzində olub. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri ölkəmizin Avropa ölkələri ilə münasibətləri kontekstində tutduğu mövqeyi daha da möhkəmləndirir.
"Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Siyasi dialoq müntəzəm olaraq aparılır və əminəm ki, mənim səfərim bizim ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri zamanı mətbuata bəyanatla çıxışında söyləyib.
Avropa İttifaqı ilə Azərbaycan əlaqələrində çox önəmli addımların atıldığını qeyd edən ölkə başçısı bildirib ki, xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir.
Bəli, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət kursu ölkəmizin həm iqtisadi, həm də beynəlxalq aləmdə yüksəlişinin təminatçısıdır. Bu prosesdə heç şübhəsiz ən ciddi faktor liderlərin Prezident İlham Əliyevə ehtiramı, ölkə başçısının qlobal siyasət meydanında olan nüfuzudur. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirak, hətta bu tədbirlərə evsahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir.
Qeyd etmək lazımdır ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında münasibətlər hər zaman qarşılıqlı faydalı əməkdaşlığa əsaslanıb. Ölkəmizin müstəqil xarici siyasət yürütmək imkanları, etibarlı tərəfdaş kimi nüfuzunun yüksəlməsi, Avropa İttifaqı və ona üzv ölkələrlə artan işbirliyi mövcud əməkdaşlığın genişləndirilməsinə real zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts arasında keçirilən görüşdə, həmçinin mətbuat konfransında qeyd edilib ki, Azərbaycan gələcəkdə Avropaya ixrac etdiyi təbii qazın həcmini artırmaq niyyətindədir, eləcə də Qafqaz ölkəsi Almaniyaya özünü qaz və bərpaolunan enerji daşıyıcılarının tədarükçüsü kimi təklif edir. 2027-ci ilədək rəsmi Bakının Avropaya ixrac edəcəyi mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq, bu il isə həmin göstəricinin 12 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropanın enerji təminatı üçün Azərbaycana maraq artıb və azı on Avropa ölkəsi Azərbaycandan qaz almaqda maraqlıdır. Azərbaycan dövlətinin başçısı görüşdən sonra mətbuat konfransında ölkəmizin Avropa üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb.
Almaniya Kansleri Olaf Şolts mətbuat konfransında diqqətə çatdırıb ki, Almaniya ilə Azərbaycan ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməyi qarşıya məqsəd qoyublar. Ötən il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd edildiyini diqqətə çatdıran Kansler həmçinin bildirib ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əlaqələrin Şərq Tərəfdaşlığı çərçivəsində dərinləşdirilməsi də müzakirə edilib. O, Azərbaycanı Almaniya və Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaş kimi səciyyələndirib və ölkənin Almaniyanın və Avropanın enerji təminatının diversifikasiyasına mühüm töhfə vermək potensialında olduğunu qeyd edib.
Azərbaycan ilə Almaniya arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq mövcuddur. Onu da qeyd edək ki, Prezident İlham Əliyev 2004-cü və 2007-ci illərdə Almaniyaya rəsmi, daha 11 dəfə isə işgüzar səfər edib. Sonuncu səfər bu il fevralın 16-19-da baş tutub və dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Ötən il fevralın 15-də Prezident İlham Əliyev Almaniya Prezidenti Frank Valter Ştaynmayeri yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Eləcə də bu il yanvarın 13-də iki ölkənin prezidentləri arasında telefon danışığı olub. Söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Prezident İlham Əliyevin bu səfəri Azərbaycanla Almaniya arasında münasibətləri yeni inkişaf