Son illərdə müdafiə sənayesi sahəsində sürətlə inkişaf edən Türkiyə yeni bir ilkə imza atıb. Aprelin 10-da yerli şirkətlər tərəfindən inşa edilən "TCG Anadolu" amfibiya hücum gəmisi Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilib.
Bu layihənin icrasına 2016-cı ildən başlanılıb. Gəmi 2019-cu ilin mayında suya buraxılıb və 2022-ci ilin iyun ayından etibarən sınaqları həyata keçirilib. "TCG Anadolu" PUA (pilotsuz uçuş aparatları) gəmisi dünyada zərbə PUA-larının yerləşdirilməsi üçün nəzərdə tutulmuş ilk hərbi gəmidir. Türkiyənin yerli şirkətləri tərəfindən istehsal edilən "Bayraktar TB3" PUA-ları, "Kızıl Elma" insansız qırıcıları, "Hürjet" təlim təyyarələri hərbi gəmidən enib-qalxa biləcək. Uzunluğu 231 metr, eni 32 metr olan "TCG Anadolu" gəmisi 13 tank, 27 amfibiya zirehli transportyoru və 6 zirehli transportyor olmaqla ümumilikdə, 94 texnika daşımaq üçün nəzərdə tutulub. Göyərtəyə 10 helikopter və 11 hücum PUA-sı yerləşə bilir. Gəminin təyyarə anqarı daha 19 helikopter və 30 pilotsuz uçuş aparatı üçün nəzərdə tutulub. Gəmidə 2 əməliyyat otağı olan xəstəxana da fəaliyyət göstərir. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olan "TCG Anadolu" 1400 hərbçi daşımaq qabiliyyətinə də malikdir. Hərbi baxımdan "TCG Anadolu" Türkiyə və müttəfiqlərinə çevik imkanlar təqdim edəcək.
"TCG Anadolu'' gəmisi Türkiyənin müdafiə sənayesinin 1974-cü ildən başlanan fəaliyyətinin ən yüksək nöqtəsinə çatması deməkdir. O mənada ki, Türkiyənin müdafiə sənayesi həm quru, həm hava, həm də dəniz qoşunları üçün sistemlər yaradır, istehsal edir. Çünki Türkiyə quru, hava və dəniz sərhədi olan bir ölkədir. Buna görə də, müdafiə sənayesi hər üç qoşun növlərinin ehtiyacalarını təmin etmək üçün çalışmalı, ən yüksəkkeyfiyyətli sistemlər, məhsullar və hərbi texnika istehsal etməlidir. Tərəddüd etmədən deyə bilərəm ki, müdafiə sənayemizdə qarşıya qoyulan hədəflərə çatmaq üçün son illər misilsiz işlər görülüb. Son olaraq isə ''TCG Anadolu'' Türkiyə hərbi dəniz qüvvələrinin istifadəsinə təqdim edilib". Bu fikirləri açıqlamasında politoloq Bilgehan Öztürk bildirib.
Onun sözlərinə görə, bundan öncə də Türkiyə hərbi dəniz qüvvələrinin ehtiyaclarına uyğun olaraq millilik və yerlilik faizi çox yüksək olan MİLGEM gəmiləri, sahil mühafizə gəmiləri, sualtı qayıqlar və s. istehsal edilmişdir: ''TCG Anadolu'' gəmisi ilə Türkiyənin dənizlərdəki təsiri, gücü artıb. Onu da deyim ki, bu gəminin hazırlanmasında Türkiyənin 131 şirkəti iştirak edib. Həmçinin gəminin istehsalında istifadə edilən sistemlərin və materilların 70 faizi yerli istehsaldır. Bu, çox qürurverici və yüksək nəticədir. Dolayısı ilə ''ATAK'' helikopteri, ''BAYRAKTAR TB2'', ''Kızıl Elma'', milli tank və bu gəminin istehsalı ilə Türkiyənin müdafiə sənayesi dünya miqyasında mühüm uğura imza atıb".
Bilgehan Öztürk deyib ki, Türkiyə bu sahədəki uğuru ilə dünyadakı 12 ölkədən birinə çevrildi: "Yəni, dünyada bu miqyasda gəmiləri olan 12 ölkə var. Bundan başqa, şaquli eniş, qalxış edə bilən ''BAYRAKTAR TB3'', ''Kızıl Elma'' SİHA-sı, ''Hürjet'', ''Hürkuş'', ''ATAK'' helikopterlərinin istehsalının başa çatması da müdafiə sənayemizin uğurudur. Onu da deyim ki, bu günə kimi dünyada mövcud olan heç bir döyüş gəmisi ''TCG Anadolu'' kimi bir neçə ünsürü bir araya gətirmir. "TCG Anadolu'' ən böyük və ən ağır helikopterlərin, həmçinin İHA-ların enib qalxa biləcəyi öz sahəsində dünyanın ilk döyüş gəmisidir. Yəni, ''TCG Anadolu'' dünyanın ilk SİHA gəmisidir. ''Bayraktar TB3 SİHA,'' ''Kızıl Elma'' insansız döyüş təyyarəsi, ''Hürjet'' yüngül hücum təyyarəmiz bu