Çar Rusiyası, daha sonra isə SSRİ rəhbərlərinin himayədarlığı ilə Azərbaycan torpaqlarının zaman-zaman ermənilərə verilməsi nəticəsində doğma torpaqlarımızda erməni dövlətinin yaradılması, azərbaycanlıların dədə-baba ocaqlarından zorla köçürülməsi ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə, deportasiya və soyqırımı ilə müşayiət olunmuşdur. Bəşəriyyətin ən böyük faciələrindən biri olan, kütləviliyi və amansızlığı ilə fərqlənən XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında ətraflı məlumat vermək üçün Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim, professor Nürəddin Məmmədovla həmsöhbət olduq. O bildirdi ki, xalqımızın tarixində min illər boyu qanlı hadisələr, məhrumiyyətlər çox olmuşdur. Amma bunların içərisində 1918-ci il qətliamı xüsusi yer tutur. Bu kütləvi qırğını dünyanın müxtəlif yerlərində bu gün də alovlanan müharibələrin törətdiyi faciələrlə bir araya qoymaq düzgün olmazdı. Bəşəriyyət tarixində ən qanlı cinayətlərdən biri kimi yaddaşlarımızda silinməz iz salmış bu soyqırımı faciəsini hər bir azərbaycanlı heç vaxt unutmayacaq. Bəli, 1918-ci ilin mart faciəsi tariximizin qanlı səhifəsidir...
Mart soyqırımından 105 il keçir. Bu müddət ərzində qədirbilən xalqımız öz tarixi-milli ənənələrinə sadiq qalaraq, günahsız soyqırımı qurbanlarının əziz xatirəsini həmişə yad etmişdir və etməkdədir. Təcavüzkar erməni şovinistlərinin və onların "başbilən ideoloqlarının" etnik təmizləmə, soyqırımı və deportasiya siyasətinin acı nəticələrini bütövlükdə minlərlə azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir. Tarixi mənbələr təsdiqləyir ki, "dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər bir sıra xarici havadarlarının dəstəyi və köməyi ilə müxtəlif dönəmlərdə azərbaycanlılara və türklərə qarşı terror və soyqırımı həyata keçirmiş, etnik təmizləmə siyasəti aparmışlar. Azərbaycanın istər çar Rusiyası, istərsə də Sovet imperiyası tərkibində olduğu müddətdə bilərəkdən təhrif olunmuş səhifələrindən biri də məhz daşnakların dəfələrlə törətdiyi soyqırımdır. Məsələn, tarixi reallıqlara görə, hələ XVIII əsrin 20-ci illərində Rusiya çarı I Pyotr azərbaycanlıların tarixi torpaqları olan Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdir. XIX əsrdə Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin yekunu olaraq Azərbaycan torpaqlarına İrandan 40 min, Türkiyədən isə 85 min erməni köçürülmüş, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "erməni vilayəti" təşkil edilmişdir. Atılan bu addımlar əslində, Azərbaycan torpaqları hesabına yaradılacaq gələcək Ermənistanın təməli idi. Bu qanlı faciələrin ən dəhşətlisi 31 mart 1918-ci il tarixdə azərbaycanlılara qarşı törədilən soyqırımıdır və özünün ağır nəticələri ilə bütün faciələrdən seçilir. Belə ki, həmin ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb. Silahlı erməni-bolşevik birləşmələrinin Bakıda və digər yerlərdə martın 31-də və aprelin əvvəlində törətdiyi kütləvi qırğınlar nəticəsində yüz minlərlə azərbaycanlı, o cümlədən Bakı və ətraf qəzaların minlərlə sakini milli mənsubiyyətlərinə görə qəddarlıqla öldürülmüşdür. Bu zaman ermənilər bir çox qədim binaları, o cümlədən dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasını, ziyarətgahları, məscidləri top atəşinə tutaraq dağıdıb, insanların meyitlərini yandırıblar. Ümumiyyətlə, 1918-ci ilin yazında Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran, Gəncə, Zəngəzur və azərbaycanlıların kompakt yaşadıqları digər bölgələrdə ermənilər, o cümlədən bolşevik maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan və onun əlaltıları azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, əhalini xüsusi amansızlıqla qətlə yetirmiş, kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmışlar.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu hadisələrə hüquqi-siyasi qiymət verilmiş, mərkəzin dəstəyi ilə yaradılmış saxta tarixin üstündən xətt çəkilmişdir. Fenomen şəxsiyyətin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı