Qarabağda həyata keçirilən genişmiqyaslı layihələr sabaha inamımızı daha da artırır
Azərbaycanın şanlı ordusu və Ali Baş Komandanın sayəsində qələbə qazandıq. Artıq Qarabağ həsrətimiz bitdi. Biz Qarabağda həyatı yenidən canlandıracağıq. Azərbaycan xalqı uzun illərdir ki, bu anı gözləyirdi. Artıq hər kəs öz doğma torpağına qovuşacaq. Hazırda qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini həyata keçirmək, Böyük Qayıdış Proqramının icrasını uğurla başa çatdırmaqdır. Bu baxımdan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara davamlı səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Sahibinə qovuşan torpaqlarımızda yeni həyat başlayır. Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin bu günlərdə Qarabağa səfərləri də mühüm məqamlarla, həmçinin işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla yadda qaldı.
"Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam. Bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda bir çox tədbirlər keçirilmiş, 10 kəndin təməli qoyulmuş, bir çox açılışlar həyata keçirilmişdir". Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib. Dövlət başçısı vurğulayıb ki, on günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.
Prezident İlham Əliyevin mayın 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə paytaxt Bakıdan deyil, qədim Şuşadan xalqa müraciət etməsi böyük məna kəsb edir. Dövlət başçısının da qeyd etdiyi kimi, Şuşa Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbənin tacıdır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. 2020-ci ilin sentyabr-noyabr aylarında şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi möhtəşəm Zəfərlə Ümummilli Liderimizin və bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının ən böyük arzusunu çin etdi.
Ölkə başçısı bildirib ki, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki: "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!". Bu gün isə işğaldan azad olmuş torpaqlarımız sürətlə yenidən qurulur, dirçəlir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu səfərlər çərçivəsində təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib. Qələbəmizdən sonra Şuşa inkişaf edir, gözəlləşir. Çünki Şuşa Azərbaycan üçün adi şəhər deyil, milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix deməkdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin