Tarixi əsaslara söykənən Azərbaycan-Bolqarıstan münasibətləri
Digər xəbərlər

Tarixi əsaslara söykənən Azərbaycan-Bolqarıstan münasibətləri

Azərbaycan Bolqarıstan arasındakı əməkdaşlığın tarixi qədimdir. İlk diplomatik münasibətlər XIX əsrin ortalarında qurulub. 1918-ci ildə müstəqillik əldə etdikdən sonra Bolqarıstan Azərbaycanın müstəqil dövlət kimi tanınmasına dəstək verib. Bundan sonra sovet dövründə iki ölkə arasındakı münasibətlər qarşılıqlı əməkdaşlıq dəstək əsasında inkişaf edib. Həmin dövrdə Azərbaycan Bolqarıstan iqtisadi, mədəni elmi sahələrdə əməkdaşlıq qurulub

Müstəqil Azərbaycan Bolqarıstan arasındakı münasiblətlər isə 1991-ci ildən bəri inkişaf edir. Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanıyıb iki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulub. Bolqarıstan Azərbaycanın 28-ci siyasi tərəfdaşıdır. Bundan sonra iki ölkə arasında səfirliklər açılıb. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ildə fəaliyyətə başlayıb. 2004- ildə isə Prezident İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.

XX əsrin sonlarından iki ölkə arasın

da müxtəlif sahələrdə əməkdaşlıq davam etməkdədir. Hər iki ölkə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu da Azərbaycanın Bolqarıstan da daxil olmaqla Cənub-Şərqi Avropa ölkələri ilə əlaqələrinin inkişafına töhfə verir. Bolqarıstan tərəfi, həmçinin Bakının NATO ilə tərəfdaşlığının intensivləşdirilməsini fəal şəkildə təşviq edir Azərbaycanın təşəbbüslərini dəstəkləyir.

İki ölkə arasında bir çox sahələr üzrə ciddi addımlar atılıb, strateji əməkdaşlıqların təməli qoyulub. Enerji tərəfdaşlığı isə Azərbaycan Bolqarıstan münasibətlərinin əsas təməli hesab edilir. Bu tərəfdaşlığın əsasını qoymuş Cənub Qaz Dəhlizi layihəsinə gəldikdə, Prezident İlham Əliyev tərəfindən imzalanmış Məşvərət Şurasının Birgə Bəyanatında Bolqarıstan onun fundamental elementlərindən biri kimi qeyd olunub.

Son illərdə Azərbaycan Bolqarıstan arasındakı əməkdaşlıq daha da genişlənir inkişaf edir. İki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət investisiya sahələrində əməkdaşlıq artmaqdadır. Həmçinin mədəni əlaqələr vacib yer tuturMüxtəlif sahələrdə əməkdaşlığı artırmaq məqsədilə mütəmadi şəkildə səfərlər təşkil olunur, görüşlər, forumlar, tədbirlər keçirilir.

1998-ci ildən bəri hər iki ölkə TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsinin bir hissəsidir. Son dövrlərdə daha çox aktuallıq qazanmış bu layihə Avropa ilə Çin arasında səmərəli əlaqələrin inkişaf etdirilməsi məqsədini daşıyır. Bundan başqa, müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda Xəzər dənizi regionunda tranzit imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Bolqarıstanın Limanlar İnfrastruktur Şirkəti arasında  yükdaşımaların hər iki istiqamətdə genişləndirilməsi əməkdaşlığın əsas aspektləridir

Azərbaycan Bolqarıstanın mədəni siyasi-iqtisadi sahədə əməkdaşlığı, iki ölkə arasındakı dostluq qardaşlıq münasibətlərinin daha da güclənməsinə bölgədə mövqelərinin artmasına kömək edir. Mədəni əlaqələrin inkişafı hər iki ölkə üçün mühüm yer tutur. Bu baxımdan bir sıra şəhərlərimiz qardaşlaşıb, hər iki ölkənin yumor şəhərləri olan Şəki-Qabrovo, Naxçıvan-Veliko-Tırnovo, Sumqayıt-Burqas, Gəncə-Plovdiv şəhərləri arasında əlaqələr genişlənib, həmçinin muzey tarixi yerlərdə qarşılıqlı olaraq yenidənqurma bərpa işləri görülüb. Heydər Əliyev Fondunun dəstəyi ilə Trapezitsa memarlıq muzey-qoruğu, Qərb divarının yenidən qurulmasına Bolqarıstanda  orta əsrlər dövrünə aid 3 kilsənin yenidən qurulmasına maliyyə yardımı göstərib.

Həmçinin Azərbaycan Bolqarıstanda universitetlər, elmi institutlar təşkilatları arasında əməkdaşlıq da inkişaf edir. İki ölkə arasında təhsil, elmi əlaqələr, mədəni mübadilə digər sahələrdə əməkdaşlıq ildən-ilə artır.

Ölkələrimiz arasındakı əməkdaşlığın inkişaf etməsi məqsədilə çoxsaylı hökumət nümayəndələri, adamları müxtəlif sahələrdə təcrübəli fərdlər arasında görüşlər, forumlar, tədbirlər keçirilir. Bu görüşlər zamanı Azərbaycan Bolqarıstan arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar sahələr müzakirə edilir. Bu baxımdan, 2021-ci ildə