Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Müdrik Türkiyə xalqı 28 mayda yüksəliş dövrünün davamına səs verdi
2023-cü il may ayının 28-də dünya durduqca tarixin səhifəsindən silinməyəcək coşqu və iftixar dolu unudulmaz gün yaşadıq. Əmin idik, gözləyirdik və bu qürurlu möhtəşəm uğura, sevincə, şərəfə nail olduq. Qardaş ölkə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyənin siyasi tarixində ilk dəfə baş tutan ikinci tur prezident seçkilərində topladığı səs çoxluğu ilə qalib gəldi. Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbəsi Türkiyə və Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsində də bayram edildi. 28 may seçkilərində xalqın səsini qazanan Rəcəb Tayyib Ərdoğan ölkənin 13-cü prezidenti olaraq fəaliyyətini davam etdirəcək. Təbriklər Türkiyə, sevinciniz sevincimizdir.
"Bu gün həm vətəndaşlarımızın, həm də gələcəyini bizimlə görən dost və qardaşlarımızın zəfər və minnət dualarının yerinə yetdiyi gündür. Seçki qutuları bağlandı və telefon zəngləri axmağa başladı. Körfəzdən İngiltərəyə, Rusiyaya qədər hamı təbriklərini çatdırdı. Son 10 ildə Türkiyəyə qurulan bütün tələlər, oynanan bütün oyunlar bu günün qarşısını almaq üçün idi. Qarşımızda kimin dayandığını gördünüz. Onlar uğursuz oldular. Türk millətinin zəifliyini tapmağa çalışanlar yenə də uduzacaqlar. Hətta son seçkilərdə gördüklərimiz də millətimizin şərəfli mövqeyini göstərdi. Nə qədər ki, bizimlə millətimiz arasında sevgi körpüsü bu qədər möhkəmdir, öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur". Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "balkon çıxışı" zamanı deyib.
Türkiyənin lideri xalqa müraciətində qeyd edib ki, prezident seçkilərinin ikinci turunu millətimizin xeyrinə başa vurduq. İki bayram arasında bizə demokratiya günü bəxş etdiyi üçün millətimə minnətdarlığımı bildirirəm. Türk xalqı 28 mayda tarix yazdı. Həm 14 may seçkilərinin, həm də 28 may seçkilərinin qalibi 85 milyonluq vətəndaşımızın hamısıdır. Biz dedik ki, elə bir zəfər qazanacağıq ki, heç kim itirməyəcək. Bu gün Türkiyə əsrinin qapısı açılıb. "Türkiyə əsri"ni bərabər inşa etməyə davam edirik. Qəlbi və gözü bizdə olan dostlarımızın ümidlərini birlikdə doğrultduq. Seçkilərin nəticələri Türkiyənin cəmiyyət üçün kursunu dəyişməyəcəyini, daha müstəqil və bölgədə daha təsiredici gücə sahib olan bir dövlət kimi mövcudluğunu davam etdirəcəyini göstərdi. Heç kim bu ölkənin qazanclarına göz dikə bilməz. Türkiyə milli iradəni sərbəst və azad şəkildə ifadə etməyin, qorumağın nümunəsini yaratdı.
Seçkilərin nəticələri sübuta yetirdi ki, Türkiyə vətəndaşları regionda və dünyada baş verənlərin fərqindədirlər. Çox yaxşı başa düşürlər ki, bir zamanlar gücü və ədaləti ilə dünyaya hökm edən Osmanlı dövlətini gücdən salanlar bu gün də qlobal gücə çevrilməkdə olan, milli maraqlarını sonunadək müdafiə etməyi bacaran, təhdidlərdən çəkinməyən, hədələrdən qorxmayan, hiyləgər oyunlara boyun əyməyən Türkiyəni yolundan sapdırmaq niyyəti güdürlər. Qərb dünyası açıq formada Ərdoğanın əleyhinə kampaniya apararaq Türkiyənin artan güc və imkanları qarşısında birdəfəlik sədd çəkmək istəyirdi. Lakin müdrik Türk xalqı Ərdoğana dəstək verməklə Türkiyənin müstəqilliyinə, suverenliyi və ərazi bütövlüyünə, bölgənin təhlükəsizliyinə səs verib potensial milli qarşıdurma və vətəndaş müharibəsi təhdidini aradan qaldırdı. 21 illik bir zaman kəsiyində hakimiyyətdə olan Rəcəb Tayyib Ərdoğanın və bütövlükdə Cümhur İttifaqının, dünyanın dörd bir tərəfindən axın edən çirkaba, yalan və böhtan kampaniyalarına, əsassız iddia və ittihamlara rəğmən yenidən Türkiyə cəmiyyətinin etimadını qazanması çox böyük uğurdur. Seçkilərin Türkiyənin 100 illiyində keçirilməsi xüsusi anlam daşıyırdı. Səsvermənin nəticələri qardaş ölkənin vətəndaşlarının güclü