Şuşa turizm mərkəzlərindən birinə çevrilir
Region

Şuşa turizm mərkəzlərindən birinə çevrilir

Qarı düşmən həmişə xəyal edirdi ki, Şuşa əbədi olaraq onların kirli caynaqlarında qalacaq, bu qədim qalanı hər vasitəylə isə erməniləşdirəcək, saxta, qurama tarix qondarıb dünyaya sırıyacaq, həm öz xislətlərinə uyğun olaraq həmişə boş yerə lovğalanacaqlar.

Son iki yüzillik tariximizin səhifələrində olduğu kimi, düşmən yenə yanıldı, azərbaycanlıların torpaq, yurd məhəbbətini, el-oba yanğısını nəzərə almadı, daha doğrusu, heç saya salmadı. Etnik nifrət zəminində bir qondarma erməni mifi düzəldərək sərsəm rəvayətlər uydurdular, otuz ilə yaxın aparılan danışıqlarda yalançı hiyləgər mövqedə dayandılar. Eyforiyaya qapılan, illüziyalarla yaşayan ermənilər keçmiş təmas xəttində yaşayan dinc azərbaycanlıları atəşə tutur, onlara ziyan vurur, uşaqlara güllə atırdılar. Bir sözlə, cəzasızlıq onları qudurtmuşdu, eyni zamanda haylar anlamadılar ki, Azərbaycan xalqı işğalla heç zaman barışmayacaq, Qarabağın Şərqi Zəngəzurun xilaskarı, qalib Ali Baş Komandan İlham Əliyev öz ordusu ilə düşmənin bütün təxribatlarına son qoyacaq, lovğa düşmən döyüş meydanında məhv ediləcək, himayədarlarının köməyinə arxalanan hayların ordusu darmadağın edilərək yerdən-yerə vurulacaq, güvəndikləri hərbi texnikaları Qənimətlər Parkında nümayiş etdiriləcək. Anlamadılar, inanmadılar günlərin bir günü "Dəmir yumruğ"un gücü sayəsində fədakarlıq həqiqət onların başında şimşək kimi çaxdı, işğalçı niyyətləri puç oldu kirli əllər kəsildi, torpaqlarımız erməni işğalçılarının murdar tapdağından azad edildi.

Sərkərdə, xalq ordu birliyi 44 gün ərzində Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, düşmənin heç vaxt təsəvvür edə bilmədiyi Zəfər qazanıldı, sıldırım qayaların üzərində erməni girovluğunda əsir qalan Şuşa azad edildi. Tarixi Şuşa qələbəsindən sonra it unu kimi dünyaya səpələnmiş ermənilik, lobbiləri, kilsələri, havadarları, "bacı"ları şoka düşdülər hələ bu zərbədən ayıla bilmirlər. Şuşa uğrunda gedən qanlı döyüşlərdə igid cəsur oğullarımız qəhrəmanlıqla həlak oldular şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaldaraq, ən ali məqama yüksəldilər.

Məkanı cənnət olan şəhidlərimizin qanı hesabına azadlığına qovuşmuş Şuşa şəhəri artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin məkanına çevrilib. Bu gün Şuşaya gələn insanlar 28 il ərzində törədilən erməni vandalizminin vəhşi izləri ilə yanaşı, Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin şahidi olurlar. Qeyd edək ki, Şuşada mühüm infrastruktur layihələri sürətlə keyfiyyətlə həyata keçirilir. Təsdiq edilmiş plan əsasında aparılan quruculuq işləri həyat əhəmiyyətli sahələrdən başlayıb. İlk növbədə, Şuşaya yol çəkildi, sonra şəhərin enerji təsərrüfatı quruldu, şəhərə suyun verilməsi təmin edildi. Yurdumuzun dilbər guşəsi olan Şuşa şəhəri mədəniyyətimizin inkişafında böyük rol oynayıb, görkəmli şəxsiyyətlər yetişdirib, XIX əsrin sonlarında tariximizin incisi "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" "Zaqafqaziyanın konservatoriyası" adlandırılıb. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin böyük əməyi sayəsində Şuşada peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub. İşğaldan sonra Şuşa türk dünyasının mədəniyyət paytaxtı elan edilib, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə bu qədim şəhərin Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq 2022-ci il Azərbaycanda "Şuşa İli" elan edilib. Bu münasibətlə Şuşada bir çox mədəni tədbirlər keçirilib. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr reallaşdırılır. Qısa müddətdə Şuşanın Baş Planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini memarlıq abidələrinin bərpası ölkəmizin mədəniyyət paytaxtında aparılan kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "