28 illik işğaldan sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın geri qaytarılması xalqımızın tarixində ən əhəmiyyətli hadisələrdən biri kimi yaddaşlara həkk olundu. Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən şanlı qələbəsidir. 1992-ci il mayın 8-nə keçən gecə erməni silahlı qüvvələri Şuşa şəhərinə hücum etdilər. Şuşanın işğalı nəticəsində 480 vətəndaş qətlə yetirildi, 600 nəfər yaralandı, 22 min insan öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası olmaqla, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
2020-ci ildə tarixi zəfərimiz nəticəsində Şuşa işğaldan azad edildi. Şuşa təkcə şuşalılar üçün deyil, bütün Azərbaycan xalqı üçün ucalıq rəmzidir. 44 günlük qələbədən sonra həmin ərazilərdə geniş vüsət almış quruculuq işləri Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə Azərbaycanın ən çox ziyarət edilən bölgələrindən biri olacağından xəbər verir. Şuşa artıq iqtisadi, siyasi, humanitar və diplomatik mərkəzə çevrilmişdir. Şuşa bu gün yenidən qurulur. Azərbaycanın mədəniyyət paytaxtı adlandırılan doğma şəhərin tarixi simasının bərpası istiqamətində nəhəng layihələr gerçəkləşdirilir. 2021-ci il avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu. Xatırladaq ki, 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin əzəmətli məqbərəsinin açılışı olmuşdur. 2022-ci il dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbəmizdən sonra işğaldan azad olunan ərazilərdə tarixi abidələrimizin, o cümlədən görkəmli şəxsiyyətlərimizin heykəllərinin bərpası və yenidən qurulmasına başlanıldı. Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını etdi. Quruculuq işlərinə paralel olaraq Qarabağda, Şuşada böyük tarixi və mədəni əhəmiyyət kəsb edən layihələrin icrası, tədbirlərin keçirilməsi bu cənnət diyarın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. 2021-ci il avqustun 30-da Şuşanın işğaldan azad edilməsindən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə Vaqif Poeziya Günləri doğma şəhərdə yenidən təşkil olundu. Prezident İlham Əliyev Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxışında bildirdi ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi: "Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır".
2021-ci il iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər etməsi və iki dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ən mühüm tarixi hadisələrdən idi. Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa bu gün iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilmişdir.
Bir zamanlar düşmən işğalı nəticəsində xarabalığa çevrilən Şuşa artıq rahat nəfəs alır. Yeni yaşayış və qeyri-yaşayış binalarının sürətlə tikintisi şuşalıların qayıdışını tezləşdirir. Şəhər ərazisində infrastruktur yeniləndikcə, küçələr abadlaşdırılır və həmin küçəl