Almaniyada avqustun 8-i yalnız süni intellektlə işləyən radiostansiya ölkədə ilk dəfə yayıma başlayacaq.
"Respublika" "CNN Türk"ə istinadən xəbər verir ki, server də virtual olacaq.
Almaniyada bir ilkə imza atacaq olan Audiotainment Südwest media təşkilatının verdiyi məlumata görə, internet üzərindən yayımlanacaq kanalın adı "bigGPT" olaraq təyin olunub. Hazırda alqoritmlərlə təyin olunacaq proqramda “bigLayla” adlı virtual server olacaq. Aparıcının tamaşaçılarla süni intellektlə bağlı söhbət etməsi də nəzərdə tutulub.
Töhfə SƏMƏDOVA,
"Respublika".