“Status” və “müstəqillik” müzakirə mövzusu deyil
Digər xəbərlər

“Status” və “müstəqillik” müzakirə mövzusu deyil

Ermənistan müxtəlif ölkələrin beynəlxalq qurumların iştirakı ilə aparılan danışıqlarda daim Qarabağda yaşayan ermənilərə hansısa "status" verilməsi şərtini irəli sürərək erməni azlığını bir növ reinteqrasiyaya qarşı qoyur. Cənab Prezident İlham Əliyev dəfələrlə yüksək tribunalardan bildirib ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən söhbət gedə bilməz.

Düşünsək ki, Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir bunu beynəlxalq aləm təsdiq edir, bu, o anlama gəlir ki, Ermənistan Qarabağa olan bütün iddialarından geri çəkilməlidir bu məsələ Azərbaycanın daxili işidir. Qeyd etmək yerinə düşər ki, üçtərəfli Bəyanatda sonrakı mərhələdə vasitəçilərin səyləri ilə imzalanan sənədlərdə "Dağlıq Qarabağ münaqişəsi" yaxud "status" ifadələrinə ümumiyyətlə, rast gəlinmir. Ermənistanın havardarlarının əli ilə Cənubi Qafqazdakı vəziyyəti daha da gərginləşdirməsi isə qəbuledilən hal deyil. Hətta son dövrlərdə iki ölkə arasında gedən sülh danışıqları prosesində Ermənistan yeni manipulyasiyalara əl atır. Rəsmi İrəvan qondarma qurumun "tərəf" kimi Azərbaycanla danışıqlar aparması istiqamətində səylər göstərir. Onların məqsədi ermənilərin Azərbaycanın daxilində hansısa statusla yaşamasıdır ki, bu məsələdə Azərbaycanın mövqeyi qətidir.

Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər bu tarixi şansı lazımi səviyyədə dəyərləndirməlidirlər. Azərbaycan qanunları çərçivəsində öz hüquqlarından yararlanmaq imkanları əldə etmək fürsətini qaçırmamalıdırlar. Məlumdur ki, Qarabağdakı mülki erməni əhalinin problemləri gündən-günə artır bu problemlərin separatçılar tərəfindən həll edilməsi heç bir halda mümkün deyil. Lakin bütün bunlara baxmayaraq, dövlət başçımızın verdiyi şansları dəyərləndirməyən separatçı rejim yerli əhalini mübarizəyə səsləyir yeni münaqişə ocaqları yaratmaq istəyir. Azərbaycan dövləti tərəfindən atılan addımların beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi görülən işlərin səmərəliliyindən xəbər verir. Belə ki, Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilməsi buna yaxşı nümunədir. Martın 1- Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Qarabağda yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşü zamanı Azərbaycan Respublikasının Konstitusiyasına qanunlarına uyğun olaraq Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparıldı. Lakin erməni sakinlərin nümayəndələrinin müzakirələr üçün paytaxt Bakıya dəvət edilməsi, Azərbaycan dövlətinin humanizm prinsiplərinə verdiyi dəyərin təzahürü olsa da, haylar yenə öz xislətindən əl çəkmədi. Görüşə gəlməyən nümayəndə heyətinin bu addımı reinteqrasiyaya kölgə salır. Bu, bir daha göstərir ki, Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşları kimi qəbul etməyə, onların problemlərinin həlli istiqamətində müzakirələr aparmağa konkret addımlar atmağa hazır olsa da, separatçı rejim bununla barışmır.

Prezident İlham Əliyev 2022-ci ildə Azərbaycan televiziyasına verdiyi müsahibədə bildirmişdir: "Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil". Dövlətimizin başçısının sözlərinə görə, əgər Qarabağda kimsə yenə hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin statusu olacaq, müstəqilliyi olacaq, ki, hansısa xüsusi imtiyazı. Bəli, heç bir xüsusiləşmənin olmayacağı bəllidir, lakin digər tərəfdən, silahlanma davam edir. Ermənistan yeni müharibəyə hazırlaşır. Azərbaycan dövlətinin növbəti humanist addımı cavabsız qalır.

Azərbaycan dövləti öz doğma torpağındadır. Qarabağda yaşayan erməni azlığı da anlamalıdır ki, bu ərazilərdə artıq Azərbaycan bayrağı dalğalanır. Onlar dövlətimizin tolerantlığına adekvat reaksiya verməli bayrağımızın altında yaşamalıdırlar. Azərbaycanın özünün ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməsi, məqsədlərinə çatması üçün gücü qətiyyətli siyasi iradəsi var.