Siyasi dialoq cəmiyyətin sabit inkişafına töhfədir
Digər xəbərlər

Siyasi dialoq cəmiyyətin sabit inkişafına töhfədir

Respublika Prezidenti İlham Əliyevin dövlətçilik siyasətinin prinsipial istiqamətlərindən biri iqtidar-müxalifət dialoqunun inkişaf etdirilməsi, həmrəyliyin yaradılması, cəmiyyətdə milli siyasi birliyə nail olmaqdır. Ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdırılmasında müxalifət partiyalarının fəal iştirakı da birmənalı olaraq müsbət qarşılanır təqdir edilir.

2018-ci ildə xalqın böyük əksəriyyətinin etimadını qazanıb növbəti dəfə Prezident seçilən İlham Əliyev ölkəmizdə genişmiqyaslı islahatlara start verdi. Siyasi sistemin daha da təkmilləşdirilməsi, iqtidar-müxalifət dialoqunun intensivləşdirilməsi, siyasi partiyaların fəaliyyətinə əlverişli şərait yaradılması islahatlar kursunun prioritetini təşkil etdi. Bununla da Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşdı siyasi mədəniyyətin inkişafında keyfiyyətcə yeni mərhələ yarandı. Partiyalararası dialoqun möhkəm təməli qoyuldu bu istiqamətdə bütün imkanlardan istifadə olundu.

Təəssüf ki, bəzi siyasi partiyalar, xüsusən radikalizm satqınçılıq mövqeyindən çəkilməyən AXCP ətrafındakı kiçik partiyalar bu prosesdən kənarda qaldılar. Siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən bu proseslərdə iştirak etməkdən boyun qaçıran qüvvələr öz radikal xain mövqelərini nümayiş etdirdilər. Əslində, qanunun aliliyi demokratik münasibətlərin hökm sürdüyü bir şəraitdə dialoqdan boyun qaçırmaq rəqabətdən qaçmaq deməkdir.

Cənab Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışında siyasi dialoqun cəmiyyət dövlət üçün xüsusi önəm daşıdığını bildirərək demişdir: "Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var".

Zaman göstərdi ki, cəmiyyətin etibar kreditini itirmiş, özü tarixin sınaqlarında itmiş, ancaq daha böyük əsassız ambisiyaya malik olan iddialı siyasətçilər dialoqdan müxtəlif bəhanələrlə boyun qaçırırlar.

Keçirilən islahatlar qanunların daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması zərurətini yaratdı. Bu yolda ən mühüm addımlardan biri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması, siyasi partiya nümayəndələrinin iştirakı ilə ictimai müzakirələrin keçirilməsi, sonra Milli Məclisdə qanunun qəbul edilməsi oldu.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi siyasi proseslərdə iştirak edən bütün tərəflərin açıq bərabərhüquqlu münasibətlərə dəvət olunması, cəmiyyətin sabit inkişafına töhfə idi.

Cəmiyyət birmənalı şəkildə anladı ki, radikal müxalifətin tənqidi ritorikası emosional spekulyativ xarakterli demaqogiyadan başqa bir şey deyildir. 30 il ərzində baxışlarında, siyasi fəaliyyətində yenilik etməyən belə partiyalar əslində zamanla sıradan çıxmaq qorxusu yaşayır onların emosional, əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyaların yaradılmasından başqa bir şey deyildir.

Bu gün ölkəmizdə çox ciddi fəal siyasi dialoq gedir. Müharibədən əvvəl ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdı. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Azərbaycan iqtidarı buna nail oldu. Bu gün isə bizim qarşımızda qazandığımız Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Azərbaycan cəmiyyəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu siyasi kursunu dəstəkləyir onu öz xilaskarı kimi görür. Belə bir şəraitdə siyasi dialoqdan imtina edənlər isə tarixin arxivinə gömülməkdən başqa heç nəyə yaramır.

Natiq QULUZADƏ,

YAP Zəngilan rayon təşkilatının sədri.