Tarixin səhifələri ermənilərin son iki yüz il ərzində azərbaycanlılara qarşı törətdikləri soyqırımı, deportasiyanı, etnik təmizləməni, işğalı, terror hadisələrini əks etdirən faktları, qara ləkələri olduğu kimi saxlaya bilib. Ermənilər haqqı unudan, həqiqətin üzərinə kölgə salan, yalan və böhtana vərdiş edən, iddialı, hər kəsi özlərinə borclu bilən, xəstə, çürük və əsası olmayan ideyalara inanan, yaxşılığa yamanlıqla cavab verən bir toplumdur. Bəlkə də yer üzündə mahiyyətcə ermənilərə bənzəyən ikinci bir millət yoxdur. Heç uzağa getmək lazım deyil, yaxşı bilirik ki, əzəli və əbədi torpaqlarımıza köçürülən ermənilər həmişə zəhərli ideyalarla azərbaycanlılara qarşı nifrət və qəddarlıq nümayiş etdiriblər, torpaqlarımızda məskunlaşan haylar bizə qarşı ərazi iddialarından heç zaman əl çəkməyiblər.
Yaxın tariximizin 70-80-ci illərinə nəzər salaq. Keçmiş sovetlərin dönəmində vaxtilə Qarabağda, o cümlədən Xankəndidə, Ağdərədə, hətta ən ucqar kəndlərdə məskunlaşan ermənilərin həyat şəraiti Azərbaycanın başqa bölgələrində yaşayan azərbaycanlılardan və digər azsaylı xalqlardan çox fərqlənirdi. Hələ sovet dönəmində paytaxt şəhərimiz Bakıda müxtəlif gizli sexləri işlədən işbazlar, çəkməçilər, saatsazlar, dərzilər və digər sahələri monopolyaya alan varlı ermənilər daha yaxşı yaşayırdılar. Keçən əsrin 70-80-ci illərində yataqxanalarda yer tapmayan yüzlərlə gənc erməni evlərində kirayədə yaşayırdı. Buna yaşamaq demək olmazdı, axşam işığı iki saatdan çox yandırmağa icazə vermirdilər, gecə suyu bağlayırdılar, musiqiyə qulaq asmaq qadağan idi və sair cılız erməni iyrəncliyi. Keçmiş sovet imperiyasının vaxtında ermənilər tərəfindən yaradılmış gizli təşkilatların fəaliyyəti nəticəsində keçmiş Dağlıq Qarabağda haylar mitinqlərə başladılar, tələbləri beləydi ki, Azərbaycanın tərkibindən çıxmaq, Ermənistanla birləşmək. Təbii ki, azərbaycanlılar buna laqeyd qala bilməzdilər. Azərbaycanın əleyhinə şüarlar səsləndirən, ayrı-seçkilik nümayiş etdirən, onilliklər boyu qonşu olduqları azərbaycanlılara qarşı cinayət törədən ermənilərə Moskvanın təkidi ilə respublika rəhbərliyi tərəfindən Xankəndiyə külli miqdarda ərzaq və sənaye malları göndərilirdi, bir neçə günə yardımları qəbul edən daşnak xislətli haylar dərhal əleyhimizə danışırdılar. Ermənilərin başlatdığı münaqişə, qarşıdurma sonra müharibəyə çevrildi, havadarlarına arxalanan Ermənistan torpaqlarımıza hərbi təcavüz etdi, yüz minlərlə azərbaycanlı öz vətənində məcburi köçkünə çevrildi. Otuz ilə yaxın dünyaya demokratiya və insan haqlarından dərs deməyi xoşlayan ABŞ və Avropa erməni işğalına göz yumdu.
Vətən müharibəsində başları əzilən, "ideyaları" sındırılan, ordusu məğlub edilən, döyüş zamanı gizlənən erməni ideoloqlar yenidən Xankəndidə peyda olaraq əhali arasında "Artsaxda etnik təmizləməyə yox" şüarı altında imzatoplama petisiyasına başlayıblar. Guya Azərbaycan erməni əhaliyə qarşı etnik təmizləmə həyata keçirir. Bu qədər yalan və həyasızlıq olmaz. Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən, özünü "Artsax respublikasının prezidenti" hesab edən terrorçu Arayik Arutunyan Xankəndi şəhərinin meydanında təşkil edilən imzatoplama kampaniyasına qoşularaq bildirib ki, vətəndaşların başlatdıqları bu "tarixi" təşəbbüsü Artsaxın başqa yerlərində də davam etdirmək lazımdır. Yenə də "blokada"da, "etnik təmizləmə" haqqında sərsəmləyən, Azərbaycana böhtan atan Arayik heç də korafəhm deyil, onu gözləyən təhlükəni dərindən hiss edir, sonuncu güman kimi imzatoplamaqdan yapışır, erməniləri qızışdıran Fransadan kömək umur. Daha anlamaq istəmir ki, son günlər Azərbaycana səfər edən Fransanın xarici işlər naziri rəsmi Bakının tutarlı faktları qarşısında aciz görkəmə düşdü və ona bildirildi ki, Azərbaycanın daxili işlərinə, suveren hüquqlarına heç kəs müdaxilə edə bilməz. Əli ətəyindən üzülən fransalı nazir qədim şəhərimiz İrəvanda məskunlaşmış ermənilərlə birlikdə ağlaşma mərasimi keçirdilər.
Həyat göstərir ki, erməniyə heç vaxt güzəşt etmək olmaz, onlar belə insani münasibətləri başa düşmürlər, caynaqları ilişən yeri qopartmasalar əl çəkmirlər. Bir müddət əvvəl dumanlı havada yolu azaraq Ermənistan tərəfə keçən iki əsgərimizi əsir götürən