44 gün davam edən Vətən müharibəsində qəhrəman Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq nümayiş etdirərək 30 il Ermənistanın işğalına məruz qalan əraziləri azad etdilər. Döyüş meydanında ordusu məğlub edilən, hərbi texnikaları sıradan çıxarılan, 11 min fərarisi olan Ermənistan kapitulyasiya aktına qol çəkərək qeyd-şərtsiz üzərinə öhdəliklər götürdü.
Ən vacib öhdəlik isə müharibəyə son qoymaq və uzunmüddətli sülhün bərqərar olması prosesinə başlamaq idi. Lakin tarixi qələbədən ötən iki il yarım ərzində görünən odur ki, Ermənistan sülh və müharibə arasında girinc qalıb, qoltuğuna sığındığı ağaları imkan vermir ki, sülh müqaviləsini imzalasın, erməni iqtidarı öz meydançasında rüsvayçılıqla uduzan futbol komandasına daha çox bənzəyir, düşdükləri rəzil durumdan xilas olmağa cəsarəti çatmır. Ermənistanda ötən illər ərzində sülhü möhkəmləndirmək üçün heç bir iş görülməyib, əksinə, vaxtaşırı hərbi təxribatlar törədilir, şərti sərhəddə atəşkəs tez-tez pozulur, bölgədə gərginlik yaratmağa cəhd edilir. Ermənilər odla oynadıqlarının fərqində deyillər, unudurlar ki, yaşadıqları Ermənistanın bütün əraziləri İrəvan xanlığına və qədim Zəngəzur mahalına aid olub, həmin ərazilərdə qədim türk adları mövcuddur. Əslində, tarixi həqiqət də ondan ibarətdir ki, 1918-ci ilədək bu yerlərdə nə erməni dövləti, nə də Ermənistan mövcud olub. Bu ərazilər türklərin, daha dəqiq desək, azərbaycanlıların qədim torpaqları idi.
Ermənilər bu torpaqlara köçürüləndən sonra özləri haqqında rəvayətlər uydurublar, harda bir xristian məbədi varsa, dərhal həmin yerlərin ermənilərə aid olmasını iddia edirlər və bu rəzil hərəkət onu göstərir ki, xəstə, şovinist bir toplum saxta tarix və dünyada erməni mifi yaratmaqla məşğuldur. Uzun illər ərzində dünyanın inandığı həmin erməni mifini müzəffər Azərbaycan Ordusunun Qalib Ali Baş Komandanı İlham Əliyevin dəmir yumruğu yerdən-yerə vurdu, ermənilərin qorxaq və yalançı olduqları ortaya çıxdı.
Böyük Qələbədən sonra bölgədə yeni reallıq yaranıb, respublikamızda Qarabağın və Şərqi Zəngəzurun bərpasını, inkişafını nəzərdə tutan, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə ləyaqətli qayıdışını təmin edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla, fədakarlıqla icra olunur. Qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsinə başlanıldı. Hazırda Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, ermənilərin viran etdiyi şəhərlər yenidən qurulur, kəndlər salınır, iri infrastruktur layihələr uğurla və sürətlə icra olunur. Eyni zamanda, Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib və mütəxəssislərin hesablamalarına görə, bu bölgədə böyük enerji mənbələri var. İşğaldan azad edilən Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi də nəzərdə tutulub. Xudafərin və Qız qalasında yaxın zamanlarda 140 meqavat elektrik enerjisi əldə ediləcək. Mütəxəssislərin fikirincə, Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın enerji potensialı mövcuddur. Bu istiqamətdə də bərpa-quruculuq işləri davam edir. Bərpaolunan enerjiyə aid birinci pilot layihə işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində icra edildi. Üçtərəfli Bəyanatda qeyd edilən Zəngəzur dəhlizinin açılması ilə bağlı dövlətimizin başçısı qətiyyətlə bildirib ki, Ermənistan istəsə də, istəməsə də bu dəhliz açılacaq. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qarabağla və Şərqi Zəngəzurla, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasəti və işğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işləri dünyanın diqqət mərkəzindədir və dövlətimizin başçısının həmin ərazilərdə gələcəklə bağlı fikirləri çox böyük maraqla qarşılanır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb. Beynəlxalq təhlilçilərin və siyasi