Laçında nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suverenliyinin qarantıdır
"Siz təsəvvür edin, 1992-1993-cü illərdə sərhədlərin vəziyyəti ilə bugünkü vəziyyəti müqayisə edin. Xatırlayın, o vaxt vəziyyət nə cür idi? O vaxt sərhəd yox dərəcəsində idi, kim haradan istəyirdi, oradan da keçirdi. İndi bu sahədə vəziyyət xeyli yaxşılaşıbdır, ...ancaq tam həqiqi sərhədqoruma nizam-intizamı yaratmaq və sərhəddə bütün vasitələrdən səmərəli istifadə etmək üçün hələ çox işlər görülməlidir. Ona görə də siz gərək keçmişdə baş vermiş bu bəlaları təhlil edərək onlardan nəticə çıxarasınız, ...müsbət təcrübəni yaya biləsiniz ki, sərhədlərimiz etibarlı qorunsun və biz dövlət müstəqilliyimizi günbəgün, aybaay, ilbəil gücləndirə bilək". Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi bu sözlər bu gün də sərhədçilərimiz üçün əsl fəaliyyət proqramıdır.
Ulu öndər Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə 1991-ci il sentyabrın 3-də "Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında" qərar qəbul etdi. Bu o vaxtlar idi ki, Azərbaycan Respublikasının Ali Sovetində (indiki Milli Məclis) Milli Ordu yaradılması məsələsi ətrafında yekdil fikrə gələ bilmirdilər. Ermənistanın təcavüzkar qüvvələri hücumları davam etdirir, ərazilərimizi intensiv atəşə tuturdular. Ayrı-ayrı hərbi qulluqçuların hüquqazidd hərəkətləri yerli əhali arasında narazılıq yaradırdı. Ulu öndərin gördüyü tədbirlər nəticəsində 1992-ci il iyul ayının 28-də Ali Məclisin təklifi ilə Naxçıvan ərazisində 1-ci sərhəd dəstəsi yaradılır və o Sovet İttifaqının Sərhəd Qoşunlarının Naxçıvanda yerləşən 41-ci sərhəd dəstəsi ilə yanaşı fəaliyyət göstərir.
Lakin Heydər Əliyev Azərbaycanın tam müstəqil dövlət olduğunu əsas gətirərək İran və Türkiyə ilə dövlət sərhədinin mühafizəsini həyata keçirən 41-ci sərhəd dəstəsinin fəaliyyətinin dayandırılmasına nail olur. O vaxtdan bu dövlətlərlə sərhədlərimizi Azərbaycanın milli sərhəd qoşunlarının Naxçıvanda yerləşən dəstəsi mühafizə etməyə başlayır.
Oktyabr ayının 9-da Naxçıvan şəhərində bu münasibətlə keçirilən hərbi paradda Heydər Əliyev deyirdi: "Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, həmçinin gələcək nəsillər tərəfindən layiqincə qiymətləndiriləcəkdir". Beləliklə, 1993-cü ilin sonunadək bütün sərhəd dəstələri və hərbi hissələri rus sərhədçilərindən aktlarla təhvil alındı. O vaxt sərhədçi kadrlarımız demək olar ki, yox dərəcəsində idi. Bu səbəbdən də, Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində sərhədçi kadrlar hazırlanmağa başlandı. Artıq bu sahədə xidmət etmək istəyənlərin də sayı artırdı.
Sovetlər Birliyinin dağılması ilə Azərbaycan da "Müstəqillik haqqında" Konstitusiya Aktını qəbul etdi. Müstəqil dövlətin isə ən mühüm atributlarından biri onun sərhədlərinin mövcudluğu, bu sərhədlərin həmin dövlətin öz qanunları əsasında vətəndaşları tərəfindən qorunmasıdır. Hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipləri ölkənin sərhədləri ilə əlaqədardır.
Respublikamızın dövlət sərhədləri, Azərbaycanın dövlət müstəqilliyinin beynəlxalq təşkilatlar, dünya dövlətləri və ilk növbədə BMT tərəfindən tanındığı və qəbul olunduğu andan müəyyən edilib. Bu, SSRİ dağılarkən İttifaqın tərkibində olan Azərbaycan Respublikasının sərhədləridir ki, ümumi uzunluğu 2773 kilometrə bərabərdir.
Təəssüf ki, erməni qəsbkarları tərəfindən torpaqlarımızın işğalı nəticəsində sərhədlərimiz qanunsuz olaraq pozuldu və 30 il ərzində Ermənistanla sərhədlərə yalnız işğalçı ölkənin hərbi birləşmələri nəzarəti həyata keçirdi. Ümumiyyətlə, 1992-ci ildə Azərbaycanın dövlət sərhədində bir neçə buraxılış-nəzarət məntəqəsi fəaliyyət göstərirdi. Sonralar onların sayı artırıldı. İldən-ilə sərhəd nəzarəti xidməti təkmilləşir, daha çox təcrübə əldə edilirdi. Azərbaycan Prezidenti Heydər Əliyevin 2000-ci il 20 may tarixli "Sərhəd-nəzarət-buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə komissiya haqqında" sərəncamı sərhəd nəzarəti xidmətinin qarşısında effektivliyin artırılması, gediş-gəliş prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması və s. kimi mühüm vəzifələr mü