2015-ci ildə uydurma "erməni soyqırımı"nın 100-cü ilini qeyd edən haylar uzun illər bir çox ölkədə bu qondarma "soyqırımı"nı tanıtdırmağa çalışmış və buna nail ola bilmişlər. Ermənilər üçün bu məsələ köhnəlmir, əksinə, getdikcə aktuallaşır. Onlar dünyada "zavallı" erməni xalqının "əzabkeş" obrazını yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Hələ 2015-ci ildə Roma Papası "erməni soyqırımı" ilə bağlı xüsusi ayin keçiriləcəyini bəyan etmişdi...
Ermənilər bütün dövrlərdə, hətta sovet dönəmində belə bu istiqamətdə xüsusi canfəşanlıq göstərmişlər. Xatırladaq ki, bu uydurma iddiaları ilk tanıyan Uruqvayda 1965-ci ildə çıxarılan qanunla 24 aprel 1915-ci ildə "milli soyqırımı"na məruz qalan "erməni şəhidlərini" anma günü elan edilib. Sonra dəfələrlə bu qərar Uruqvay parlamenti tərəfindən təsdiqlənib. Yunan Kipri 1982-ci ildə, İsveç parlamenti 2010-cu ildə 1915-ci il hadisələrini "soyqırımı" olaraq tanıyıb. ABŞ-ın 50-dək ştatı - Alyaska, Arizona, Arkanzas, Kaliforniya, Kolorado, Kentukki, Delaver, Florida, Miçiqan, Missuri, Montana, Ohayo və digər ştatları "erməni soyqırımı"nın olduğunu təsdiqləyib. 1985-ci ildə Argentina, 1996-cı ildə Kanada və Yunanıstan, 1997-ci ildə Livan, 1998-ci ildə Belçika, 2000-ci ildə İtaliya və Vatikan bu əsassız iddianı tanıyıb.
1998-ci ildə "erməni soyqırımı"nı tanıyan Fransada isə hətta sözdə "erməni soyqırımı"nı rədd etmək cinayət sayılır. Beləliklə, 2003-cü ildə İsveçrə, 2004-cü ildə Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, 2005-ci ildə Litva, 2007-ci ildə isə Çili bu barədə qərar qəbul edib. Uels, Şotlandiya, Şimali İrlandiya da bu sıradadır.
Avropa Şurası, Avropa Parlamenti, BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası kimi təşkilatlar da "erməni soyqırımı"nı tanıyıblar. Bəs məsələnin mahiyyətində nə durur? Ermənilər doğrudanmı soyqırımına məruz qalıblar? Tarix göstərir ki, onların bu iddiaları tamamilə əsassızdır. Əksinə, onlar türkləri, xüsusən də azərbaycanlıları soyqırımına məruz qoyublar. Ermənilər özlərini ali irqdən sayırlar. Guya ən təmiz qan qrupuna malikdirlər, ariyadırlar. Yadımıza alman faşizmini salaq: bunların necə də fikir doğmalığı varmış. Hitler də yüksək irqin özünəməxsusluğundan danışır, almanları ariyalar sayırdı. V.Veliçko isə "Qafqaz" kitabında yazır: "Professor D.Aniçin deyir ki, ermənilər ariya qəbiləsindən deyillər. Əslində onlar özlərini süni surətdə ariyalaşdırmışlar... Onların "Murç" jurnalı 1897-ci ildə yazıb ki, ermənilərin damarlarında çox faiz qaraçı qanı var...".
Bu "qədim" xalqın tarixdə bircə dahisinə də rast gəlmək mümkün deyil, çünki yoxdur. Ən "qüdrətli", "dahi" yazıçıları Xaçatur Abovyandır ki, o da XX əsrin yetirməsidir.
Ermənilər həm də oğrudur. Çünki tarixi Qarabağın əzəli Azərbaycan torpağı sayılmaması barədə cəfəng iddialarını "sübuta yetirmək" üçün çox hiyləgərlik etmişlər. İncəsənət və mədəniyyət nümunələrimizin - dastanlarımızın, abidələrimizin, milli mətbəximizin, xalçalarımızın, adlarımızın, hətta musiqimizin də məngirlənib mənimsənilməsində erməni hiyləsi əsas "silah" olmuşdur. Gah eşidirdik ki, erməni radiosu və ya televiziyası elan edir ki, "Sarı gəlin" və "Uzundərə" erməni mahnı və rəqsidir (?!). Gah da xəbər tutursan ki, Amerika erməniləri "Arşın mal alan" operettası əsasında musiqili film çəkib, titrlərdə də "müəllif" yerində "bir erməni" dığasının adı yazılıb. "Dolma"nı, "Əriştə"ni, "Küftəbozbaşı", "Plov"u... da erməni milli mətbəxinin nümunələri kimi dünyaya sırıyırlar. Bu, erməni həyasızlığının son həddidir...
Elə "erməni soyqırımı" məsələsi də onların hiyləgər planlarının bir hissəsidir. 1878-ci ildə Rusiyanın qələbəsilə başa çatan rus-türk müharibəsindən sonra Bismarkın sədrliyilə Berlində konqres keçirilib. Müharibənin nəticələri müzakirə edilib. Fransız tarixçisi Jorj de Malevil bu barədə yazır: "Erməni nümayəndə heyəti də oradaydı və onlar memorandumla çıxış etdilər. Bismark ermənilərin müstəqillik iddiasına heç zərrəcə maraq göstərmədi. O, həqiqətən ağıllı adam idi, dərhal erməni hiyləsini anlamışdı. Elə həmin konqresdən sonra bu üzdəniraq "erməni məsələsi" dəbə düşdü...".
Bu gün də erməni məkri səngimək bilmir. Daşnaklar neçə on ildən sonra nəhayət ki, bəzi ermənipərəst ölkə rəhbərlərinin "saqqızını" oğurlaya bilib "erməni soyqırımı"nın həmin məmləkətlərdə tanınmasına nail oldular. Təbii ki, bu işdə eks-prezident Jak Şirak demişkən, Ermənistanın "ən etibarlı və əbədi dostu" Fransa daha çox fərqləndi. Ancaq elə o zamanlarda "açıq başla" çıxış edənlər də oldu. Əlbəttə, erməni hiyləsinin, erməni məkrinin xislətindən yaxşı xəbərdar olan dünya dövlətləri rəhbərlərinin, siyasi xadimlərinin, tanınmış şəxsiyyətlərin hamısının rəyini bir qəzet yazısında vermək mümkün deyil. Ancaq ABŞ-ın keçmiş müdafiə naziri Kaspar Uanyberqin 1985-ci il fevralın 21-də ABŞ Konqresi nümayəndələri palatasından xarici işlər komitəsinə təqdim etdiyi məruzəsindən kiçik bir məqamı qeyd etmək yerinə düşər: "... Necə deyərlər, "erməni soyqırımı" barədə qətnamə haqqında. Belə qanun layihələri əks-təsirə xidmət edir. Belə ki, son illər 50 türk vətəndaşını qətlə yetirən erməni terrorçularını dəstəkləyir. Mən inanıram ki, ...siz bu qətnamənin qəbul olunması əleyhinə çıxacaqsınız və ... bu qəbildən digər sənədlərin də qəbul olunması ideyasına qarşı qətiyyətlə çıxış edəcəksiniz...".
Düşünürəm, 38 il öncə söylənən bu fikirlər bu gün üçün də aktualdır. "Erməni soyqırımı"nı tanıyan, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən, qərəzli bəyanatlar verən, onları silahlandırıb yeni müharibələrə ruhlandıran... qüvvələr "öz böyüklərinin" tövsiyələrinə əməl etsələr, daha yaxşı olar. Ermənistanı sülhə çağırış elə hamının evi olan bu dünyanın özü üçün yaxşıdır.
Zümrüd QURBANQIZI,
"Respublika".