Vaxtilə Qarabağda məskunlaşdırılan ermənilər son otuz il ərzində tutuquşu kimi bir-birinin dediklərini təkrarlayır, "miatsum" sərsəmləyir, saxta, qurama və qondarma "dövlət"dən danışır, oyuncaq bir rejimi qorumaq üçün min bir hiyləyə əl atırlar. Ağdamın bir kəndinin əhalisi qədər olan hayların yaşadığı Xankəndidəki separatçılar neçə illərdir ki, öz dillərində danışmırlar, onları belə həyasızlıqla, qudurğanlıqla danışdıranlar var. Yoxsa, erməni toplumu bu cürəti və bu inadkarlığı göstərə bilməz, hər şeydən əvvəl, ona görə ki, erməni anadan qorxaq doğulur. Qorxaq doğulduğuna görə də çox hiyləgər olur, əlinə girəvə düşən kimi namərdlik edir. Necə ki, 30 il ərzində torpaqlarımızı işğalda saxlayan haylar havadarlarına arxalanaraq aparılan danışıqlarda riyakar və ikiüzlü mövqedə dayanırlar.
Tarix sübut edib ki, erməni gücün qarşısında həmişə aciz qalır, başı, mənliyi və bel sütunu əyilir, qorxudan girməyə siçan deşiyi axtarır. Təhlükə sovuşan kimi köstəbək kimi yerin altından çıxır və özünü elə göstərir ki, elə bil qaçıb gizlənən o deyil. Bu, erməniliyin iç üzüdür, xəbis və nankor xislətidir. Köhnə "ağa"larının yardımı tükəndiyi üçün yağlı əppək tapmaq üçün Amerikaya və Qərbə üz çevirmək istəyən Ermənistan, sözün əsl mənasında, fırtınalı dənizin ortasında qalan yelkənli gəmiyə bənzəyir. Külək hansı tərəfə güclü əssə, o tərəfə gedir. Çox dəqiq və ağır zərbələr qarşısında rəsmi İrəvan məğlubiyyət aktına qol çəksə də qalib ölkənin sülh təklifləri ilə razılaşmağa cəsarəti çatmır. Əksinə, şərti sərhəddə təxribat törədir, gizli şəkildə ərazilərimizdə yollara minalar basdırır, bir sözlə, cığallıqdan əl çəkmir. Azərbaycanın suveren ərazisindəki bir ovuc erməninin oyuncaq "seçki" keçirmələrinə əl altından himayədarlıq edir. Vaxtilə futbol topu kimi ora-bura atılan, qaraçı tayfası kimi çöllərdə gecələyən və keçmiş rus çarının göstərişi ilə oradan qovulan və torpaqlarımızda nicat tapan haylar azərbaycanlılara qarşı nankorluq və namərdlik etdilər. Qarınları tox olan kimi "miatsum" qışqıraraq müvəqqəti məskunlaşdıqları torpaqlarımıza ölüm və qan gətirdilər, əzəli və əbədi yurd yerlərimizdən azərbaycanlıları didərgin saldılar, Qarabağın işıqlı taleyinə qara bulud kimi çökdülər. Nəhayət, qəhrəman silahlı qüvvələrimizin bölmələri işğalçıları məhv edərək onları diz üstə qoydular, tör-töküntülərini isə torpaqlarımızdan qovdular.
Sadə erməninin nə güzəranı yaxşılaşır, nə də ki, ümidləri dirçəlmir. Köhnə hamam, köhnə tas, sadəcə fiqurlar dəyişir. Yeni "fiqurun" kimliyi bir o qədər də maraqlı deyil, çünki erməni ermənidir. Sadəcə təəccüblü odur ki, Xankəndidə 25 erməni "deputat" "prezident" seçir, "Tarixi-Nadir"i yarısınacan oxusam da, yəqin bilirəm ki, bunun dünyada analoqu yoxdur, bu xalis erməni fırıldağı, erməni həyasızlığıdır. Həmin 25 erməni və onları dirijor çubuğu ilə idarə edənlər bildirirlər ki, qondarma rejimin "prezidenti" Araik Arutyunyan və "hökuməti" problemlərin həllini tapa bilmədi. Ardınca isə deyirlər ki, əlbəttə, həll yolu tapmaq şansı o qədər də yüksək deyil. Qatı cinayətkar Araik Arutyunyan başlatdığı və aylardır davam edən "humanitar böhran" kampaniyasının uğursuzluğa düçar olmasından sonra qaçmağa üstünlük verdi. Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında qalan Xankəndi və ətraf ərazilərdə yaşayan haylar indi də Samvel Şahramanyanın əmrlərini eşidəcəklər.
Zənnimizcə, bu siyasi oyunun acı nəticələri ermənilərin öz başında çatlayacaq, rəsmi Bakı bu hoqqabazlığa çox dözmək fikrində deyil, anidən bir gecə bu siyasi riyakarların qollarına qandallar taxılacaq. Başda Avropa İttifaqı olmaqla dünyanın bir çox ölkələri 9 sentyabr 2023-cü il tarixində Xankəndidə keçirilən qondarma "prezident seçkiləri"nin keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımırlar. Ukrayna Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində qondarma "prezident seçkiləri"nin keçirilməsini pisləyən bəyanatında bildirilir ki, bu qondarma "prezident seçkiləri"nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərini pozur və onların nəticələri etibarsızdır. Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirir və bütün məsələlərin diplomatik yollarla həllinin tərəfdarıdır.
Dünya dövlətlərinin "seçki"dən sonra səsləndirdiyi bəyanatlarda Azərbaycan Respublikasının Qarabağ bölgəsində qondarma rejimin "prezident seçkiləri" adı altında apardığı qanunsuz fəaliyyət ölkəmizin Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması qırmızı xətt kimi keçir. Rəsmi Bakının mövqeyi də dərhal elan edildi. Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "seçkilər" adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir. Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur. Bu, Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir. Qondarma "seçkilər"in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, vəziyyəti gərginləşdirmək yolunu tutub. Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna mane olması Azərbaycan Respublikasının daxili işlərinə kobud müdaxilə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir.
Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu üçtərəfli Bəyanatda da təsbit edildiyi kimi, erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Qanunsuz marionet rejim ləğv olunmalı və tərk-silah edilməlidir. Bu, Qarabağın erməni və azərbaycanlı sakinlərinin birgə yaşayışının və davamlı sülhü təmin etməyin yeganə yoludur.
Salman ALIOĞLU,
"Respublika".