Reallıq ondan ibarətdir ki, son bir neçə əsrdə Azərbaycan ərazilərinə sözün əsl mənasında hücumlar başladı, xain gözlər ərazilərimizə dikildi. Həmçinin Qərbi Azərbaycan torpaqlarına. Tarixi ərazilərimizi birbaşa mənimsəməyə cəsarət edə bilməsələr də alternativ variantları işə saldılar. Qaraçı kimi az qala dünyanın bütün sərhədlərini gəzmiş haylar, nəhayət ki, Qərbi Azərbaycan ərazisinə məqsədyönlü şəkildə yerləşdirildi. Ermənilərin yaşadıqları Azərbaycan ərazilərini özününküləşdirmək cəhdi elə də çətin olmadı. Yaranışdan yaltaq, müti xislətə malik haylar zaman-zaman xarakterlərini öz xeyirlərinə işlədə bildilər. Torpaqlarımızdan bəhrələnib yerlərini bərkidən bu tör-töküntü millət üçün Azərbaycandan əlverişli, gözəl məkan ola bilməzdi. Beləcə, Azərbaycan ərazisində özlərinə yer edən ermənilər bir müddət sonra hətta, ərazi, torpaq iddiasına düşdülər. Saxta, yalançı tarix uydurub özlərini Qərbi Azərbaycanın əsl sahibləri kimi qələmə verməyə çalışdılar. Əlbəttə ki, tarixi yalan məlumatlarla çaşdırmaq, aldatmaq olmaz. Çünki faktlar və sübutlar bütün həqiqətləri ortaya qoyur.
Belə sübutlardan biri də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun bu aspektdə nəşr edilən bir neçə adda kitablarıdır. Erməni-hay xalqının saxta tarixini sübut edən və bütün həqiqətləri özündə əks etdirən bu kitablar ayrı-ayrılıqda hərəsi bir mövzunu və tarixi əks etdirir. Müəllifin tarixi faktlara əsasən qələmə aldığı "Qədim mənbələr və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya digər xalqların siyasi tarixini, tarixi coğrafiyasını və mədəniyyətini özününküləşdirməklə hay-erməni qədimliyinin qurulma cəhdləri" adlı kitabda oxucu bütün həqiqətlərin şahidi ola bilər. Bu kitab həm də saxta erməni tarixinə tutarlı cavabdır. Kamran İmanovun gərgin əməyi sayəsində araya-ərsəyə gələn kitab vasitəsilə oxucu bütün həqiqətləri görür. Kitabda bir daha şahidi olduq ki, ermənilərin özləri və tarixləri haqqında uydurduqları tarix yalançı miflərdən başqa bir şey deyil. Ermənilərə görə, guya onların tarixi hətta təxminən e.ə, 2500-cü ilə qədər gedib çıxır. Həqiqətdə isə o dövrlərdə heç erməni adlı millət olmayıb. Haylar yalnız son dövrlərin, əsrlərin törəmələri, bic nəslə aid varlıqlarıdır.
Kamran İmanov kitabda, həmçinin yalançı erməni tarixi ilə bağlı bir çox alim və tarixçilərin araşdırmalarını da işıqlandırmışdır. Hay-erməni institusional (akademik və dərslik) tarixi ədəbiyyatına retrospektiv nəzər salaraq göstərir ki, erməni tarixi mifinin yaradılması dörd mərhələdən keçmiş və qısaca olaraq, "miqrantlardan avtoxtonlara doğru" düsturu ilə ifadə edilə bilər. Kitabda rast gəldiyimiz bu fikir tanınmış alim V.A.Şnirelmana məxsusdur. Müəllifin də gəldiyi qənaət belədir.
Kamran İmanov kitabda yalançı erməni tarixinin "qədimliyi" ilə yanaşı, həm də son bir neçə əsri, xüsusilə Sovet dövrünü də xronoloji ardıcıllıqla vermişdir. Müəllif 1-ci mərhələdə sovet dövründən öncəki XIX əsrin sonları və XX əsrin əvvəllərindən bəhs edir. 2-ci mərhələ isə sovet dövrünün ilk illərinin hay-erməni xarici və yerli tarixşünaslığını əhatə edir. Kitabda hay-ermənilərin hind-avropalı əcdadlarının Balkan yarımadasına bağlanmasına da toxunulur. Hətta müəllif tərəfindən faktlarla və sübutlarla göstərilir ki, ermənilər öz tarixlərini qədimləşdirmək üçün hansı fırıldaqlara əl atıblar. Belə ki, ermənilər Urartu, Xet və Xurri tarixini özününküləşdirərək hay-erməni dövlətçiliyini bürünc eraya, Behistun yazılarından öncəyə Urartu dövlətindən daha qədim dövrə aid etmişlər. Kamran İmanovun gəldiyi qənaətə görə isə əslində hay-ermənilər öz qədimliklərini saxtalaşdıraraq, Anadolu və Cənubi Qafqazdakı torpaqlara iddialarını həyata keçirmək məqsədi güdürdülər.
Müəllif ermənilərin ərazilərimizi zəbt etdikdən sonra bölgədə azərbaycanlılara aid bütün tarixi-mədəni abidələri və şəxsi mülkləri məhv etməklərindən də geniş şəkildə yazmışdır. Belə ki, Qərbi Azərbaycan ərazisində 13 dünya, 292 milli, həmçinin 330 yerli əhəmiyyətli abidə dağıdılıb və yaxud da istifadəyə yararsız hala salınıb. 804 qəbiristanlıq və 10 məscid talan və təhqir edilib. 40 min eksponatın sərgiləndiyi 22 muzey və 4 rəsm qalereyası barbarcasına dağıdılıb, 927 kitabxana, 4,6 min nüsxə və qiymətsiz əlyazmalar məhv edilmişdir. Kamran İmanovun kitablarında məhz ermənilərin törətdikləri bütün vəhşiliklər faktlar və sübutlarla verilmişdir. Müəllifə görə bütün bunlar vəhşilik və vandallığın kökü multikulturialzm əvəzinə, bir mədəniyyətin şişirdilmiş "müstəsnalığından" irəli gəlir, digərlərinin mədəni irsinə və əqli mülkiyyətinə oğurluq və düşmən baxışından yararlanır.
Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri" adlı kitabı da olduqca maraqlıdır. Müəllif kitabda Zəngəzur məsələsi ilə yanaşı, həm də haylar tərəfindən uydurulan Şərqi Armeniya, yəni torpaqsız Sovet Armeniyasının Azərbaycan əraziləri hesabına yaradılması məsələsinə də toxunur. Kamran İmanovun burada əsas məqsədindən biri də hay-erməni tarixçilərinin "araşdırmalarının" nəticəsi olaraq zamanla öz köklərini Sakarlara, Qəmərlilərə bağladıqlarını, hətta Torqom (Toqarma) əcdadlarına çevirərək öz "Armeniya"larının sayını 35-ə çatdırdıqlarını ifşa etməkdir. Hətta müəllif haqlı sual da qoyur. Bəs əslində neçə dənə "Armeniya" adlı dövlət mövcud idi? Cavab o qədər də qəliz deyil. Bugünkü dövlətləri istisna olmaqla, heç bir dənə. Müəllif bu kitabda onu da faktlara əsaslanaraq qəti şəkildə bildirir ki, bugünkü Armeniya ərazisinin, hətta "Armeniya" termininin haylara heç bir aidiyyəti olmayıb.
Onu da qeyd edək ki, hələ 2021-ci il oktyabr ayının 9-da Hadrut qəsəbəsinin erməni işğalından azad edilməsinin birinci ildönümü münasibəti ilə Hadrut və Xocavəndə səfəri zamanı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə ölkə başçısı İlham Əliyev çıxışı zamanı erməni yalanları və saxtakarlıqlarına da toxunmuşdur: "Onların böyük bir fondu var, adı Hayastandır. Bilməyənlər üçün deyə bilərəm ki, Hayastan, əslində Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armeniya deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armeniya yox, Hayastan adlandırırlar. Bu, tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm". Ölkə başçısı, həmçinin çıxışı zamanı ermənilərin Hadrut qəsəbəsinə XIX əsrdə İrandan köçürüldüklərini də qeyd etmişdir. Prezident İlham Əliyevin də tarixi faktlara əsaslanaraq ifşa etdiyi erməni yalanlarına ən mükəmməl və tutarlı cavabı isə Kamran İmanov öz kitabında verərək bir daha erməni saxtakarlığını diqqətə çatdırmışdır.
Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Ermənilərin Qafqaz avtoxtonluğu cəhdləri" kitabında dünya alimlərinin hay-ermənilərlə bağlı yazdıqları fikirlər və araşdırmalar da yer alır. Məsələn, tanınmış Amerika mütəxəssisi, Harvard Universitetinin professoru R.Tomsonun maraqlı bir fikri kitabda yer alır: əvvala, erməni tarixi narrativlərinin müəllifləri, adətən kilsə ruhaniləridir və onların yazdıqları kilsə sifarişi əsasında hazırlanıb və kilsə vasitəsilə qorunub. İkincisi, ermənilərin tarixi yazılarında hadisələrin təsviri yox, onların xüsusi, seleksiyalı quruluşu təqdim edilir. Üçüncüsü, yazılar elan olunan zamandan qat-qat sonra əmələ gəlib və əsrlər boyu, XIX əsrə qədər hay-ermənilər tərəfindən əlverişli olan əlavələr və dəyişikliklərə məruz qalıb.
Müəllifin "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir" adlı kitabında isə M.Xorenskinin "Hayların tarixi"ndə "qurduğu" İncilin erməni variantı və fırıldaqların məkrli niyyəti, İncil Araratı və "Nuhun yeri" haqqında hay-erməni saxtalaşmaları və digər başlıqlı araşdırma yazıları yer almışdır.
Kamran İmanovun daha bir maraqlı, olduqca məzmunlu kitabı isə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya "Armeniya" ərazisinin həqiqi sakinləri haqqında"dır. Bu kitabda müəllif ermənilərin ərazi iddiaları ilə yanaşı, həm də Azərbaycana məxsus mədəniyyəti, incəsənəti də öz adlarına çıxmasından izahlı şəkildə yazır. "Armeniya" ərazisinin həqiqi sakinləri haqqında bölməsində isə ermənilərin öz keçmişinə yönəlik davranışı bu və ya digər ərazilərin əzəli sakinləri olan avtoxtonlara yox, sırf alloxton-miqrantlara xas olan bir yanaşmadır kimi mülahizələri müəllifin geniş araşdırma məhsuludur. Daha sonra "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında" kitabında isə Kamran İmanov tarixi mənbələrlə yanaşı, yaxın keçmişimizdə baş verən hadisələrə də toxunub. Bu kitabda da müəllif erməni saxtakarlığına, yalançı qədim tarixinə tutarlı faktlarla cavab verməklə bərabər, eyni zamanda dövlət başçısı İlham Əliyevin 27 sentyabr 2021-ci il tarixində Türkiyənin Anadolu agentliyinə müsahibəsindən də bəzi məqamları diqqətə çatdırmışdır. Prezident İlham Əliyev demişdir: "Biz bu məsələni