Ulu öndər Heydər Əliyev müasir, müstəqil Azərbaycanın qurucusudur. Dövlətimiz müstəqilliyinin bərpasının ilk illərində məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda məhz ulu öndərin hakimiyyətə qayıdışı, qətiyyətli addımları xalqımızı, ölkəmizi bir çox təhlükələrdən xilas etmişdir. Böyük şəxsiyyətin ikinci dəfə hakimiyyətə qayıtması ilə ölkəmizdə sabitlik bərpa olunmuş, müxtəlif istiqamətlərdə inkişaf prosesləri başlamışdır.
Bu mənada ölkəmizdəki bütün sahələrin, o cümlədən sahibkarlığın inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev azad sahibkarlığın inkişafına daim diqqət göstərməklə yanaşı, əlverişli biznes və investisiya mühiti formalaşdıraraq, Azərbaycana xarici qeyri-neft sektorunun inkişafını təmin etmişdir. Bütün bunlar respublikamızda sahibkarlar təbəqəsinin yaranmasına, özəl sektorun dövlətimizin sosial-iqtisadi inkişafında rolunun artmasına mühüm töhfələr vermişdir. Xüsusi vurğulamaq lazımdır ki, ümummilli liderin rəhbərliyi dövründə sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar təsis edilmişdir. Heydər Əliyev sahibkarlığın inkişafı istiqamətində bir sıra vacib qərarlar da qəbul etmişdir. Hələ 1993-cü ildə "Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995) "Dövlət Proqramı"nın təsdiqi, 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" imzalanmış fərman ulu öndərin sahibkarlara qarşı diqqət və qayğısının bariz nümunəsidir. Bundan başqa, 1997-2000-ci illəri əhatə edən Dövlət proqramlarının qəbul edilməsi Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına əlverişli şərait yaratmışdır. Qeyd etdiyimiz proqramlar çərçivəsində, həmçinin sahibkarlar üçün dövlət maliyyə köməyi sistemi də yaradılmışdır. Ümummilli liderin 2002-ci il 14 may tarixində sahibkarlarla baş tutan görüşü zamanı səsləndirdiyi fikirlər onun özəl sektora olan qayğısını bir daha təsdiqləmişdir: "Özəl sektorun inkişafı üçün lazım olan qanunlar qəbul edilib, qaydalar müəyyənləşdirilib, fərmanlar verilibdir. Bunlar hamısı öz işini görübdür. Ancaq qeyd etdiyim kimi, biz bundan sonra daha da sürətlə irəliləməliyik. Biz həm Azərbaycanda artıq yaranmış sahibkarların işini çox əhəmiyyətli hesab edirik, onlara hər cür yardım edirik və bundan sonra da edəcəyik. Həm də Azərbaycana gələn xarici şirkətlərin öz işlərini istənilən səviyyədə aparması üçün lazımi tədbirlər görmüşük və bundan sonra da görəcəyik. Bu məqsədlə də biz daim özəl sektorun nümayəndələri ilə əlaqə saxlayırıq. Azərbaycanda fəaliyyət göstərən müxtəlif firmalarla əlaqə saxlayırıq, onların işləri ilə maraqlanır, onlara yardım etməyə çalışırıq".
Ümumiyyətlə, Heydər Əliyevin müxtəlif vaxtlarda sahibkarlarla baş tutan görüşləri zamanı onların üzləşdiyi problemlərlə maraqlanması və bu problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına zəruri tapşırıq və tövsiyələrini verməsi ulu öndərin bu sahəyə diqqətinin göstəricisidir. Görüşlərdən sonra imzalanmış bir sıra vacib fərmanlar və alınmış qərarlar Azərbaycanda investisiya mühitinin təkmilləşməsində əsas rol oynamışdır. Ümummilli liderimizin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı" özəl sektorun inkişafını reallaşdıran başlıca addımlardandır. Bu proqram sahibkarlığın şaxələnməsini sürətləndirməklə yanaşı, özəl sektorun ölkənin ixrac potensialındakı rolunun artmasına da öz müsbət təsirini göstərmişdir. Proqrama müvafiq olaraq ölkəmizdəki sahibkarlıq subyektlərinin sayı çoxalmış, iş adamlarının iqtisadi quruculuq proseslərinə cəlb edilməsinə nail olunmuşdur. Əlavə olaraq, ulu öndərin 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında" və 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanlar da bu istiqamətə təkan vermiş, mövcud əngəllərin aradan qaldırılmasında təxirəsalınmaz və təsirli tədbirlərin görülməsini təmin etmişdir.
Ümummilli lider Heydər Əliyevin sahibkarlıq sahəsində müəyyənləşdirdiyi siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda qeyri-neft sektorunun genişlənməsinə sahibkarlığın inkişafının