RUZİ-BƏRƏKƏT YARADANLARIN BAYRAMI
İQTİSADİYYAT

RUZİ-BƏRƏKƏT YARADANLARIN BAYRAMI

1996- ildə ümummilli lider Heydər Əliyev tərəfindən  "Meliorasiya irriqasiya haqqında" Azərbaycan Respublikası Qanununun imzalandığı 5 iyun tarixi  sonralar möhtərəm Prezident cənab İlham Əliyevin 24 may 2007-ci il tarixli sərəncamı ilə "Meliorator günü" kimi qeyd edilmişdir. Meliorasiya işçilərinin şərəfli əməyinə yüksək qiymət verən ölkə Prezidenti  cənab İlham Əliyev 5 iyunun Su Təsərrüfatı Meliorasiya İşçiləri Günü peşə bayramı kimi daha geniş miqyasda qeyd olunması barədə 14 may 2014- il tarixli sərəncam imzaladı. Möhtərəm Prezidentimizin daimi diqqət qayğısının bariz nümunəsi kimi, bu sənədin imzalanması su təsərrüfatı meliorasiya işçiləri  tərəfindən böyük sevinc minnətdarlıq hissi ilə qarşılandı, onları öz çətin şərəfli işlərinə  daha da həvəsləndirdi.

Bu qabaqcıl şərəfli peşə sahiblərindən olan təcrübəli, uzun müddət bu idarələrə rəhbərlik edənlərdən Samux, Goranboy Göygöl Suvarma Sistemləri idarələrinin rəisləri ilə görüşdük. Onlar bu bayram günündə meliorasiya işçilərinin yüksək əhvali-ruhiyyədə olmasını bildirdilər.                                                                                            

Samux Rayon Suvarma Sistemləri İdarəsinin rəisi, "Tərəqqi" medallı, həyatını bu sahəyə sərf edən peşəkar meliorator Gülağa Bağırov: Bu gün ölkəmizdə bu sahəyə diqqət qayğı  möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bir çox irimiqyaslı layihələr həyata keçirilir, infrastruktur yeniləşir.  

Qabaqcıl aqrar rayonlardan olan Samuxda  əhalinin ərzaq təminatını yüksəltmək üçün torpaqlara həyat verən suya  tələbatın  təşkili vacib məsələlərdəndir. Bu çətin şərəfli vəzifəni  müvəffəqiyyətlə icra edən Samux Suvarma Sistemləri İdarəsinin kollektivi gecə-gündüz sahələrdə olurbol məhsul yetişdirilməsi üçün əzmlə çalışırlar

Ərzaq təhlükəsizliyinin əsas sahəsi-taxılçılığın inkişaf etdirilməsi, torpağın sözün əsl mənasında, cana gətirilməsi kollektivin  prioritet məsələlərindəndir. Məhz bu baxımdan, ərzaq təhlükəsizliyinin təminatını Dövlət proqramları olan aqrar bölmənin dinamik davamlı inkişafını təmin etmək üçün idarənin işçiləri, hətta, gecəni sahələrdə keçirirlər. Müasir dövrdə digər sahələr kimi, bu qədər işlərin görülməsi üçün texnikanın köməyi əvəzedilməzdir.

Yuxarıda göstərilən bu işlərin görülməsi üçün  suvarma kanalları, stansiyalar, nasos aqreqatları qurğular saz  vəziyyətdə saxlanılır dinamik fəaliyyətdədir.Torpaqların səmərəli suvarılması üçün kanallarda əvvəlcədən  lildən təmizləmə, sahilbərkitmə selə qarşı torpaq işləri, kol-kosdan təmizləmə işləri görülmüşdür ki, bu gün suyun maneəsiz təchizatı göz qabağındadır. Eyni zamanda, yararsız boru kəmərləri təmir olunmuş, işlək vəziyyətə gətirilmişdir. Məhz bu baxımdan, görülən işlər öz effektini verərək, hətta çaylardan gələn sel sularından da itkisiz  maksimum istifadə olunur. Onu xüsusilə demək yerinə düşərdi ki, Respublika Meliorasiya Su Təsərrüfatı ASC rəhbərliyi bu işdə həmişə yaxından dəstək olurMelioratorçular  bu diqqət qayğının müqabilində daha da əzmlə çalışır, mövcud su mənbələrindən daha səmərəli istifadə etməklə hər bir sahədə bol məhsulun yetişdirilməsini ən ümdə vəzifə hesab edirlər.  

Sonda idarə rəhbəri bütün melioratorları bu əziz bayram münasibətilə təbrik edərək, bir daha əminliklə bildirdi ki, çiçəklənən dövlətimizin onun başçısı cənab İlham Əliyevin diqqət qayğısına cavab olaraq, qədirbilən Samux Suvarma Sistemləri İdarəsinin kollektivi qarşıya qoyulmuş mühüm vəzifələrin uğurla yerinə yetirilməsində daha güclü, qüdrətli Azərbaycan naminə qüvvələrini bundan sonra da səfərbərliyə alacaq böyük nailiyyətlərə imza atacaqdır.                                                                                                                        

Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi, "Tərəqqi" medallı İlqar Məhərrəmov öz peşəsinin bütün incəliklərini mənimsəmiş, işgüzarlığı  təvazökarlığı  ilə rayon sakinlərinin dərin hörmətini qazanmışdır. İdarə rəisi qeyd etdi ki, ölkə iqtisadiyyatının bütün sahələri kimi, kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib