Reinteqrasiya prosesinə üçüncü dəvət olmayacaq
Siyasət

Reinteqrasiya prosesinə üçüncü dəvət olmayacaq

"Biz öz doğma torpağımızdayıq bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır". Dövlət başçısının bu sözləri onu deməyə imkan verir ki, Vətən müharibəsində qazandığımız qələbənin regiona gətirdiyi reallıqlardan biri Azərbaycanın sərhədləri daxilində  hər hansısa ikinci bir erməni dövlətinin yaranması ya kiçik bir topluma statusun verilməsi qeyri-mümkündür.

 Uzun illərdir layihəsi hazırlanan qondarma dövlətin müstəqillik arzuları da qazandığımız Zəfərin sayəsində beləcə puç olub getmişdir. Çünki onların belə bir təşəbbüslərini həyata keçirməyə gücləri çatar ki, onlara himayədarlıq edənlərin. Sadəcə olaraq, Azərbaycan dövləti müəyyən vaxta qədər separatçı rejimin öz xoşu ilə Qarabağı tərk etməsini gözləyirÖlkə başçısının qeyd etdiyi kimi, dövlətimiz onların qanunsuz əməllərinə hələlik dözümlülük göstərir. Azərbaycan dövləti hər zaman olduğu kimi, bu məsələdə humanizm prinsiplərini əsas götürübNecə ki, 30 il müddətində Ermənistanın apardığı işğal siyasətinə səbir edib məsələnin danışıqlar yolu ilə həll olunmasını uzun illər gözləmişdi. Daima beynəlxalq təşkilatların yüksək tribunalarında torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfindən zəbt olunduğunu, 1 milyondan artıq soydaşımızın dədə-baba torpaqlarından didərgin düşdüyünü bütün dünyaya bəyan etmişdik. Hər zaman qarşı tərəfə sülh çağırışları etmişdik ki, torpaqlarımız dinc şəkildə geri qaytarılsın. Belə olmayacağı təqdirdə isə  münaqişənin həll olunmasında müharibənin qaçılmaz olduğunu da vurğulamışdıq. Münaqişənin dinc yolla nizama salınması üçün yaradılan ATƏT-in keçmiş Minsk qrupunun bu məsələdə yetərsiz qalması nəticəsində Azərbaycan dediyi kimi, işğala hərbi yolla son qoymuşdu.

İkinci Qarabağ müharibəsindən sonra həll olunması vacib olan digər bir məsələ Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqarsiya prosesidir. Uzun müddətdir separatçı rejimin əlində əsir olan erməni sakinlər dünyada heç bir ölkənin tanımadığı "dövlətinəsarəti altında yaşayır. Hətta Ermənistanın belə müstəqil dövlət kimi tanımadığı separataçı rejim Qarabağ ermənilərindən istifadə etməklə hər hansı bir "status" almaq istəyir. Dövlət başçısı isə hər zaman bu məsələyə münasibətində qeyd edib ki, onlar bizim vətəndaşlarımızdır, cəmiyyətimizə reinteqrasiya olacağı təqdirdə əvvəlkindən yaxşı yaşayacaqlar. Çünki neçə illərdir kibərbad şəraitdə yaşayan bir toplumun inkişafından söhbət gedə bilməz. Kənardan gələn maliyyə yardımları ilə ayaqda qalmağa çalışan Qarabağ ermənilərinin sosial rifahı da çox acınacaqlıdırArtıq özləri başa düşür kionlara rəhbərlik edən şəxslərin əsas məqsədi Qarabağ ermənilərinin  "hüquq" "azadlıqlarınımüdafiə etmək deyil, öz siyasi ambisiyalarının qurbanına çevirməkdir. Azərbaycan tərəfi hər zaman Qarabağda yaşayan ermənilərin bir vətəndaş kimi hüquq azadlıqları təmin olunacaqsa, bunun da Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq tənzimlənəcəyini bildiribYəni 20-25 min nəfərdən ibarət kiçik bir icmaya status deyil, yalnız Azərbaycan vətəndaşlığı verilə bilər. Artıq Azərbaycan Ermənistan arasında baş tutan sülh danışıqlarında "Dağlıq Qarabağ", "status" mövzusu var. İkitərəfli əlaqələrin bərpa olunması istiqamətində təşkil olunan son platformalarda da, xüsusilə may ayında Brüsseldə təşkil olunan görüşdə Prezident İlham Əliyev baş nazir Nikol Paşinyan qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyünü tanımış oldular. Bundan öncə aprelin 23- Laçın rayonunda nəzarət-buraxılış məntəqəsinin  qrurulması ilə ərazi bütövlüyümüzü bərpa etmiş olduq ki, bununla da onların "Miatsum" kitabı bağlanmış oldu.

Azərbaycan qalib ölkə olmasına baxmayaraq, istər Ermənistanla