Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etməklə, BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində tətbiqini gözləyən 822, 853, 874 və 884 nömrəli 4 qətnaməsinin icrasını reallığa çevirdi. Prezident İlham Əliyev müdrik siyasi və dəmir iradəsi ilə ona qarşı yönələn hədsiz təhdid və ağır təzyiqlərə rəğmən, bütün çətinliklərə sinə gərərək icra etdiyi missiyanı uğurla başa vurdu. Mənfur düşmən Azərbaycan Ordusu qarşısında aciz duruma düşdü və bununla da üçtərəfli Bəyanata imza atdı. Beləliklə, Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanat İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini təsdiq etməklə yanaşı, regionda yeni geostrateji reallıqların yaranmasını şərtləndirdi.
Qeyd etmək lazımdır ki, sözügedən Bəyanatın 9-cu maddəsində yer alan "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir" ifadələri Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edir. Zəngəzur Azərbaycana Türkiyə ilə əlaqələri daha da gücləndirmək üçün geniş imkanlar yaradacaq. Bununla həm Azərbaycan iqtisadi-siyasi, geoiqtisadi baxımdan daha da güclənəcək, həm doğma parçasından ayrı düşmüş Naxçıvan hava və quru yollardakı blokadadan çıxacaq, həm də xalqımızın 103 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışı təmin olunacaq. Cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması ölkəmiz üçün yeni iqtisadi perspektivlər yaradacaq. Məhz buna görə də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi Azərbaycanın növbəti strateji hədəfidir. Hazırda Azərbaycan tərəfindən bu istiqamətdə ciddi işlər görülməkdədir. Eyni zamanda bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Ümumilikdə isə işğaldan azad olunan torpaqlarda inşa olunan hər bir yol və gələcəkdə icrası nəzərdə tutulan mühüm əhəmiyyətə malik hər bir layihə regionun tranzit və logistik əhəmiyyətini artırmağa, bölgənin inkişafını sürətləndirməyə xidmət edəcək. Azərbaycanın yanaşması həm də bundan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının da təməl sütunudur.
Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Zəngəzurun strateji əhəmiyyətindən danışıb: "Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün…", - deyə Prezident bildirib. Ali Baş Komandanın bu fikirləri Azərbaycanın tutduğu tolerant mövqeyi bir daha əyani şəkildə göstərir.
Xüsusi vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizi təkcə Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. Bu mənada Ermənistanın dəhlizlə bağlı müqavimət cəhdləri əbəsdir və Azərbaycan sonda istəyinə nail olacaq. Dövlətimiz münaqişə səhifəsini bağlamağa hazır olduğunu dəfələrlə bəyan edib, bu məqsədlə bütün qonşu ölkələrin iştirakı ilə bölgədə inkişaf və əməkdaşlığı təmin edən gələcəyə baxışlarını ortaya qoyub. Elə bu kontekstdə Azərbaycan tərəfindən bölgədəki bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı əməli addımlar atılır. Ermənistan və onun havadarları bilməlidirlər ki, 10 noyabr tarixli bəyanatın bütün bəndləri birmənalı olaraq tezliklə həyata keçiriləcək. Mane olan qüvvələr bəyanatın icrasının qarşısını almaq üçün heç bir nəticəyə nail ola bilməyəcəklər. 44 günlük müharibədəki Zəfərin yaratdığı reallıqlardan maksimum yararlanmaq şərtdir. Heç bir halda, bu reallıqların gətirdiyi imkanları hansısa beynəlxalq dairələrin lokal maraq və mənafelərinə nəinki qurban vermək, azacıq da olsa, güzəştə getmək olmaz.
Beləliklə, tarixi torpağımız olan Zəngəzur yenidən böyük türk dünyasının birləşdirilməsi rolunu oynayacaq. Bu layihə həm tarixi aspektdən, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də siyasi-iqtisadi baxımdan türk dövlətlərinin güclənməsini özündə ehtiva edir. Eyni zamanda qeyd etmək lazımdır ki, layihənin reallaşması türk dövlətlərinin beynəlxalq və regional siyasi-iqtisadi proseslərdə rolunun və