Bu yurdun əsl sahibləri əbədi qayıdırlar
"Laçın şəhərinin yenidən qurulması keçən il avqustun 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur". Bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. Çoxmərtəbəli səkkiz yaşayış binasının yenidən qurulduğunu, 30-dan çox ictimai binanın inşa edildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bütün bu işlər ilin sonuna qədər başa çatdırılmalıdır: "Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar".
Azərbaycan 2020-ci ildən etibarən Qarabağa Böyük Qayıdış prosesinə başlayıb. Vətəndaşlarımızın tarixi torpaqlarımızda məskunlaşması isə sürətlə davam edir. Artıq növbə Laçın şəhərinə çatıb. Prezident də müjdəni verdi ki, tezliklə Laçının sakinləri öz dədə-baba yurdlarına qayıdacaqlar. Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi fəaliyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğradılmış Ermənistan Laçın rayonunun ərazisini, o cümlədən Laçın şəhərini, Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması bu gün qarşıya qoyulan mühüm vəzifələrdəndir. Vətən müharibəsində Azərbaycanın hərbi yolla qazandığı qələbə nəticəsində Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuş və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamışdır. Dövlətimiz işğaldan azad olunan bütün ərazilərdə, o cümlədən Laçında sürətlə bərpa-quruculuq işləri həyata keçirir. Bütün layihələr Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulduğu kimi yüksək səviyyədə icra olunur.
Bərpa-quruculuq işləri ilə yanaşı, Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu həyata keçirir. Bu baxımdan Prezident İlham Əliyevin Laçın rayonuna xüsusi nümayəndəni təyin etməsi də yeni idarəetmə üsulunun növbəti təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna təyin etdiyi xüsusi nümayəndəsini qəbul edərkən bildirdi ki, Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri demək olar ki, başa çatmaq üzrədir.
Yenidənqurma prosesinin birinci mərhələsində Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur və 30-dan çox ictimai bina inşa edilir. Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Bununla yanaşı, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə başlanılmışdır. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Güləbird və Qorçu kəndlərinin təsdiqlənmiş Baş planına əsasən birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Azərbaycan Prezidenti cənab İlham Əliyev onu da qeyd etmişdir ki, tikilən, yenidən qurulan və əsaslı təmir edilən evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq.
Keçmiş işğal zonasına həyatın qaytarılması yalnız işğalın nəticələrini aradan qaldırmaqda ehtiva olunan quruculuq və bərpa prosesindən ibarət deyil. Dövlət başçımızın da ifadə etdiyi kimi, "Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq". Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki,