Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlayıb
Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib. Bununla da, ikinci dönəm yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb. Mərasimə 21 dövlət başçısı, 13 Baş nazir və bir sıra nazirlərlə yanaşı, aralarında Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatı da olmaqla beynəlxalq təşkilatların nümayəndələri də qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. "Dəyərli qardaşım, Azərbaycan Prezidentinə təşrif buyurduğu üçün təşəkkür edirəm". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində deyib. "Külliye"də Türkiyə Prezidentinin İlham Əliyevlə görüşü zamanı salonu alqış sədaları bürüyüb.
Təntənəli mərasimdə bəzi məqamlar diqqət çəkdi. Belə ki, qonaqlara Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi münasibətilə zərb edilən xatirə sikkəsi hədiyyə olundu. Türkiyə Prezidentinin səlahiyyətlərinin icrasına başlama mərasimindən sonra iştirakçıların şərəfinə şam yeməyi verildi. Şam yeməyində Azərbaycan musiqisi səsləndirildi. Şam yeməyindən sonra Rəcəb Tayyib Ərdoğan yeni kabinetin tərkibini açıqladı. "Bu gün türk əsrinin uğurları üçün ürəkləri bizimlə döyünən bütün qardaş və bacılarımızın duaları, xoş arzuları ilə ölkəmiz üçün yeni bir səhifə açıldı". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan tviter hesabında paylaşıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri, 2014 və 2018-ci illərdə dövlət başçısı seçilib. Türkiyə Cümhuriyyətinin 100 illik tarixində Ərdoğan hakimiyyəti daha uzunömürlü olub. 1991-ci ildən 2002-ci ilədək Türkiyədə 7 dəfə hökumət dəyişib. Bundan əvvəl isə Türkiyə hərbi çevrilişlərin baş verdiyi ölkə olaraq tanınırdı. Türkiyədə bu vəziyyətə 2002-ci il noyabrın 3-də keçirilən parlament seçkiləri ilə son qoyuldu. Həmin siyasi kampaniyada Ədalət və İnkişaf Partiyası (AK Parti) səslərin böyük əksəriyyətini qazandı. 21 il ərzində Rəcəb Tayyib Ərdoğanın başçılığı altında Türkiyə regional gücdən qlobal söz sahibi olan dövlətə çevrildi.
"Regionumuzda sülh və sabitliyin hökm sürməsi üçün çalışacağıq". Biz diplomatik əlaqələrimiz vasitəsilə region ölkələri ilə iqtisadi və ticari əməkdaşlığımızı gücləndirəcəyik. Dünən gecəyə kimi 110-a yaxın ölkə lideri ilə telefon diplomatiyası və ya mesaj vasitəsilə söhbətlərimiz olub. Onların hamısı ilə razılaşmamız ondan ibarətdir ki, bundan sonra hər bir siyasi, hərbi, iqtisadi, ticarət və mədəni sahədə birliyimizi çox daha güclü şəkildə davam etdirəcəyik", - deyə Ərdoğan vurğulayıb.
Qardaş ölkədə baş tutan prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın parlaq qələbə qazanması, ümumilikdə türk dünyasının maraqlarına tamamilə uyğun olan geosiyasi vəziyyətin sabitliyinin qorunması, davamlılığının təmin olunması, ölkələrimizin bundan sonrakı inkişafı üçün əsaslı zəmin kimi qiymətləndirilir. Türkiyə seçicisi öz ölkəsinin daha da qüdrətli olmasına, dünyada artmaqda olan imicinə, türk dünyasının tərəqqisinə, həm də Azərbaycanla müttəfiqlik münasibətlərinin bundan sonra da sürətli inkişafına, Türkiyə-Azərbaycan tandemi ilə ortaya çıxan yeni reallıqların möhkəmlənməsinə, daimiliyinə, türklərin birliyinə, maraqlarına səs verdi. Bununla da, türk dünyasına qarşı düşmənlər tərəfindən hazırlanan məkrli planlar, bədniyyətlər puça çıxdı. Bu isə o deməkdir ki, Türkiyə başda olmaqla, bütövlükdə türk dünyasının çiçəklənməsinə bundan sonra daha geniş yol açılıb. Bu, Ərdoğanın və partiyasının 2002-ci ildən bəri qatıldığı seçkidə qazandığı 17-ci qələbə idi. O, daha öncə Türkiyədə yerli, ümumi, referendum və prezident seçkilərində də qalib gəlib. Son prezident və parlament seçkiləri ərəfəsi Qərb mediasından basqılara, xüsusilə iqtisadi vəziyyətin çətinliyinə, zəlzələnin yaratdığı əlavə problemlərə baxmayaraq, xalq Ərdoğana etimad göstərdi.
Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu son