Qərbin ikiüzlü siyasəti
Siyasət

Qərbin ikiüzlü siyasəti

Azərbaycanda müharibə cinayətlərinə göz yuman beynəlxalq qurumlar Ukraynadakı eyni vəziyyətə susmur

Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən Kaxovka su elektrik stansiyasının bəndi məhv edilib. Suyun səviyyəsi sürətlə aşağı düşdüyündən su anbarının ehtiyatlarının tükənəcəyi bildirilib. Eyni zamanda, Ukraynanın təxminən 80 yaşayış məntəqəsi daşqın təhlükəsi ilə üzləşib. Baş verən fövqəladə hadisədən sonra 150 tondan çox mühərrik yağı Dnepr çayına axıb. Hazırda 300 tondan artıq neftin sızma riski mövcuddur. Bu səbəbdən, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kaxovka SES-in bombalamasını müharibə cinayəti kimi təqdim edib bunun son onilliklərdə Avropadakı ən böyük texnogen fəlakət olduğuna diqqət çəkib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə partlayışa görə Milli Təhlükəsizlik Müdafiə Şurasının fövqəladə iclasını keçirib. Toplantıda BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması təşəbbüsü irəli sürülüb, eləcə təbiətin mühafizəsi üzrə beynəlxalq təşkilatlara Beynəlxalq Cinayət Məhkəməsinə müraciət ediləcəyi qərara alınıb. Çünki rəsmi Kiyev hadisədən Rusiya tərəfinin məsuliyyət daşıdığına əmindir. Hətta Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixaylo Podolyak hadisənin təfərrüatlarını da bölüşüb. Onun sözlərinə görə, sözügedən obyekti Rusiya ordusunun 205-ci motoatıcı briqadası partladıb, Kaxovkanı uzaq məsafədən məhv etmək üçün bəndə əvvəlcədən partlayıcı maddələr texnika yerləşdirib.

Rusiya isə Kaxovka su elektrik stansiyasına hücumda əli olması ilə bağlı iddiaları qəti şəkildə rədd edib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, su elektrik stansiyasında Ukrayna tərəfi qəsdən təxribat törədib. Buna əsas səbəb isə qarşı tərəfin əks-hücum cəhdlərində məqsədlərinə çata bilməməsidir. Moskva rəsmisi, həmçinin qeyd edib ki, Zelenski Administrasiyası bu təxribatın törədilməsi əmrini verməklə Krımı sudan məhrum etməyi hədəfləyib.

Kremldən gələn açıqlamalara baxmayaraq, beynəlxalq ictimaiyyət bu dəfə Ukraynanın haqlı olduğunu bildirib. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli su elektrik stansiyasının partladılmasına görə tərəflərin bir-birini ittiham etməsinə baxmayaraq, bu problemin yaranmasının yeganə səbəbi kimi Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünü göstərib: "Baş verənlərin təfərrüatları ilə bağlı hər hansı qiymətləndirmə aparmaq üçün hələ tezdir. Bununla belə, problemlərin yaranmasının yeganə səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir. Moskvanın indi edə biləcəyi ən yaxşı şey qoşunlarını dərhal geri çəkməkdir".

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kaxovka SES- baş verən partlayışın məsuliyyətini Rusiya onun "kuklaları"nın daşıdığından əminliyini ifadə edib. Mülki infrastrukturun məhv edilməsinin açıq şəkildə müharibə cinayəti kimi təsnif edildiyinə diqqət çəkənqitə təmsilçisi Moskvanın bunun qarşılığında görünməmiş sanksiyalar digər təzyiqlərlə üzləşəcəyini vurğulayıb. NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Kaxovka SES- baş vermiş hadisə Ukraynadakı münaqişənin qəddarlığını bir daha göstərir.

Xerson vilayətində baş verən hadisəylə bağlı ən çox qorxulan məqam bəndin partladılmasının Zaporojye atom elektrik stansiyası üçün təhlükə yaradıb-yaratmayacağı idi. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ən pis ssenarinin hələ reallaşmadığını, hazırda stansiyada nüvə təhlükəsizliyinə birbaşa təhlükə olmadığını açıqlayıb. AEBA-nın baş direktoru Rafael Qrossi bildirib ki, Kaxovka bəndinin ciddi şəkildə zədələnməsi Zaporojye AES-i soyuducu su ilə təmin etmək üçün istifadə olunan su anbarının səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Bununla belə, hazırkı qiymətləndirmə ondan ibarətdir ki, atom elektrik stansiyasının təhlükəsizliyi üçün ciddi risklər mövcud deyil.

Əlbəttə, Avropada əsrin ən böyük texnogen fəlakəti adlandırılan bu hadisəyə beynəlxalq qurumların, xarici ölkə prezidentlərinin münasibət bildirməsi olduqca vacibdir. Amma onların bu təəssübkeşliyi yalnız Avropada baş verən hadisələrdə özünü göstərir. Əgər belə olmasaydı, dünya Cənubi Qafqazda baş verən qanunauyğunsuzluqlara da susmazdı. Bu fikri əsaslandırmaq üçün hadisələrə müqayisəli şəkildə nəzər salaq: Kaxovka SES- baş