Qərbi azərbaycanlıların qayıdış hüququ tanınmalıdır
Siyasət

Qərbi azərbaycanlıların qayıdış hüququ tanınmalıdır

"Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya zəmanət mexanizmi olan hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq təhlükəsizliyini təmin etməlidir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü zamanı səsləndirib.

İrəvanın tarixi Azərbaycan ərazisi olduğu, ermənilərin isə bu torpaqlara sonradan  çar Rusiyası tərəfindən köçürüldükləri bütün dünyaya bəllidir. Həmin ərazilərdə toponimlərin Azərbaycan dilində olması bir daha sübut edir kiİrəvanın əzəli yerli sakinləri azərbaycanlılardır. Rus imperiyasının əli ilə Azərbaycanın qərb hissəsinə yerləşdirilən ermənilər ötən əsrin əvvəllərindən başlayaraq yerli əhalini öz doğma yurd yerlərində sıxışdırmağa, hətta tarixi torpaqlarından deportasiya etməyə nail olmuşlar. Türk düşmənçiliyi, "böyük Ermənistan" ideyasını həyata keçirən mənfur qonşularımız tarixin müxtəlif dövrlərində - 1905-1907, 1918-1920, 1948-1953- illərdə Qərbi azərbaycanlıları  doğma yerlərindən zorla çıxararaq  bu yerlərə sahiblənmişlər. Məcburi köçürülmə etnik təmizləmə siyasəti  Azərbaycan ərazilərində  milli tərkibi dəyişdirməyə yönəldilmişdir.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948-1953- illərdə İ.Stalinin göstərişi ilə həyata keçirilmişdir. Belə ki, SSRİ Nazirlər Sovetinin  "Kolxozçuların başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il 23 dekabr tarixli fərmanına uyğun olaraq 1947-1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanılmış, soydaşlarımızın "könüllü" olaraq əzəli yurdlarından köçürülməsi 1954- ilədək davam etmişdir.

1988-ci ildə Azərbaycan xalqının taleyinə növbəti soyqırımı, deportasiya, qaçqınlıq, köçkünlük  yazıldı. Qədim Azərbaycan ərazisi olan İrəvanda özlərinə Ermənistan adlı dövlət qurmuş ermənilər məkrli niyyətlərinin növbəti ssenarisini reallaşdırdılar. Belə ki, XX əsrin sonlarında ermənilərin Qarabağ xülyası yenidən baş qaldırdı Moskvadakı havadarlarının vasitəsilə bu istəklərini reallaşdıra bildilər. İşğalçılıq mexanizmini yenidən işə salan ermənilər vandal əməlləri ilə xalqımızı insanlığa sığmayan müsibətlərə düçar etdi, qoca, qadın, uşaq bilmədən insanlar qətlə yetirildi, 1 milyondan artıq soydaşımız əzəli yurd yerlərindən didərgin salındı. Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizin deportasiyası 1988-1991-ci illərdə daha  kütləvi xarakter aldı. Həmin illərdə  İrəvanda azərbaycanlılar  yaşayan  kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir   əhaliyə silahlı basqınlar edilirdi. Azərbaycana gedən bütün yollar üzərində silahlı quldur dəstələr dayanaraq yaşayış yerlərini tərk etməyə məcbur olan ailələrə yollarda divan tutur, əmlaklarını qarət edir, özlərini isə qətlə yetirirdilər. Nəticədə açıq formada ərazi iddiaları etnik zəmində təxribatlar törədən ermənilər tərəfindən torpaqlarımızın 20 faizdən çox hissəsi işğal edildiErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı minlərlə azərbaycanlı həlak oldu, itkin düşdü, ermənilər tərəfindən əsir girov götürüldü.

30 il  erməni işğalında qalan torpaqlarımız 2020-ci ildə başlanan 44 gün davam edən İkinci Qarabağ müharibəsində düşmən əsarətindən azad edildi. İndi əzəli yurd yerlərimizə  Böyük Qayıdış başlayıb. Qarabağ ətraf rayonlarda yenidənqurma bərpa işləri geniş vüsət alıb. Şəhərlər, kəndlər, qəsəbələr son texnologiyalara uyğun, tarixiliklə müasirliyin vəhdətində yenidən yaradılır. Cəmi 44 gündə öz gücü, qüdrəti ilə 30 illik işğala son qoyan dövlətimiz postmüharibə mərhələsini   məqsədyönlü şəkildə uğurla həyata keçirir. Bütün bunlarla yanaşı, Qərbi azərbaycanlıların da öz tarixi torpaqlarına rahat təhlükəsiz şəraitdə geri dönmələri üçün müstəqil dövlətimiz var gücünü ortaya qoyub