Qərbi azərbaycanlıların hüquqları bərpa olunmalıdır
Digər xəbərlər

Qərbi azərbaycanlıların hüquqları bərpa olunmalıdır

Qərbi Azərbaycan torpaqları xalqımızın əsrlər boyu sıx şəkildə yaşadığı coğrafi məkan olub. Bu torpaqlarda xalqımızın çox zəngin mədəni-tarixi irsi mövcuddur. Azərbaycanlıların Qərbi Azərbaycandan, indiki Ermənistan ərazisindən deportasiyası köçürülməsinə hələ XVIII əsrdən başlanılıb. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfəri sayəsində artıq xalqımız öz ata-baba yurdlarına qayıtmağa çox yaxınlaşıb.

Ötən il dekabr ayının 24-ü Qərbi Azərbaycan İcmasının, bütövlükdə Azərbaycan xalqının tarixində yeni bir hadisə kimi yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsini qəbul edərkən icmanın fəaliyyəti ilə bağlı özünün konseptual fikirlərini səsləndirdi: "Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar". Prezident tərəfindən irəli sürülən Qərbi Azərbaycana dinc yolla qayıdış konsepsiyası xalqımızı yeni mübarizəyə hədəflərə doğru səfərbər edən əsas missiyalardan olduğu üçün bu prosesdə vətəndaş cəmiyyəti institutları QHT sektoru da fəal iştirak etməlidir edir. Azərbaycan Prezidentinin irəli sürdüyü Qayıdış Konsepsiyası ilə əlaqədar Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb. 26 yanvar 2023- ildə qəbul edilmiş Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması istiqamətində İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin sülhün bərqərar olunmasına xidmət edir.

Bu il martın 28- Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının İqtisadi Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Sənəd BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, Çin, ərəb ispan), adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl, yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı.

Bu il aprelin 7- UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti Universitetin İnkişaf Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimində videoçıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov demişdir: "Etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcması ətrafında birləşiblər. İcmanın hazırladığı Qayıdış Konsepsiyasına əsasən, bügünkü Ermənistan ərazisindən zorla deportasiya olunan azərbaycanlıların öz yurd-yuvalarına qayıtması üçün lazımi işlər görülür".

Azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması məsələsinə bir sıra aparıcı beynəlxalq təşkilatların hər zaman göstərdiyi laqeydliyin davam edəcəyi heç kimə sirr deyil. Belə olan halda, son məqsədimizə çatmaq üçün bizi qarşıda çox çətin mürəkkəb bir yol gözləyir. Bu yol qədər çətin olsa da, Azərbaycan xalqı bu mübarizədən qalib çıxaraq öz torpaqlarına qayıdacaq.

Nəzrin CAVADZADƏ,

"Respublika".