Azərbaycan xalqının humanistliyi, qonaqpərvərliyi bəzən başına bəla olmuşdur. Çünki bu nəcib xüsusiyyətlərimizdən sui-istifadə edən bəzi bədnam qüvvələr müxtəlif millətlərə, o cümlədən mənfur ermənilərə doğma ata-baba torpaqlarımızdan sığınacaq vermişlər. Lakin sonrakı proseslər onu göstərmişdir ki, bu, sadəcə sığınacaq verilməsinə yox, xalqımıza məxsus olan qədim yurd yerlərimizin parçalanmasına, zəbt olunmasına hesablanmışdır.
Təəssüf hissilə qeyd etmək lazımdır ki, bu işin çox ustalıqla həyata keçirilməsini nədənsə hiss etməmişik və ya biganə qalmışıq. Nəticədə, Azərbaycan torpaqları üzərində ermənilərə dövlət qurulmuş, Qərbi Azərbaycanın füsunkar gözəlliyə, əlverişli iqlimə, saf suya malik olan İrəvan şəhərində haylar üçün paytaxt salınmışdır. Elə həmin zamanlardan orada yaşayan məsum insanların güzəranı günbəgün pisləşmiş, onlar daim sıxışdırılmışlar.
Yerli əhalinin öz qədim yurdlarını tərk etməsi üçün ermənilər havadarlarının köməkliyi ilə saysız-hesabsız qeyri-insani hadisələr törətmişlər. Yerli sakinlərin özünü müdafiə edə bilməməsi üçün əllərində olan silahları, hətta ov tüfənglərini belə almışlar. Bundan sonra silahlı ermənilər azərbaycanlıların yaşayış məskənlərinə hücum etmiş, günahsız insanları vəhşicəsinə qətlə yetirmişlər. Məqsədləri necə olursa-olsun, azərbaycanlıları doğma yurdlarından deportasiya etməklə həmin ərazilərə yiyələnmək olmuşdur. Sağ qalanlar Türkiyə, İran, Azərbaycanın şimal hissəsi, hətta orta Asiya ölkələrinədək gedib çıxaraq canlarını qurtarmağa çalışmışlar. Bu zaman zavallı camaatın böyük əksəriyyəti yalnız əyin paltarları ilə vətənlərini acınacaqlı şəkildə tərk etmişlər. Dəfələrlə yaşayış məskənlərinə hücum edərək yandırmış, o yerlərin əbədi-əzəli sakinlərinə bəşər tarixində görünməmiş işgəncələr vermişlər.
Xalqımıza məxsus yer-yurd adlarını dəyişdirərək əcaib adlar qoymuş, eləcə də tarixi abidələri, inanc yerlərini darmadağın etmiş, bununla da o müqəddəs yerlərin azərbaycanlılara məxsus olmadığını sübut etməyə çalışmış, Qərbi azərbaycanlıların kütləvi köçürülməsinə nail olmuşlar.
Məlumdur ki, Qərbi Azərbaycanın ərazisi əsasən dağlıq relyefdən ibarətdir. İnsanların o yerlərdən isti, içməli suyu olmayan, şəraitsiz ərazilərə deportasiyası zamanı elə yoldaca bəzilərinin ürəyi dözməyərək dünyasını dəyişmişdir. Köçürülmə prosesi təxminən iki əsrə yaxın davam etdirilmişdir.
1988-ci ildə isə axırıncı dəfə Qərbi Azərbaycandan deportasiya nəticəsində orada bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Mənfur düşmən etnik təmizləmə aparmışdır. Bütün bu illər ərzində demək olar ki, insanların öz doğma torpaqlarına qayıdışı ilə bağlı bir dəfə də olsun məsələ qaldırılmamışdır. 2022-ci ilin 24 dekabr tarixində Ali Baş Komandan, hər zaman vədinə sadiq qalan Prezident İlham Əliyev əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı bir sıra vacib mesajlar verdi. Qətiyyətlə bildirdi ki, o müqəddəs torpaqlara qayıdış hökmən yaxın zamanlarda baş tutacaqdır.
Dövlətimizin başçısı çıxışı zamanı demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar. Azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Ancaq buna nail ola bilməyiblər. Çünki tarixi sənədlər var, xəritələr var".
Hər bir Azərbaycan vətəndaşı tezliklə qədim Oğuz yurdu olan bu müqəddəs yerlərə qayıdışa tam əmindir. Çünki son zamanlar baş verən tarixi hadisələr bunu deməyə əsas verir. Qalib ölkənin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Xankəndi və digər yaşayış məntəqələrində yaşayan separatçıların təxribatının qarşısını almaq, eləcə də Azərbaycan torpağına qanunsuz səfərlərin və hərbi yüklərin daşınmasına son qoymaq üçün Laçın-Xankəndi yolunda sərhəd keçid məntəqəsinin qurulması tarixi hadisədir. Hazırda üçrəngli möhtəşəm Azərbaycan bayrağı ərazidə qürurla dalğalanır. Burada "Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz" lövhəsinin quraşdırılması əsl