Qərbi Azərbaycan  İcmasının Qayıdış Konsepsiyası BMT-nin rəsmi  sənədi kimi yayıldı
Siyasət

Qərbi Azərbaycan  İcmasının Qayıdış Konsepsiyası BMT-nin rəsmi  sənədi kimi yayıldı

2-ci belə mühüm sənədin yayılması təsdiq edir ki, Qərbi Azərbaycan İcması dünyada tanınır qəbul olunur

Təcavüzkar ermənilərin xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Azərbaycan dövləti əzəli torpaqlarımızda xalqımızın tarixi-mədəni irsinə qarşı törədilən cinayətlərin Ermənistanın məqsədyönlü dövlət siyasəti olduğunu dünya ictimaiyyətinə hərtərəfli şəkildə çatdırmaq üçün həyata keçirdiyi sistemli tədbirləri bundan sonra da davam etdirəcək. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji təşkilati xarakterli tədbirlər həyata keçirilib. Erməni vandalları əsrlər boyu Azərbaycan tarixini təhrif edib saxtalaşdırmağa çalışsalar da, öz istəklərinə heç zaman nail ola bilməyəcəklər. Tarix boyu daşnak ermənilərin planında türklərə aid torpaqları ələ keçirmək, onları öz yurdlarından qovmaq əsas məsələ olub.

"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə deyib. Ölkə başçımız daim vurğulayır ki, bütün Azərbaycan ərazisində, eləcə İrəvanda, Zəngəzurda xalqımıza məxsus olan min illər boyu əcdadlarımızın yaratdıqları mədəni irsə sahib çıxmalıyıq. 44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı Zəfərlə tariximizə yeni bir salnaməni həkk etdi. Azərbaycan dövlətinin xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaradıb. Zəfər qazandığımız dövrdə əlbəttə ki, Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması, erməni saxtakarlıqlarının, yalanlarının sona qədər ifşası son 200 ildə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların, onların varislərinin hüquqlarının beynəlxalq müstəviyə çıxarılması digər məsələlər İcma üzərinə böyük məsuliyyət qoyur.

Qərbi Azərbaycan İcması tərəfindən 26 yanvar 2023- ildə qəbul edilmiş Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin sülhün bərqərar olunmasına xidmət edir. Bu sənəddə "Qərbi Azərbaycan İcması"nın fəaliyyətinin əsas istiqamətləri müəyyən edilib. Konsepsiya Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıdışı üçün İcmanın həyata keçirəcəyi işləri, məqsədləri, prinsipləri, hazırlıq icra tədbirlərinin ümumi məğzini müəyyən edir. Bu dolğun sənəddə qayıdışla bağlı bütün məqamlar nəzərə alınıb. Sənədin əsas qayəsi Ermənistandan qovulmuş bütün azərbaycanlıların öz torpaqlarına qayıtmaq hüququnu təmin etmək, bunun reallaşmasına şərait yaratmaq, soydaşlarımız öz Vətənlərinə qayıtdıqdan sonra onların fərdi kollektiv hüquqlarını təmin etməkdir.

Qayıdış prosesi həm müvafiq zəmanətlər çərçivəsində baş verməlidir. Konsepsiyada vacib məqamlardan biri odur ki, qayıdacaq insanların təhlükəsizliyini təmin etmək üçün ərazilərə müvafiq mandatla beynəlxalq sülh missiyasının yerləşdirilməsini təmin etməklə Qayıdış prosesində əvvəlki yaşam coğrafiyasını bərpa etməkdir. Ermənistan hökuməti soydaşlarımızın onlara məxsus mülkiyyətini bərpa etməli, onların evlərini, icma torpaqlarını qaytarmalıdır. Qərbi azərbaycanlılar erməni xalqı ilə barışığa, dinc yanaşı yaşamağa hazırdır. Ermənistan hökuməti barışığı təşviq etmək üçün səylər göstərməli, dağıdılmış Azərbaycan mədəni irsini bərpa etməli, qorumalı, həyata keçirdiyi yer adları dəyişikliklərini ləğv etməli Azərbaycan əraziləri öz tarixi adlarına qovuşmalıdır.

Beynəlxalq hüquqda, konvensiyalarda insanların öz tarixi vətənlərinə, torpaqlarına qayıdış haqqı tam sabitdir. Soydaşlarımızın Qərbi